Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib

Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib2026-cı ilin yanvar–sentyabr aylarında sürətli pul köçürmə sistemləri vasitəsilə Azərbaycan banklarına 1 milyard 523,1 milyon manat vəsait daxil olub. Bu, ötən ilin eyni dövründəki 1 milyard 306,7 milyon manatla müqayisədə 216,4 milyon manat və ya 16,6% çoxdur.
Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabr ayı üzrə statistik bülletenində bildirilir.
Hesabat dövründə banklara daxil olan pul köçürmələrinin sayı isə 2 milyon 503,1 mindən 2 milyon 168,2 minə enib. Beləliklə, əməliyyatların sayı illik müqayisədə 13,4% azalsa da, köçürülən vəsaitin həcmi artıb.
Nəticədə bir daxilolma əməliyyatının orta məbləği ötən ilin eyni dövründəki 522 manatdan təxminən 702 manata yüksəlib.
2026-cı ilin ilk doqquz ayında sürətli pul köçürmə sistemləri vasitəsilə banklardan kənara göndərilən vəsaitlərin həcmi 360,3 milyon manat təşkil edib.
Bu, ötən ilin eyni dövründəki 362,3 milyon manatla müqayisədə 2 milyon manat və ya 0,6% azdır.
Banklardan göndərilən köçürmələrin sayı isə 741 mindən 559,4 minə enərək 24,5% azalıb.
Beləliklə, ilk doqquz ayda sürətli pul köçürmə sistemləri üzrə banklara daxil olan və banklardan göndərilən vəsaitlər arasındakı müsbət fərq 1 milyard 162,8 milyon manata çatıb. Ötən ilin müvafiq dövründə bu göstərici 944,4 milyon manat idi.

Banklar     Tarix: 04 noyabr 2026

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"


iqtisadi xeberler dollarin kursu bu gun dollar məzənnəsi investisiya depozit faizleri