İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib

İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edibİcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Vüsal Məsiyev və icraçı direktorun müavini Seymur Mirzəyev Koreya Respublikasının Seul şəhərində keçirilən Beynəlxalq Sığorta Zəmanət Fondları Forumunun (IFIGS) XIII Beynəlxalq Konfransında və İllik Ümumi Yığıncağında iştirak ediblər.
Koreya Əmanətlərin Sığortalanması Korporasiyasının (KDIC) ev sahibliyi etdiyi tədbirə müxtəlif ölkələrdən sığorta zəmanəti və sığortalıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən qurumların nümayəndələri, həmçinin maliyyə və sığorta sektorunun ekspertləri qatılıblar.
Tədbir çərçivəsində İcbari Sığorta Bürosu IFIGS-in yeni üzvü kimi təqdim olunub. Büronun icraçı direktoru Vüsal Məsiyev çıxışında Azərbaycanın icbari sığorta sistemi, bu sahədə həyata keçirilən institusional islahatlar və rəqəmsallaşma təşəbbüsləri, eləcə də sığorta təminatı mexanizmlərinin təkmilləşdirilməsi üzrə ölkəmizin təcrübəsi barədə məlumat verib.
Konfransda mürəkkəb risklərin idarə olunması, böhranlara cavab tədbirlərinin gücləndirilməsi və sığortalıların hüquqlarının müdafiəsi mexanizmlərinin təkmilləşdirilməsi müzakirə edilib. İştirakçılar, həmçinin sığortaçıların maliyyə dayanıqlılığı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
IFIGS-ə üzvlük Büroya müxtəlif ölkələrin sığorta zəmanət mexanizmlərini öyrənmək, beynəlxalq ekspert müzakirələrində iştirak etmək və digər üzv qurumlarla birbaşa əməkdaşlığı genişləndirmək imkanı yaradır. Bu əməkdaşlıq çərçivəsində sığortalıların və zərərçəkmiş üçüncü şəxslərin hüquqlarının müdafiəsi üzrə qabaqcıl təcrübənin öyrənilməsi də nəzərdə tutulur.
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edibİcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edibİcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib/ marja.az

Banklar     Tarix: 26 noyabr 2026

Oxşar xəbərlər

AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender WEB Application Firewall üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əld

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

"Visa", "Mastercard" və "JPMorgan"ın minlərlə müştərisinin məlumatları hakerlərin əlinə keçib

ABŞ-nin üç böyük maliyyə şirkəti – "Visa", "Mastercard" və "JPMorgan Chase" ilə əlaqəli minlərlə müştərinin şəxsi məlumatları kiberhücum nəticəsində sızdırılıb. Hücum birbaşa şirkətlərin əsa

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı

Azərbaycanda bank kartları ilə fırıldaqçılığın həcmi 75% artıb – 9 ayda 5 milyon manatı keçib. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda banklara məxsus ödəniş kartları ilə həyata keçirilmiş fırıldaqçılıq əməliyyatlarını

Oyun həvəskarlarını bir araya gətirən "Rabitabank Gaming League" möhtəşəm finalla yekunlaşdı

Rabitəbankın Visa-nın dəstəyi ilə təşkil etdiyi "Rabitabank Gaming League" turniri möhtəşəm final tədbiri ilə başa çatıb. Ümumilikdə 207 kapitanın öz komandası ilə birlikdə iştirak etdiyi turnir 10 gün davam edib

Mərkəzi Bankda kriptoaktivlər və rəqəmsal valyutalarla bağlı müzakirələr aparılıb

Azərbaycan Mərkəzi Bankında (AMB) informasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsinin mütəxəssisləri ilə görüş keçirilib. xəbər verir ki, AMB sədri Taleh Kazımovun ekspertlərlə ilk görüşündə maliyyə sektorunun qarşılaşdığ

49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi

Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı artmaqdadır. Bölgələrdə fəaliyyət göstərərək aqrar sığortanın xidmətindən istifadə edən daha bir fermeri

Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıd


iqtisadi xeberler rubl mezenne dollar məzənnəsi 1000 manatla biznes online pul qazanmaq