Dünyanın ən dəyərli avtomobil şirkətləri
İldən-ilə dəyərli avtomobillərin sayı artmaqdadır. Biznes.az məlumat verir ki, günümüzdə avtomobil şirkətləri ortaya çıxardıqları qeyri-adi dizaynları və dəbdəbəli sloqanları ilə güclü rəqabətin içindədirlər.
Bu yazıda dünyanın ən dəyərli avtomobil şirkətlərindən bəhs edəcəyik.
"Porsche"
Sadəcə 25 ədəd istehsal edilən "Porsche 911 Carrera GTS" kimi əfsanəvi modellərə imza ataraq, "Porsche, onun yeri əvəz olunmaz" sloqanını bizlərə yaşatmağı bacaran bu alman nəhəngi yüksək performanslı, sport, super, hiper, SUV və Sedan avtomobillərlə ağlımızı başımızdan almağı bacarır.
"Ford"
Bu şirkət Henry Ford tərəfindən ABŞ-də qurulub. "Ford" avtomobil şirkəti öz adı və "Lincoln" markasının adı altında keyfiyyətli avtomobilləri biz avtomobil sevərlərə təqdim etməyi bacardı. Bu dünyaca məşhur avtomobil firması "Fərqi Hiss et" sloqanı altında avtomobillər istehsal edir.
"Honda"
Siyahıda bir yapon nəhəngi "Honda" da yer alıb. "The Power of Dreams", yəni "Xəyal gücü" deyərək təsiredici avtomobillər, motosikletlər və güc avadanlıqları meydana gətirən "Honda" 1948-ci ildə dünyanın ən qiymətli avtomobil markalarından biri halına gələrkən, 1959-ci ildə isə dünyanın ən böyük motosiklet istehsalçılarından biri oldu.
"Volkswagen"
Dünyanın hər yerində öz adını almış alman avtomobil şirkəti "Volkswagen" dünyanın ən dəyərli avtomobil şirkətləri sırasındadır. İldə 8 milyondan çox avtomobili istehsal edir. "Volkswagen" dünyanın ən qiymətli avtomobil şirkətlərindən biridir. Marka "Jetta", "Golf", "Passat" və "Bora" kimi avtomobillər istehsal edir.
"Toyota"
"Keyfiyyət İnqilabı" deyərək yoluna davam edən "Toyota" dünyanın ən dəyərli avtomobil şirkətlərindən biridir. 1937-ci ildə yaradılan "Toyota"ya tələbat böyükdür. Bu da şirkətə aid avtomobillərin yüksək keyfiyyəti ilə əlaqədardır. Qlobal Toyota satışları illər ərzində inkişaf etməkdədir. Biznes.az məlumat verir ki, 1937-ci ildə əsası qoyulmuş Toyota şirkəti dünyanın ilk ardıcıl çıxarılan hibrit vasitəsi "Prius"u və bazara hazır ilk hidrogenli vasitəsi "Toyota FCHV"i əhatə edəcək qədər genişlənmişdir.


Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Yatırım olmadan necə biznes qurmaq olar?
ƏDV geri al və onun üstünlükləri
Swift nədir?
Dünyanın ən zəngin idmançıları