Dünyanın ən zəngin idmançıları

Dünyanın ən zəngin idmançıları2023-cü ildə dünyanın ən yüksək maaş alan 10 idmançısına futbolçular, basketbolçular, boksçular və qolfçular daxildir.

1. Lionel Messi

36 yaşlı argentinalı futbolçunun illik gəliri 130 milyon dollardır. Biznes.az melumat verir ki, onun idman qazancının 75 milyona çatdığı təxmin edilir; populyarlığına görə daha 55 milyon qazanır. Təkcə "Socios" platforması ilə müqavilə Messiyə ildə 20 milyon gəlir gətirir, həmçinin "Adidas", "Budweiser" və "PepsiCo" ilə də müqavilələri var.

2. Lebron Ceyms

Lebron Ceymsi bütün zamanların ən yaxşı basketbolçusu adlandıranlar az deyil. O, basketbol meydançasından kənarda daha çox qazanır: 80 milyon və 41,2 milyon dollar (və cəmi ildə 121,2 milyon). Lebron "The SpringHil" prodüser şirkətinin sahibidir: basketbolçu özü onun layihələrindən biri olan "Space Jam" komediyasında rol alıb.
Dünyanın ən zəngin idmançıları

3. Kriştianu Ronaldo

Dövrümüzün ən xarizmatik futbolçularından biri yaxşı pul qazanır: ildə 115 milyon. Ronaldo bir neçə dəfə (2016 və 2017-ci illərdə) "Forbes"in ilk 10-luğuna başçılıq edib, lakin indi üçüncü yerdədir. Amma 2023-cü ilin yanvarında Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubu ilə imzaladığı 200 milyonluq müqaviləni nəzərə alsaq, onun 3-cü yerdə qalmayacağına inanmağa əsas var. Ronaldo idman haqlarından əlavə sosial media hesablarından da çoxlu pul qazanır.
Dünyanın ən zəngin idmançıları

4. Kilian Mbappe

24 yaşlı Kilian Mbappe ildə 110 milyon dollar qazanır. O, PSJ klubu ilə son dərəcə sərfəli müqavilə bağlamağı bacarıb: 2025-ci ilə qədər 250 milyon dollar alacaq. Marketinq fəaliyyəti futbolçuya ildə təxminən 20 milyon dollar əlavə gəlir gətirir, lakin o, qazandığı pulun hamısını şəxsi ehtiyaclarına xərcləmir. Mbappe xeyriyyə işlərində fəal iştirak edir.

5. Fil Mikelson

Qolf milyonçuların oyunu hesab olunur, lakin bu oyun istedadlı idmançıdan milyonçu edə bilər. Bunu hələ 1992-ci ildə karyerasına başlayan amerikalı qolfçu Fil Mikelson nümunəsi sübut edir. Dünya Qolf Şöhrət Zalına daxil edilmiş Mikelson hər il ən azı 102 milyon qazanır, halbuki o, zirvənin ən yaşlı iştirakçısıdır.

6. Neymar

İndiyədək futbolçunun gəlirinin böyük hissəsi (70 milyon) idman qonorarlarından gəlir. Bununla belə, Neymar "Puma" və "Red Bull" ilə gəlirli reklam müqavilələri bağlayıb və bu yaxınlarda NFT-lərə sərmayə qoymağa başlayıb.

7. Stiven Karri

Bir vaxtlar Stiven Karrinin "Golden State Warriors" ilə imzaladığı iki yüz milyon dollarlıq müqavilə səs-küyə səbəb oldu. Basketbolçunun illik gəliri 92,8 milyon dollardır. Onun üçün mühüm qazanc mənbəyi "Under Armour" ilə uzunmüddətli reklam müqaviləsidir. Ekspertlərin fikrincə, bu, idmançıya ildə ən azı 20 milyon gəlir gətirir. Karri şou-biznesə yad deyil: onun qurduğu şirkət "Unimous" filmlər çəkir və televiziya üçün məzmun yaradır.

8. Kevin Dнurant

Basketbolçu təkcə parlaq oyunçu kimi deyil, həm də öz biznes imperiyasının yaradıcısı kimi tanınır. Təkcə "Nike" ilə bağladığı müqavilədən o, ildə ən azı 28 milyon dollar qazanır və ümumi illik gəliri 92 milyonu ötür. Həmçinin "Tirty Five Ventures" investisiya şirkətini təsis edib və bu şirkət vasitəsilə perspektivli startaplara pul yatırır.

9. Saul Alvares

İstedadlı meksikalı idmançı 15 yaşında peşəkar boksda debüt edib və 32 yaşında planetin ən yüksək maaş alan boksçusu olub: ildə 90 milyon. Keçmiş çempion Plant ilə döyüşə görə o, 40 milyon dollar qazanıb. Super orta çəkidə dünya çempionunun gəlirinin əsasını məhz döyüşlərə görə qonorar təşkil edir: rinqdə 85 milyon dollar, ondan kənarda isə cəmi 5 milyon dollar qazanır. Alvaresin digər gəlir mənbələrinə "Hennessy" ilə əməkdaşlıq və Meksikadakı restoran daxildir.

10. Yannis Adetokunbo

Adetokunbo təkcə basketboldakı uğurları ilə deyil, həm də 2020-ci ilin dekabrında 228 milyon dollara imzalanan 5 illik müqavilə ilə tanınır. Biznes.az melumat verir ki, Yannis "WatchBox"un investorlarından biridir.

Biznes     Tarix: 29 oktyabr 2025

Oxşar xəbərlər

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun biznes qurmaq avtomobil xeberleri