10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artaraq 19 milyard manata yaxınlaşmışdır. Əhalinin əmanətləri isə 15%-ə yaxın artaraq tarixi rekord 18.7 milyard manata çatmışdır.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu 2026" tədbirində çıxışı zamanı bildirib. 
O qeyd edib ki. son illərdə bank sektoru üzrə unikal əmanətçi sayında da artım müşahidə olunmaqdadır. 2023-cü ilin sonu ilə müqayisədə unikal əmanətçi sayı 2.2 dəfə artaraq 235 min nəfəri üstələmişdir. Əhalinin əmanətlərindəki dedollarlaşma trendləri davam etməkdədir. Hazırda əhalinin əmanətlərinin yalnız 28%-i xarici valyutadadır.
"Düşünürəm ki, qeyd olunanlar, bank sektoruna olan etimadın ən bariz göstəriciləridir. Bank sisteminin dayanıqlıq göstəriciləri də, yüksək olaraq qalır. Belə ki, sektorun məcmu kapitalı 7 milyard manat təşkil edir. Bank sistemi üzrə əsas dayanıqlıq göstəricisi olan məcmu kapitalın adekvatlıq əmsalı təxminən 17% səviyyəsindədir ki, bu da tənzimləyici tələblərimizi əhəmiyyətli dərəcədə üstələyir və gələcək texnoloji transformasiya üçün möhkəm təməl formalaşdırır",- Əliyar Məmmədyarov deyib.

Banklar     Tarix: 24 noyabr 2026

Oxşar xəbərlər

PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib

PAŞA Bank 12 noyabr 2026-cı il tarixində Türkiyənin Antalya şəhərində keçirilən COP31 beynəlxalq iqlim konfransı çərçivəsində təşkil olunan yüksək səviyyəli dialoqda iştirak edib. Azərbaycan Pavilyonunda baş tutan tədbird

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət


iqtisadi xeberler biznes ideyalari internetden pul qazanmaq biznes qurmaq bitcoin