"Abşeron" Ticarət Mərkəzi yeni şəhərsalma təşəbbüslərində sahibkarların yanındadır

Bakı şəhərinin sosial-iqtisadi inkişafı istiqamətində strateji əhəmiyyətli şəhərsalma təşəbbüslərinin dəstəklənməsi üzrə dövlət-özəl tərəfdaşlığına qoşulan Abşeron Ticarət Mərkəzi KOBİA (Kiçik və Orta biznesin İnkişafı Agentliyinin) yanında İctimai Şuranın keçirdiyi ictimai müzakirəyə evsahibliyi edib. 
FED.az xəbər verir ki, sahibkarların fəaliyyət mühitinin təkmilləşdirilməsi, biznes infrastrukturlarının müasir tələblərə uyğunlaşdırılması məqsədilə keçirilən ictimai müzakirədə aidiyyati dövlət qurumlarının nümayəndələri və 100-ə yaxın sahibkar iştirak edib.
İctimai müzakirə iştirakçıları Abşeron Ticarət Mərkəzi ilə tanış olaraq, yeni şəhərsalma çağırış və trendlərinə hazırlığı, mövcud imkanları barədə məlumatlanıblar.
Qonaqlara bildirilib ki, 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il 100-dən artıq mağaza açılsa belə, bu sektorda hazırda fəaliyyət göstərən bizneslərin böyümələrinə təhdid yoxdur. "Abşeron" Ticarət Mərkəzinin marketinq komandasının araşdırmasına görə, bunun səbəbi 2030-cu ilədək Azərbaycanda inşaat sektorunda hər il orta hesabla 13,2% böyümə gözlənməsidir. 
Sektorun inkişaf meyllərini, əhali artımı və şəhərsalma trendlərini nəzərə alan "Abşeron" Ticarət Mərkəzi Azərbaycan tikinti sektorundakı topdan və pərakəndəçilərin rahat böyüməsi üçün real platformadır. Ticarət Mərkəzinin logistika və gömrük baxımından əlverişli yerləşməsi onu sahibkarlar üçün rahat edir. 
Regionlara, eləcə də Bakı şəhərinin mərkəzinə və ətraf ərazilərinə rahat və maneəsiz çıxış imkanları "Abşeron" Ticarət Mərkəzinin digər üstünlükləridir. Müntəzəm ictimai nəqliyyat "Abşeron" Ticarət Mərkəzinə rahat alıcı axınını təmin edir. Abşeron Ticarət Mərkəzinin ərazisində fəaliyyət göstərən avtovağzalda gündəlik olaraq Salyan, Neftçala, Astara, Lənkəran, Şirvan da daxil olmaqla, ümumilikdə, 30-a yaxın istiqamət üzrə orta hesabla 115 reyslə 700-dən çox adam hərəkət edir. Ticarət Mərkəzində, həmçinin müştərilərin pulsuz və rahat parkinq etmələri üçün geniş ərazilər fəaliyyət göstərməkdədir. 
Bunlardan başqa, Mərkəz sahibkarlara onların böyüməsi və əmlaklarının qorunması üçün çox vacib olan yanğından mühafizə, təhlükəsizlik, sığorta, anbar xidmətləri kimi xidmətlər də göstərir. Ticarət Mərkəzinin marketinq komandası kiçik bizneslərə sosial media marketinqi təlimləri verir, onlara sosial media səhifələrini yaratmaqda yardım göstərir, "Abşeron" Ticarət Mərkəzi sahibkarların müxtəlif yerli və beynəlxalq sərgilərdə iştirakına dəstək verir.   
"Abşeron" Ticarət Mərkəzi sahibkarlığa dəstəyi ilə yanaşı, müasir şəhərsalmada dünyada mövcud trendlərin ifadəsidir. Yüklənmiş şəhər mərkəzlərindən kənarda olmaqla, əhaliyə, nəqliyyatın hərəkətinə maneə yaratmamaqla bərabər, həm də genişlik, çeşid bolluğu, daha çox biznesə rahat fəaliyyət imkanı verir. 
300 hektara yaxın ərazidə yerləşən Mərkəz hazırda 1500-dən çox mağazanı özündə birləşdirir. Sahəsinə, planlanmasına və imkanlarına görə "Abşeron" Ticarət Mərkəzi Avropanın və Yaxın Şərqin bir çox ticarət mərkəzləri ilə müqayisə oluna bilər.
İctimai müzakirə iştirakçılarına "Abşeron" Ticarət Mərkəzinin paytaxtda ticarət və xidmət infrastrukturunun, mövcud ticarət məkanlarının yenilənməsi zamanı biznes subyektlərinin fəaliyyətinə əlverişli şərait yaratdığı və əməkdaşlıqlara hazır olduğu vurğulanıb.

Biznes     Tarix: 01 dekabr 2025

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm


iqtisadi xeberler bitkoin qiymeti dollar manat kursu 1000 manatla biznes bank faizleri