Yeni fərmanla Mərkəzi Bank hansı səlahiyyəti əldə edir?

Yeni fərmanla Mərkəzi Bank hansı səlahiyyəti əldə edir?Azərbaycanda malların ixracı üzrə hesablaşmaların aparılması və ixrac gəlirlərinin ölkəyə köçürülməsinə nəzarət qaydaları dəyişir. Xarici ölkələrə mal ixracı üzrə hesablaşmalar "Valyuta tənzimi haqqında" qanuna və Azərbaycan Mərkəzi Bankının müəyyən edəcəyi qaydalara uyğun aparılacaq.
Banker.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin 25 noyabr 2026-cı il tarixli fərmanında nəzərdə tutulub. Fərmanla 1997-ci ildə təsdiqlənmiş idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının hesablaşmalara dair bir sıra müddəaları yenilənir, üç bəndi isə ləğv edilir.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyi iki ay ərzində Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə razılaşdırdığı təklifləri Mərkəzi Banka təqdim etməlidir. Mərkəzi Banka həmin təklifləri nəzərə alaraq dörd ay ərzində yeni hesablaşma qaydalarını müəyyən etmək və bu barədə Prezidentə məlumat vermək tövsiyə olunub.
İxrac olunan mallara görə əldə edilən vəsaitin Azərbaycana köçürülməsinə və gətirilməsinə Dövlət Gömrük Komitəsi nəzarət edəcək. Komitə gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac barədə məlumatların "İntellektual gömrük" informasiya sistemi vasitəsilə müvəkkil banklara ötürülməsini təmin edəcək. Banklar isə vəsaitin ixracatçının hesabına daxil olması və ya vaxtında köçürülməməsi barədə məlumatı üç iş günü ərzində eyni sistem vasitəsilə Komitəyə göndərəcəklər.
İdxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarına edilən dəyişikliklər Mərkəzi Bankın müəyyən edəcəyi yeni qaydalarla eyni gündə qüvvəyə minəcək. Həmin tarixdən etibarən Nazirlər Kabineti doqquz ay ərzində ixrac gəlirlərinin Azərbaycandakı müvəkkil bank hesablarına köçürülməsi qaydalarının pozulmasına görə məsuliyyətin təkmilləşdirilməsi üzrə təkliflərini Prezidentə təqdim etməlidir.

Banklar     Tarix: 26 noyabr 2026

Oxşar xəbərlər

Oyun həvəskarlarını bir araya gətirən "Rabitabank Gaming League" möhtəşəm finalla yekunlaşdı

Rabitəbankın Visa-nın dəstəyi ilə təşkil etdiyi "Rabitabank Gaming League" turniri möhtəşəm final tədbiri ilə başa çatıb. Ümumilikdə 207 kapitanın öz komandası ilə birlikdə iştirak etdiyi turnir 10 gün davam edib

Xalq Bank "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı

Xalq Bankın stimullaşdırıcı "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub. İkinci tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblə

"Bank Respublika"nın İdarə heyətinə iki təyinat olub

"Bank Respublika" ASC-nin İdarə Heyətinə yeni üzvlər təyin edilib. xəbər verir ki, Anar Hüseynağa oğlu Həmidov və Tələt Dünyadur oğlu Orduyev bankın İdarə Heyətinin üzvü təyin edilib. Anar Hüseynağa oğlu Həmido

İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev Koreya Respublikasının Seul şəhərində keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XII Beynəlxal

PAŞA Həyatın tərəfdaşlığı ilə "İRS" silsiləsi yeni nəşrlərlə zənginləşib (FOTO)

Azərbaycanın zəngin tarixinin, mədəni irsinin və milli dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasına xidmət edən "İRS" silsiləsi 2026-cı ildə yeni nəşrlərlə zənginləşib. Noyabrın 13-də Azərbaycan Respublikası Mədəniyyə

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış

Noyabrın son həftəsində hamı endirim axtarır. Yelo Inves-də isə nəinki endirim, tamamilə komissiyasız alış həftəsinə başlayır! 23–27 noyabr tarixlərində keçirilən "Parlaq İnvestisiya Həftəsi" çərçivəsində səhm v

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa


iqtisadi xeberler biznes xeberleri valyuta xeberleri biznes krediti birbank