Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar®Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçilərin gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirməsinə imkan yaradır.Tətbiqin əsas yeniliklərindən biri ATB müştərilərinin ailə üzvləri üçün nəzərdə tutulmuş Ailə bankçılığı funksiyasının istifadəyə verilməsidir.
Ailə bankçılığı – bank xidmətlərinə yeni yanaşma
Yeni Ailə bankçılığı həlli rəqəmsal bankçılığa fərqli yanaşma təqdim edərək bank xidmətlərindən yalnız əsas kart sahibinin deyil, onun ailə üzvlərinin də rahat şəkildə faydalanmasına imkan yaradır. Artıq ailə üzvləri üçün birbaşa tətbiq üzərindən kart sifariş etmək, ödənişlər aparmaq, xərc limitlərini müəyyənləşdirmək və kartları idarə etmək mümkündür.
Bu funksiya ailə daxilində gündəlik maliyyə əməliyyatlarının idarə olunmasını asanlaşdırır, valideynlərə övladlarının xərclərinə nəzarət etmək imkanı yaradır və uşaqların maliyyə savadlılığının inkişafına töhfə verir.
Daha geniş rəqəmsal imkanlar
Yenilənmiş atb360 tətbiqində istifadəçilərə gündəlik bank əməliyyatlarını daha rahat həyata keçirmək üçün yeni əlavə imkanlar da təqdim edir.
Tətbiq vasitəsilə ƏDV geri almaq, AniPay xidmətindən istifadə etmək, QR əməliyyatları aparmaq və mövcud depozitlər haqqında məlumat əldə etmək mümkündür.
Bununla yanaşı, müştərilər olduqları yerdən, filiala getmədən atb360 vasitəsilə onlayn krediti anında sərfəli şərtlərlə əldə edə bilərlər.
Rəqəmsal bankçılığa keçiddə növbəti mərhələ
atb360-ın yenilənməsi Azər Türk Bankın ənənəvi bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə keçirmək strategiyasının tərkib hissəsidir. Bank atb360-ı mərhələli şəkildə inkişaf etdirərək müştərilərə daha geniş bank xidmətlərindən məsafədən faydalanmaq imkanı yaratmağı hədəfləyir. Əsas məqsəd bank xidmətlərini mərhələli şəkildə rəqəmsal mühitə daşıyaraq müştərilərin maliyyə ehtiyaclarını filiallara getmədən, atb360 üzərindən qarşılaya bilməsini təmin etməkdir.
atb360 tətbiqini App Store və ya Google Play üzərindən yükləmək və son versiyaya yeniləmək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 777 09 45, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.

Banklar     Tarix: 30 oktyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib

Azərbaycandakı banklar 2026-cı ilin yanvar-sentyabr ayında cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 1 milyard 130 milyon manatlıq faiz ödəyiblər. Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərclər

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib

"Atəşgah Həyat" Sığorta Şirkəti 2026-cı ilin yanvar–sentyabr aylarında topladığı sığorta haqlarından daha çox sığorta ödənişi həyata keçirib. -ın hesablamalarına görə, şirkətin sığorta ödənişləri 2025-ci ilin

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler 1000 manatla biznes investisiya birbank dollarin kursu bu gun