Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlamaAzərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanması qaydası dəyişəcək.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrın 29-da keçirilən mətbuat konfransında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, hazırda Azərbaycanın sığorta sektorunda "Solvency I" yanaşması tətbiq olunur və Mərkəzi Bank daha təkmil olan "Solvency II" sisteminə keçid üzərində işləyir.
"Biz indi Solvency I-dəyik, Solvency II-yə keçidlə məşğuluq. Artıq demək olar ki, növbəti aylarda bunu tətbiq edəcəyik", – deyə Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, yeni sistemin tətbiqi sığorta şirkətlərinin kapital adekvatlığının qiymətləndirilməsində dəyişikliklər yaradacaq. Əsas yenilik kapital məbləğinin sadəcə artırılması deyil, tələb olunan kapitalın hesablanması metodologiyasının dəyişdirilməsidir.
"Orada kapital tələbi deyil, tələb olunan kapitalın hesablanması fərqlidir. Amma bizim sığorta sektorumuz kifayət qədər yüksək kapitala malikdir", – deyə o qeyd edib.
Taleh Kazımov bildirib ki, Mərkəzi Bank yeni tələblərin sığorta şirkətlərinin maliyyə vəziyyətinə mümkün təsirlərini əvvəlcədən qiymətləndirib. Aparılmış simulyasiyaların nəticələrinə əsasən, "Solvency II" sisteminə keçid sığorta sektorunda kapital çatışmazlığı yaratmayacaq.
"Yeni tələbləri gətirsək də, kapital çatışmazlığı olan sığorta şirkətlərimiz, simulyasiyalar indi onu göstərir ki, yoxdur", – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
O əlavə edib ki, sığorta şirkətləri nəzərdə tutulan dəyişikliklər barədə məlumatlandırılıblar və yeni tənzimləmə çərçivəsi ilə tanışdırlar.
Mərkəzi Bank "Solvency II" sisteminin mahiyyəti, mövcud "Solvency I" yanaşmasından fərqləri və sığorta sektoruna təsirləri barədə media nümayəndələri üçün ayrıca maarifləndirici tədbir keçirməyi də planlaşdırır.
"Solvency II" sığorta şirkətlərinin maliyyə dayanıqlığının və ödəmə qabiliyyətinin risklər əsasında qiymətləndirilməsini nəzərdə tutan tənzimləmə sistemidir. Bu yanaşmada kapital tələbləri sığorta şirkətlərinin üzləşdikləri risklərin xarakteri və həcmi nəzərə alınmaqla müəyyən edilir.
Yeni sistemə keçid sığorta sektorunda kapitalın hesablanması və risklərin idarə olunması yanaşmalarının təkmilləşdirilməsi baxımından mühüm dəyişiklik hesab olunur.

Banklar     Tarix: 29 oktyabr 2026

Oxşar xəbərlər

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Kapital Bank hər dəqiqə ən azı bir mikro kredit verir

Kapital Bank növbəti strateji dövrdə mikro kredit portfelini 1 milyard manata çatdırmağı və maliyyələşdirdiyi sahibkarların sayını artırmağı planlaşdırır. Bu barədə Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiya

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd

Bank Respublika Asiya İnkişaf Bankından regionlarda sahibkarlığın inkişafı üçün 40 milyon ABŞ dolları cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı sahibkarlığın dəstəklənməsinə yönəlmiş növbəti kredit müqaviləsini bağlayıb. Bakı, 26 oktyabr 2026-cı il. Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və ort

Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı

Azərbaycan Mərkəzi Bankının təqdim edilmiş statistik məlumatları əsasında sığorta şirkətlərinin 2026-cı ilin yanvar–sentyabr aylarında topladıqları sığorta haqları və həyata keçirdikləri ödənişlər üzrə iki ayrı sıralama hazırlanıb

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz


iqtisadi xeberler emlak xeberleri bu gunun xeberleri dollar kursu rubl mezenne