Ən çox gəlir gətirən onlayn bizneslər
Müasir insanın həyatını internetsiz təssəvvür etmək artıq qeyri-mümkündür. Diqqət etmisinizsə, gündəlik həyatımızda qarşımıza çıxan istənilən məhsulun və ya həmin məhsulu istehsal edən şirkətin internetdə saytını və ən azından facebook səhifəsini tapmadıqda artıq həmin məhsul və ya istehsalçısı barədə bizdə informasiya baxımından neqativ fikir yaradır. Biznes.az məlumat verir ki, bu faktoru eyni zamanda xidmət sektoruna da aid etmək olar.
Xidmət sektorunda fəlaiyyət göstərən banklar, otellər, tədris kursları, restoranlar, informasiya agentlikləri və turizm şirkətlərini syat və ya facebook səhifəsiz təssəvvür etmək çətindi. Razılaşaq ki, bu artıq bizim üçün bir istehlakçı olaraq tələbə çevrilib.
Onlayn biznes növləri getdikcə artmaqdadır. Bu sahəyə yönələn insanların sayında da kəskin artım müşahidə olunur. Öz biznesini qurmaq istəyənlər məhz bu yola üz tuturlar.
Elektron ticarət mağazası
Onlayn mağaza açmaq gəlirli bir iş qurmağın etibarlı yoludur. Artıq bütün dünyada rəqəmsal alış-veriş geniş istifadə olunan bir üsula çevrilmiş və e-ticarət satışlarına dünya miqyasında artım yaranmışdır. Bu iş modelinin ən yaxşı tərəfi isə virtual mağazanın ənənəvi mağazaların əngəlindən azad olmasıdır. Kapital haqları ənənəvi mağazalarla müqayisədə çox aşağıdır və siz icarə haqqı ödəməli deyilsiniz. Başlamaq üçün lazım olan hər şey inventar və onlayn mağaza platformasıdır. Bazarda isə bir çox variant vardır. Bunun üçün alternativ saytlardan olan WooCommerce ən populyarlarından biridir.

Fotoqraflıq
Sosial medianın təsiri ilə bu gün daha çox insan doğum və körpə fotoqraflarına müraciət edir. Ona görə də valideynlər ən özəl anlarını peşəkar əllərlə əbədiləşdirərkən, fotoqraflar bu incə işdən qazanc əldə edirlər. Fotoqrafın nüfuzu və əlbəttə ki, valideynlərə göstərdiyi yaxşı xidmət sayəsində aylıq gəlir minimum əmək haqqının "ən azı" ikiqatıdır.
Keyterinq şirkəti
Yemək bişirməyi sevirsinizsə və sahibkarlıq ruhunuz olduğunu düşünürsünüzsə, bu biznesdə uğursuz olma ehtimalınız, demək olar ki, yoxdur. Çünki şirkətlərdən tutmuş işçilərə, tələbələrdən təşkilatçılara qədər bir çox insan qida ehtiyaclarını ödəmək üçün keyterinq şirkətlərinə müraciət edir. Toy, nişan, xına və açılış kimi bir çox müxtəlif tədbirlərə, təşkilatlara və ya şirkətlərə catering xidmətləri göstərək əhəmiyyətli məbləğdə qazanc əldə edə bilərsiniz.
Transformasiya oyunlarının onlayn aparılması
İqropraktik tək idarə oluna bilən və investisiyaların işin ilk aylarında mümkün mənfəətdən bir neçə dəfə aşağı ola biləcəyi bizneslərdən biridir. Oyun təcrübəsi biznesinin mənası nədir? Mahiyyət "oyunçu" sözündədir. Bu və ya digər şəkildə oynanan oyun təcrübə ilə, reallıqla əlaqələndirilir: iş və biznes, sosial, ailə və şəxsi həyat. Yəni oyun mütəxəssisləri müxtəlif mövzularda təlimlər formatında oyunlar keçirirlər. Bir qayda olaraq, aparıcılar aktiv biznes nümayəndələri, məşqçilər, psixoloqlar, reklam mütəxəssisləri, dar fəaliyyət sahələri üzrə mütəxəssislərdir, lakin konkret təhsil və ya diplomun olması üçün ciddi şərtlər yoxdur.
Veb saytların yaradılması və təşviqi
Proqramlaşdırma mövzusunu davam etdiririk. Əgər bu sizə yaxındırsa və vizual redaktorlarda təcrübəniz varsa, onda siz internet saytları və bloqlar yaratmaq, eləcə də onları tanıtmaq kimi onlayn biznesdən pul qazanmağa başlaya bilərsiniz. Biznes.az məlumat verir ki, indi bazar bu cür təkliflərlə doludur - müştərinizə çatmaq üçün cəhd etməlisiniz. Reklam yerləşdirin, potensial müştərilərə kommersiya təklifləri göndərin, qiymətləri aşağı salın, kiçik sifarişlər qəbul edin. Sadə işə başlayın, təcrübə qazanın, müştəri bazası toplayın və biznesinizi tədricən inkişaf etdirin.


Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir
"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - FOTOLAR
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
Azərbaycanın strateji valyuta ehtiyatları $91 milyarda yüksəlib
Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir
Dünya Bankı Azərbaycanda vahid ölkə nümayəndəliyi modelinə keçir
Azərbaycanda bank və ödəniş sektorları bir-birinə rəqib olacaq
"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi
ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
AMB valyuta bazarındakı vəziyyəti açıqladı – Manat möhkəmlənir
Bitcoin nədir?
İlon Mask kimdir?
Dropshipping nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın əh bahalı brendləri - TOP-10