Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİBAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "biznesdə Gənclər" proqramının Azərbaycanda rəsmi təqdimatını keçirib.
 AYİB-in yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqının (Aİ) dəstəyi ilə həyata keçirilən proqram gənc sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsini və bizneslərinin inkişafının dəstəklənməsini hədəfləməklə ölkədə özəl sektorun gücləndirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Tədbir çərçivəsində iştirakçılara proqramın əsas məqsədləri barədə məlumat verilib, gənc sahibkarların qarşılaşdıqları əsas çətinliklər, eləcə də onların maliyyə resurslarına və məsləhət xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mövcud imkanlar və həll yolları müzakirə olunub.
AYİB, həmçinin həyata keçirdiyi bazar qiymətləndirməsi üzrə tədqiqatın nəticələrini təqdim edib. Tədqiqatın nəticələrinə əsasən, Azərbaycanda gənc sahibkarlar əhəmiyyətli, lakin hələ də tam reallaşdırılmamış bazar potensialına malikdirlər. Bu seqment üzrə potensial kredit tələbatının 1,5 milyard ABŞ dolları həcmində olduğu qiymətləndirilir.
AYİB-in "Biznesdə Gənclər" proqramı 35 yaşınadək sahibkarlara məxsus olan və ya onların idarəçiliyində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) inkişafını dəstəkləməyə yönəlib. Proqram yerli tərəfdaş maliyyə institutları vasitəsilə təqdim olunan maliyyə resurslarını qeyri-maliyyə dəstəyi  ilə birləşdirərək gənc sahibkarların bilik və bacarıqlarının inkişaf etdirilməsinə, bizneslərinin rəqabət qabiliyyətinin artırılmasına və yeni inkişaf imkanlarından səmərəli şəkildə yararlanmalarına töhfə verir.
Proqram çərçivəsində Azərbaycanda maliyyələşdirmə fəaliyyətinə artıq start verilib. Belə ki, 2025-ci ilin dekabr ayında AYİB tərəfindən AccessBank-a 20 milyon ABŞ dollarınadək (17,1 milyon avro) kredit vəsaiti ayrılıb. Bu maliyyələşdirmə Azərbaycanda "Biznesdə Gənclər" proqramı çərçivəsində həyata keçirilən ilk investisiya olmaqla, gənc sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm addım olub.
Avropa İttifaqı bu investisiyanı Dayanıqlı İnkişaf üçün Avropa Fondu Plus (EFSD+) proqramı vasitəsilə dəstəkləyir, və gənc sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, eyni zamandaonların kreditləşdirilməsinin təşviqi məqsədilə kredit risklərinin azaldılmasına yönəlmiş, mümkün ilkin itkilərin qarşılanmasını nəzərdə tutan risk təminatı mexanizmi təqdim olunur. Məsləhət xidməti Avropa ittifaqının dəstəyi ilə maliyyələşdirilir.
AYİB-in Qafqaz üzrə Regional Rəhbəri Tomas Kairys bildirib: "Sürətlə dəyişən dünyada yeni şəraitə uyğunlaşmaq, innovativ yanaşmalar tətbiq etmək və yaranan imkanlardan faydalanmaq bacarığı hər zamankından daha böyük əhəmiyyət daşıyır. Gənc sahibkarlar yeni ideyaları, yüksək ambisiyaları və inkişaf etmək əzmləri ilə bu prosesdə mühüm rol oynayırlar. AYİB olaraq məqsədimiz yeni nəsil sahibkarları dəstəkləməklə Azərbaycanın bu potensialından səmərəli istifadə etməsinə, daha şaxələndirilmiş, rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın formalaşmasına töhfə verməkdir. Biz istəyirik ki, bu imkanlar ölkənin bütün bölgələrində, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin və biznes təşəbbüslərinin formalaşdığı regionlarda fəaliyyət göstərən sahibkarlar üçün əlçatan olsun."
Avropa İttifaqının Azərbaycan Respublikasındakı səfiri Marijana Kujundžić bildirib: "Biznesdə Gənclər – Qafqaz Proqramı yalnız sahibkarlığın dəstəklənməsi ilə məhdudlaşmır, daha geniş iqtisadi və sosial məqsədlərə xidmət edir. İnanırıq ki, müvafiq dəstək və imkanlar yaradıldığı təqdirdə, gənc sahibkarlar yeni iş yerlərinin açılmasına, bazara innovativ həllərin təqdim edilməsinə, yerli icmaların inkişafına və dayanıqlı iqtisadi artıma mühüm töhfə verə bilərlər. Bu baxımdan, gənc sahibkarlığın inkişafına sərmayə qoyuluşu həm iqtisadi, həm də sosial baxımdan mühüm prioritetdir. Bu, yeni imkanların yaradılmasına, gənclərin iqtisadi müstəqilliyinin gücləndirilməsinə və Azərbaycanın uzunmüddətli rifahına qoyulan sərmayədir."
Gənc sahibkarlar Azərbaycanın qeyri-neft sektorunun inkişafında, innovasiyaların təşviqində və yeni iş yerlərinin yaradılmasında mühüm rol oynayırlar. Bununla belə, uyğun maliyyə resurslarına və biznesin inkişafı üzrə dəstək xidmətlərinə çıxışda mövcud olan çətinliklər onların uğurlu biznes qurmaq və fəaliyyətlərini genişləndirmək imkanlarını məhdudlaşdıra bilər.
AYİB yerli maliyyə institutları ilə əməkdaşlıq vasitəsilə bu maneələrin aradan qaldırılmasına dəstək verməyi, eyni zamanda gənc sahibkarların ehtiyaclarına uyğunlaşdırılmış maliyyə məhsul və xidmətlərinin inkişafını təşviq etməyi hədəfləyir.
Bu təşəbbüs AYİB-in Mərkəzi Asiya, Türkiyə,Qərbi Balkan, Misir, və Mərakeş ölkələrində gənc sahibkarların dəstəklənməsi sahəsində qazandığı təcrübəyə əsaslanır.
AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir. Bank indiyədək ölkədə 200-dən çox layihəyə ümumilikdə 3,8 milyard avro həcmində investisiya yatırıb. AYİB-in Azərbaycandakı fəaliyyəti iqtisadiyyatın şaxələndirilməsinin dəstəklənməsinə, qeyri-neft özəl sektorunun gücləndirilməsinə və yaşıl iqtisadiyyata keçidin sürətləndirilməsinə yönəlib.

Banklar     Tarix: 24 noyabr 2026

Oxşar xəbərlər

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artara

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı

Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf

Daxili Nəzarət və Komplayns Departamentinin Direktoru Rauf Qarayevin müsahibəsi.  Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf. AFB Bankın Daxili Nəzarət və Komplayens Departamentinin direktoru il

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də


iqtisadi xeberler biznes ideyalari internetden pul qazanmaq biznes qurmaq bitcoin