1000 manatla hansı biznesi qurmaq olar?
Düşündüyümüzdən fərqli olaraq, biznes qurmaq üçün böyük pullara ehtiyacınız yoxdur.
Biznes sahəsindən aslı olaraq az miqdarda büdcə ilə də biznes qurmaq və böyük qazanclar əldə etmək olar.
Bəs 1000 manatla hansı bizneslər qura bilərsiniz? Gəlin, onlarla tanış olaq!
Məsləhətçi xidmətlərin göstərilməsi
Son zamanlar ölkəmizdə konsaltinq xidmətləri geniş vüsət alır və məsləhətçilərə müraciət edənlərin sayı günü-gündən artır. Məsləhətçilərə korporativ bizneslərdən tutmuş kiçik bizneslərə, fərdlərə qədər tələbat var.
Bundan əlavə, bu gün qidalanmadan əlaqələrə, idmandan investisiyaya, bizneslərə qədər bir çox sahədə məsləhət xidmətləri təklif olunur.
Siz ad xərci olan ofis və vacib ləvəzimatlarla biznesə başlaya, müştəri topladıqdan sonra ofisinizi böyüdə bilərsiniz.
Fotostudiyanın açılması
Fotoqrafiya studiyası açmaq da az kapitalla həyata keçirilə biləcək biznes ideyaları sırasındadır. Amma təbii ki, studiyanın nə qədər böyük olması, hansı xidmətlər göstərməsi, çap-hamamının olub-olmaması qiymətə görə dəyişəcək detallardır.
Lakin buna baxmayaraq, az büdcəylə başlayacağınız bu biznesə məsuliyyətlə yanaşsanız, yaxşı gəlir əldə edib studiyanızı böyüdə bilərsiniz.
Onlayn satışla məşğul olmaq
Ən rahat və əlverişli biznes forması onlayn biznesdir. Sizin bu biznes üçün ofis daxili və ofisin texniki xərclərinə xərciniz çıxmayacaq.
Onlayn biznesdə siz yalnız satışı etməyi istədiyiniz məhsula yatırım edirsiniz. Məhsulları əldə etdikdən sonra, onları biznesizin üçün açdığınız hesablarda paylaşıb gətir qazana bilərsiniz.
Biznesin daha çox yayılması üçün aşağı büdcəli onlayn biznes reklamları vermək də sizin xeyrinizə olacaq.
Qrafik dizayner olmaq
Dövrümüzün ən çox yayılan bizneslərindən biri qrafik dizayner sahəsidir. Qrafik dizayn sahəsini bilirsinizsə, yaxud da bilmədikdə bir neçə ay yaxşı çalışıb öyrəndikdən sonra sizə lazım olan yaxşı bir kompüter, balaca ofisdir.
Daimi müştərilər topladıqdan sonra isə özünüzə daha çox yatırım edib, bahalı və geniş funksiyalı kompüterə keçdikdən sonra biznesinizi daha da genişləndirə və gəlirinizi xərcinizdən bir neçə dəfə yüksək edə biləcəksiniz.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
Biznes plan necə yazılır?
Dünyanın ən çox maaş verən şirkətləri
Biznes qurmaq üçün nə lazımdır?
Mcdonalds françayzinqi neçiyədir?