"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137 ədəd uduşlu bilet sahiblərini sevindirib.
FED.az xəbər verir ki, bu biletlər üzrə ödənilən ümumi uduş məbləği 15,823,889 manat təşkil edib. Onlar arasında 22 böyük uduş yer alıb. Ayın ən böyük uduşu "Uğurlu 7" lotereyasında qazanılıb. Bərdə sakininə 50 000 manat qismət olub. Eyni lotereyanın daha bir biletində 10 000 manatlıq uduş qeydə alınıb.
Bundan əlavə, "Qızıl" lotereyası 25 000 manatlıq uduşla yadda qalıb. Yeni satışa çıxmış "Kosmos" lotereyasında da ilk 10 000 manat udulub. "Ani 50" lotereyasında isə Ağcabədi sakini Elsəvər Cəfərova 10 000 manat nəsib olub.
"4 Fəsil" 2 ədəd biletdə 5 000, "Prestij" 3 ədəd biletdə 5 000 manat qazandırıb. "Qoşa" oyunu da düz 12 biletdə 4 000 manatlıq uduşla sevinc bəxş edib.
Uduşlu biletlər Bakı, Gəncə, Tovuz, Bərdə, Ağcabədi, Quba, Zaqatala, Sabirabad, Mingəçevir, Lənkəran şəhərlərində qeydə alınıb.
"Azərlotereya"nın "4+4" tirajlı lotereyasında cekpot məbləği hazırda rekord həddə çataraq 2 000 000 manatı ötüb və öz şanslı sahibini gözləyir. Bununla yanaşı, müxtəlif "Poz-Qazan" oyunlarında da 500 000 manatadək böyük uduş qazanmaq imkanı var.
Biletləri Azərlotereya.com və Misli.az səhifələri, "Azərlotereya" satış nöqtələri, "Misli" məntəqələri, "Araz" və OBA marketlər şəbəkəsi, eləcə də digər mağaza və köşklərdən əldə etmək mümkündür.

"TikTok"la "Instagram"a girişdə problem yarandı
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Biznes nədir?
Biznes təlimlər və tədris üsulları
Dropshipping nədir?
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Milyonlar qazandıran qəribə biznes ideyaları