Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir. Bu isə, kapital tələbləri kimi klassik risk azaltma tədbirləri ilə yanaşı, texnoloji və kiber risklərə yönəlik nəzarət mexanizmlərinin daha sürətlə tətbiqini şərtləndirir".  
Marja.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov "X Beynəlxalq Bankçılıq Forumu 2026" tədbirində çıxışı zamanı bildirib. 
Onun sözlərinə görə, məhz bu tendensiya, hazırda, tənzimləyici qurumların qarşısında iki sistemli çağırış formalaşdırır:
1. Risklərin təbiətinin mürəkkəbləşməsi — belə ki, ənənəvi maliyyə risklərinə yüksək əməliyyat, texnoloji və hətta iqlim riskləri əlavə olunur.
2. Sosial mühəndislik və məlumat sızma riskləri hansılar ki, insanların etimadına qarşı birbaşa təhdidə çevrilir.
"Bu çağırışlara cavab verərkən, biz, Mərkəzi Bank olaraq, maliyyə sisteminin dayanıqlığı ilə inkişaf arasında düzgün balans tapmağı, innovasiyaları izafi nəzarətlə məhdudlaşdırmamağı hədəfləyirik.
Həll yolu olaraq, Mərkəzi Bank, müasir texnologiyaların dərindən dərk edilməsinə əsaslanan "ağıllı tənzimləmə" (Smart Regulation) konsepsiyasını rəhbər tutur. Bu konsepsiyanın əsas mahiyyəti çeviklik və mütənasiblikdir. Requlyativ yük bazar iştirakçılarının real risk profilinə və əməliyyatlarının miqyasına uyğun olmalıdır. Beləliklə, Mərkəzi Bankın tənzimlənməsi, innovasiyalar üçün maneələr yaratmadan, texnoloji inkişafı təhlükəsiz məcraya yönəldən bələdçi kimi çıxış edir.
Bu yanaşmanın praktiki nümunəsi Mərkəzi Bankın "Xüsusi Tənzimlənmə Rejimidir". Bu rejim, maliyyə institutlarının müasir həllərini test mühitində sınaqdan keçirə bildiyi xüsusi hüquqi rejimdir. Bu format biznesə fərziyyələri praktikada sürətlə yoxlamağa, bizə isə, tənzimləyici qurum olaraq, potensial boşluqları əvvəlcədən aşkar etməyə və məhsul kütləvi bazara çıxmazdan öncə qanunvericiliyi rəqəmsal iqtisadiyyatın reallıqlarına uyğunlaşdırmağa imkan verir".
Əliyar Məmmədyarov qeyd edib ki, lakin, bank nəzarətin özünün dərin transformasiyası olmadan ağıllı tənzimləmənin effektiv tətbiqi mümkün ola bilməz. Bu bir faktdır ki, ani ödənişlər və məsafədən göstərilən rəqəmsal xidmətlər dövründə ənənəvi nəzarət tədbirlərinin effektivliyi azalmağa doğru gedir:
"Bu baxımdan, proaktiv nəzarətin təmin edilməsi məqsədilə, qabaqcıl bank nəzarəti təcrübələrinə uyğun olaraq, Mərkəzi Bank tərəfindən ARAS – risk əsaslı nəzarət sisteminin tətbiqinə başlanılmışdır. ARAS sistemi, "forvard looking"- yəni gələcəyə baxış yanaşmasına əsaslanmaqla bankların risk profilini daha dəqiq müəyyən etməyə, habelə risk səviyyələri əsasında prioritetləşdirilmiş və proporsional nəzarət tədbirlərinin tətbiqinə imkan verir.
Paralel olaraq, nəzarət tədbirlərinin effektivliyini və çevikliyinin artırılması məqsədilə, Mərkəzi Bank, SupTech həllərinin formalaşdırılmasına və tətbiqinə start vermişdir. Rəqəmsal maliyyənin əhatə dairəsinin genişləndiyi mühitdə Mərkəzi Bankın avtomatlaşmış risk əsaslı nəzarət sistemləri ölkədə maliyyə sabitliyinin təmin olunması baxımından açar rolunu oynayır və gələcək çağırışlara hazırlıq səviyyəmizi gücləndirir.Xüsusilə vurğulamaq istərdim ki, son illərdə tənzimləmə və nəzarət istiqamətləri üzrə həyata keçirilən davamlı tədbirlər ölkənin bank sektorunun beynəlxalq reytinqlərinin yaxşılaşmasına əhəmiyyətli töhfə vermişdir.
