"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

®Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilən təşəbbüslərə dəstəyini davam etdirir.
Noyabrın 11-də Bolqarıstanın paytaxtı Sofiyada Zəfər Gününə həsr olunmuş "Azərbaycan xalçaları: İrsin ilmələri" sərgisinin açılışı keçirilib. Azərbaycanın Bolqarıstandakı Səfirliyi, "Azərxalça" ASC və Bolqarıstan Milli Etnoqrafiya Muzeyinin birgə təşkilatçılığı ilə baş tutan sərgidə Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri və müasir bədii ifadə imkanları təqdim olunub.
Təşəbbüs çərçivəsində PAŞA Holding, PAŞA Bank və Kapital Bankın dəstəyi ilə "Açma-yumma", "Qarabağ", "Naxçıvan", "Pazırıq" və "Şəbəkəli" adlı beş Azərbaycan xalçası Bolqarıstan Milli Etnoqrafiya Muzeyinə hədiyyə edilib. Milli xalçaçılıq sənətimizin özünəməxsus naxış və ornamentlərini əks etdirən bu nümunələr Azərbaycan mədəni irsinin tanıdılmasına və iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verir.
Sərgidə ənənəvi Azərbaycan xalçaları ilə yanaşı, rəssam və dizaynerlərlə əməkdaşlıq çərçivəsində yaradılmış müasir xalça nümunələri də nümayiş olunub. Ekspozisiyada Rüfət İsmayıl, Rəşad Ələkbərov, Aydan Salahova, Samirə Allahverdiyeva və Səma Məmmədlinin əsərləri yer alıb.
Açılış mərasimində Azərbaycanın Bolqarıstandakı səfiri Elmar Məmmədov və "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov çıxış ediblər.
Milli mədəni irsin qorunması, müasir formada təqdim olunması və gələcək nəsillərə ötürülməsi PAŞA Holdingin korporativ sosial məsuliyyət fəaliyyətinin mühüm istiqamətlərindəndir. Qrup mədəniyyət və incəsənət sahəsində həyata keçirilən təşəbbüsləri dəstəkləməklə Azərbaycanın milli dəyərlərinin dünyada tanıdılmasına və beynəlxalq mədəni əməkdaşlığın inkişafına töhfə verməyə davam edir.

Banklar     Tarix: 16 noyabr 2026

Oxşar xəbərlər

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub

PAŞA Bankın gənclərin peşəkar inkişafına dəstək məqsədilə həyata keçirdiyi "ZirvədəSən 2026" Təcrübə Proqramı başa çatıb. Noyabrın 3-də ADA Universitetində keçirilən bağlanış mərasimində proqram iştirakçıları, mentorlar

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind

Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir – 2027-ci ildə nə gözlənilir?

Azərbaycanda bank əmanətləri üzrə faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması yenidən gündəmə gəlib. Hazırkı qanunvericiliyə əsasən, manatla 18 ay və daha uzun müddətə yerləşdirilən əmanətləri

Bank yeni konseptli ilk filialı ilə Gəncədə

Ölkənin birinci bankı Kapital Bank rəqəmsal bankçılığın imkanlarını fiziki məkanın üstünlükləri ilə birləşdirən yeni filial formatını təqdim edib. Yeni formatda ilk filial isə Gəncə şəhərində açılıb. Yeni konseptin üstünlüy

AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®

AccessBank QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, tender Trellix DLP üzrə elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məlumat əldə etmək üçü

"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb

"Xalq Həyat" Sığorta Şirkəti ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 2 milyon 145 min 318 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 201 min 460 manat və ya 10,4% çoxdur. şirkəti

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd


iqtisadi xeberler dollar kursu dollar məzənnəsi bu gunun xeberleri bitkoin