Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib

Avropa İttifaqı və FED Avropa Komissiyası və ABŞ Federal Ehtiyat Sistemi (FED) İtaliyanın bankçılıq qrupu "UniCredit"in Almaniyanın "Commerzbank" bankını satın almaq planına razılıq verib.
Avrokomissiyanın açıqlamasında "UniCredit"in "Commerzbank"ı satın almasının Aİ qaydaları çərçivəsində araşdırıldığı və sözügedən əməliyyatın Avropa bazarında rəqabət baxımından narahatlıq doğurmadığı qənaətinə gəlindiyi bildirilib.
Qeyd olunub ki, "UniCredit"in Almaniyadakı törəmə qurumu vasitəsilə təqdim etdiyi fiziki və hüquqi şəxslər üçün bank xidmətləri "Commerzbank"ın fəaliyyəti ilə böyük ölçüdə üst-üstə düşür. Araşdırma zamanı əsas diqqət sövdələşmənin Almaniyanın bankçılıq bazarına mümkün təsirlərinə yönəldilib.
Açıqlamada bildirilib ki, hər iki bankın Almaniyanın bank xidmətləri bazarındakı ümumi payı məhdud səviyyədədir. Bankların xarici ticarətin maliyyələşdirilməsi sahəsində güclü mövqeyə malik olduğu vurğulanıb. Bununla yanaşı, həmin sahədə özəl, dövlət, kooperativ və beynəlxalq banklar da daxil olmaqla çoxsaylı alternativ xidmət təminatçılarının fəaliyyət göstərdiyi qeyd edilib.
Qeyd olunub ki, satınalma başa çatdıqdan sonra da Almaniyanın bankçılıq bazarında yetərli rəqabəti təmin edəcək digər maliyyə qurumları fəaliyyətlərini davam etdirəcəklər.
Araşdırma çərçivəsində hər iki bankın kreditləşdirdiyi Almaniyanın ortaölçülü müəssisələrinin maliyyə resurslarına çıxış imkanları da xüsusi diqqətdə saxlanılıb. Bu sahədə də kifayət qədər rəqabətin davam edəcəyi müəyyən edilib.
Avrokomissiya araşdırılan bazarların heç birində rəqabət baxımından narahatlıq doğuran hal aşkar etmədiyindən sövdələşməyə şərtsiz razılıq verib. Satınalma əməliyyatı oktyabrın 9-da Avrokomissiyaya təqdim olunub.
Avropa ölkələrində fəaliyyət göstərən iri şirkətlərin birləşmə və satınalma əməliyyatlarına nəzarət Avrokomissiyanın səlahiyyətlərinə daxildir. Komissiya apardığı araşdırmalar zamanı bu cür əməliyyatların rəqabət qaydalarına uyğunluğunu qiymətləndirir. Rəqabətə zidd hallar aşkarlandıqda isə birləşmə və ya satınalma əməliyyatlarının qarşısını ala bilir.
"UniCredit" şirkəti də yaydığı açıqlamada "Commerzbank"ın səhmlərinin mübadiləsinə əsaslanan açıq satınalma təklifinin tamamlanması üçün FED-dən razılıq aldığını bildirib. Açıqlamada bu razılığın prosesdə mühüm mərhələ olduğu və tənzimləyici qurumun əməliyyata müsbət münasibətini əks etdirdiyi vurğulanıb.
"UniCredit" bu razılığı Avropa bank sektorundakı mövqeyinin daha bir təsdiqi kimi məmnunluqla qarşılayır", – deyə şirkətin açıqlamasında bildirilib.

Banklar     Tarix: 17 noyabr 2026

Oxşar xəbərlər

"Bank Respublika" mühüm təyinat baş tutub

"Bank Respublika" ASC-də yeni kadr təyinatı olub. xəbər verir ki, Cəfər Həmidov bankın baş texnologiya direktoru (CTO) vəzifəsinə təyin edilib. O, 2026-cı ilin oktyabrından etibarən yeni vəzifəsinin icrasına başlayıb

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Avropa İttifaqı və FED "UniCredit"in "Commerzbank"ı satın almasına razılıq verib

Avropa Komissiyası və ABŞ Federal Ehtiyat Sistemi (FED) İtaliyanın bankçılıq qrupu "UniCredit"in Almaniyanın "Commerzbank" bankını satın almaq planına razılıq verib. Avrokomissiyanın açıqlamasında "UniCredit"i

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisəd

Unibank ağacəkmə kampaniyasında iştirak edib

Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

Expresspay terminallarında 500 AZN üzəri nağd ödənişlərdə yenilik

İdentifikasiya SİMA İmza tətbiqi vasitəsilə terminal ekranında əks olunan QR kodun skan edilməsi yolu ilə həyata keçirilir. 16 noyabr 2026-cı il, saat 00:00-dan etibarən "Expresspay" ödəniş terminallarında 500 AZN-də


iqtisadi xeberler dollar manat kursu bu gunun xeberleri dollar mezenne 1000 manatla biznes