Əliyar Məmmədyarov əlavə edib ki, maliyyə sektorunun gələcək inkişafı üçün rəqəmsal hazırlıq səviyyəsi də diqqətdə saxlanılır. Mərkəzi Bank, hazırda, 2027–2030-cu illər üçün "Maliyyə sektorunun rəqəmsal transformasiyasının genişləndirilməsi üzrə Dövlət Proqramı" üzərində iş aparır. Programın əsas məqsədi ölkəmizi regionun aparıcı rəqəmsal maliyyə mərkəzlərindən birinə çevirmək, innovativ maliyyə xidmətlərinin inkişafını dəstəkləmək və nağdsız ödənişləri genişləndirməkdir. Bunun üçün, Programda süni intellektin tətbiqinə və insan kapitalının gücləndirilməsi, ödəniş və rəqəmsal maliyyə infrastrukturunun inkişafı, kiber və rəqəmsal fırıldaqçılıqla mübarizə diqqət mərkəzində saxlanılacaqdır.
2027-ci ilin əsas fokusu: bankların model riskləri
"Müasir dünyada, bankların fəaliyyətində neyro-şəbəkələr və süni intellekt artıq eksperiment olmaqdan çıxaraq bankların əsas əməliyyat nüvəsinə çevrilməkdədir. Lakin, bu sistemlərin sürəti və mürəkkəbliyi artdıqca səhvin qiyməti də yüksəlir.Neyro-şəbəkə və süni intellekt haqqında danışarkən əsas baza prinsipini qeyd etmək istəyirəm: texnologiyalar özü-özlüyündə neytral deyil. Alqoritm qərəzsiz hakim deyil, onu yaradanların məqsədlərinin və tərtibatçının özünün ora daxil etdiyi fərziyyələrin əksidir. Beləliklə, əgər süni intellektdən yalnız xərcləri azaltmaq və insanı tamamilə əvəz etmək üçün istifadə etmək olacaqsa, biz effektivlik yox, yalnız sistem risklərinin akkumulyasiyasına şərait yaratmış olacağıq.
Bu gün bankların risk profilinə nəzər saldıqda, model risklərinin ön plana çıxdığının şahidi oluruq. Belə ki, qeyri-dəqiq və ya yanlış tətbiq edilmiş riyazi və süni intellekt modelləri bankları maliyyə itkiləri, yanlış idarəetmə qərarları və ya reputasiya itkisi ilə üzləşdirə bilər.Məhz buna görə də Mərkəzi Bank üçün 2027-ci ildə model riskləri, kredit və əməliyyat riskləri ilə bərabər əsas nəzarət prioritetləri sırasında olacaqdır", - Əliyar Məmmədyarov bildirib.

Banklar     Tarix: 24 noyabr 2026

Oxşar xəbərlər

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət

10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötüb

2026-cı ilin 10 ayında bank sektorunun aktivləri 14%-dən çox artaraq 65 milyard manatı ötmüşdür. Kredit portfelinin həcmi isə 14% artaraq 34 milyard manatı üstələmişdir. İlin əvvəlindən bankların biznes kreditləri 17% artara

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir

Xalq Bank irihəcmli beynəlxalq sindikativ kredit layihəsində iştirak edib

Xalq Bank beynəlxalq maliyyə bazarlarında fəaliyyətini genişləndirərək Türkiyə Respublikasının Ziraat Bankının 1,1 milyard ABŞ dolları həcmində sindikativ kredit layihəsində iştirak etmişdir. Cəlb olunan vəsaitlərin bankı

Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf

Daxili Nəzarət və Komplayns Departamentinin Direktoru Rauf Qarayevin müsahibəsi.  Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf. AFB Bankın Daxili Nəzarət və Komplayens Departamentinin direktoru il

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də


iqtisadi xeberler biznes ideyalari internetden pul qazanmaq biznes qurmaq bitcoin