Biznes planı necə yazmaq lazımdır?
Yeni bizneslərin bazara daxil olması, həmçinin mövcud olan bizneslərin sağlam rəqabətə tab gətirməsi üçün biznes planların qüsursuzluğu vacibdir.
Bəs qüsursuz biznes plan necə hazırlanır?
Gəlin biznes plan haqqında yazmazdan öncə plana hazırlıq haqqında qısa danışaq.
Biznes plan bizim artıq hər detalı araşdırıb, öyrəndiyimiz və ideyamızı dəqiqləşdirdiyimiz anda hazırlanır. Ona görə biznes plan yazmazdan öncə diqqət etməli olduğumuz bəzi amillər var.
Biznes plandan əvvəl bilməli olduqlarımız;
1. Biznes planımızdakı ideyamıza bazarda nə qədər ehtiyac olduğu,
2. Biznes planımızdakı biznesə gələcəkdə rəqibimiz olacaq bizneslərin analizi,
3. Biznes planımızdakı biznesin müştəri bazası.
Qeyd etdiklərimiz arasında "biznes planda ən önəmlisi" hansıdır? – deyə soruşsanız, ayırmaqda çətinlik çəkəcəyik. Çünki biznes plandan öncə hər biri haqqında geniş məlumat toplamamaq, hər hansınısa önəmsəməmək biznesimizin gedişatını istədiyimiz yönə aparmaya bilər.
Biznes plandakı bazarda ehtiyacla müştəri bazası eyni maraqlara xidmət edir. Sirr deyil ki, bizim biznes planda olan biznesə yatıracağımız investisiya müştəri və bazar ehtiyacı sayəsində bizə qazanc gətirəcək. Bu səbəbdən də, bazardakı müştəriləri analiz etməli, onların keyfiyyət və zövq ehtiyaclarını öyrənmədən biznes plan yazmamalıyıq . Qısacası, tələb nədirsə, təklifimizi də ona uyğun etməliyik.
Rəqiblərimizin analizi isə biznes planımıza yön verəcək amil ola bilər. Uğurlu biznesin sirrini, sağlam rəqabətə qoşulmağın yollarını bu analizlə öyrənə bilərik. Bu yolda gələcək rəqiblərimizdən məsləhət almağa da çəkinməməliyik. Çünki sağlam rəqabətin yolu sağlam əlaqələrdən keçir.
Bütün bunları bildikdən sonra, artıq biznes planımızı hazırlamağa başlaya bilərik.
• Biznes planımızın ilk hissəsində biznesimiz haqqında qısa ön söz yazmağımız lazımdır.
Biznes planımızın nədən ibarət olduğu, biznesimizə nələri daxil edəcəyimizi, bazara daxil olmaq üçün planlarımız haqqında ətraflı məlumat yazmalıyıq.
• Biznes planımızda biznesimizin inkişafından gözləntilərimiz.
Yəni biznes planımıza şirkətin yayılma miqyası, hansı səviyyədən bazara qoşulub, yaxın 3-5 il ərzində hansı inkişafa çatacağını da biznes planda (business plan) planlamalıyıq.
• Biznesimizin məhsulu.
Biznes planımıza aid olan məhsul, həmin məhsulun bazarda ehtiyac faizi biznes planımızın ən vacib hissələrindəndir.
Məhsul haqqında biznes planımızda (business plan) keyfiyyət tərkibi, ümumən məhsulda hansı xammala ehtiyac olduğu qeyd olunmalıdır. Bu qeydlər sayəsində biznes planımız daha əlverişli olacaq.
• Müdriyyət və əməkdaşlar.
Biznes planımızda diqqət edəcəyimiz əsas hissələrdəndir. Çünki biznes planımız bizi biznesimizə hazırlayan vasitədir. Həmin biznes planda bizə yoldaşlıq edəcək, məhsulumuzu bazara təqdim edəcək əməkdaşlar bizi daha çox tanıda və müştəri qazandıra bilər.
Biznes planımızın bu hissəsində komandamızı necə quracağımız, hansı sahənin peşəkarlarına ehtiyacımız olacağını qeyd etməliyik.
• Məhsul hazırlama müddəti.
Biznes planımıza daxil olan məhsulu hansı müddətə hazırlaya bilərik, müştərilərə necə dəqiq məlumat ötürməliyik onu dəqiq hesablayıb qeyd etməliyik.
• Biznesini bazara çıxartmaq.
Biznes planda məhsulumuzu istər reklam, istərsə də bir başa bazarda göstərmək prinsipi ilə olmasından aslı olmayaraq, öncədən necə tanıtmağımızı qeyd etməliyik.
Buraya hansı reklam üsulundan istifadə edəcəyimiz, hansı büdcəyə və vaxta ehtiyacımız olduğu daxildir və bunların hər biri biznes planımıza daxil edilməlidir.
• Xərclər və qazanclar.
Sona saxlasaq da, biznes planın ən vacib hissəsi sayıla bilər. Başlayacağımız biznesin nə qədər xərc tələb edəcəyi, əməkdaşların maaş xərcindən tutmuş, məkan xərcinə qədər ilkin 3-5 illik hesablamaları aparmaq bizi biznes mühitinə daha tədbirli hazırlayacaq. Eyni zamanda biznes planımıza qazanclarımızın da hesablamasını əlavə etməliyik. Yəni biznes planda biznesimizi qurduqdan sonra 3-5 il ərzində təxmini nə qədər qazancımız olacağını hesablamaq bizim faydamızadır.
• Riskləri nəzərə almaq.
Nəticə etibarı ilə iş dünyasında hər şəraitlə qarşılaşa bilərik. Biznes planda da sahəmizə uyğun riskləri araşdırmaq, onlara qarşı hazırlıqlı olmaq bizim xeyrimizədir.

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb
"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib
ABB DigiLife onlayn jurnalını təqdim etdi
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Bankların şikayət indeksi açıqlandı – SİYAHI
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
İnvestisiyanın necə cəlb etmək olar?
SMM nədir?
Bitcoin nədir?
CV-nin tərtib edilməsi prinsipləri
Marketinq nə demədir?