Ağdamda yaradılmış şirkət 2,2 milyon manata – NEFTÇALADAKI QARA KÜRÜ ZAVODU ALDI

Ağdamda yaradılmış şirkət 2,2 milyon manata – NEFTÇALADAKI QARA KÜRÜ ZAVODU ALDINeftçala rayonunda yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət Neftçala rayonu, Sübh kəndində yerləşən əmlak kompleksindən gedir, onun əvvədki adı Kür-Ağzı Nərə Balıqartırma zavodudur .
Balıq zavodu ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2 ay əvvəl edan edilmiş investisiya müsabiqəsində "Rail Trans Service" MMC qalib gəlib. Müsabiqənin şərtlərinə görə, qalib şirkət zavodda 10 milyon manatlıq investisiya proqramı yatırmalı, eləçcə də büdcəyə 2,2 milyon manat ödəməli idi.
"Rail Trans Service" MMC də zavoda 10 mln. manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.
Neftçala rayonu, Sübh kəndində yerləşən əmlak kompleksinin (keçmiş Kür-Ağzı Nərə Balıqartırma zavodunun) satışı üzrə elan edilmiş investisiya müsabiqəsinə bu ilin 21 oktyabr tarixində yekun vurulub. Həmin tarixdə müsabiqə komissiyası tərəfindən iddiaçıların təklif zərfləri açılıb, "Rail Trans Service" Məhdud Məsuliyyətli Cəmiyyəti investisiya müsabiqəsinin qalibi elan olunub. 12 noyabr 2026-cı il tarixində müsabiqə qalibi ilə müvafiq alqı-satqı müqaviləsi imzalanıb.
Xatırladaq ki, "RAİL TRANS SERVİCE" MMC Ağdamda qeydiyyatdan keçib, hüquqi ünvanı da Ağdamın Kosalar kəndin, 20 Yanvar küçəçsində yerləşir. Şirkətin nizamnamə kapitalı 10 min manatdır. Şirkətin qanuni təmsilçisi Vüsal İsmayılzadə Mahmud oğludur. İndiyədək şirkətin adı daha çox dəmir yol layihələrində, o cümlədən Şimal-Cənub dəmiryo layihəsindəki işlərdə çəkilib.
Beləliklə, indi bu şirkət, müqaviləyə əsasən, digər maliyyə-iqtisadi və sosial öhdəliklərlə yanaşı, dövlət büdcəsinə 2,2 mln. manat məbləğində vəsaitin köçürülməsi, habelə 3 il ərzində müəssisəyə 10 mln. manat həcmində investisiya qoyuluşuna dair İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.
Bu 10 milyon manat hesabına qalib şirkət zavodda təmir-tikinti aparmalı, 40 nohuru tamamilə bərpa etməlidir. Bundan başqa, müəssisədə Qapalı Su Dövriyyəsi sistemi qurulacaq, yeni texnoloji avadanlıqlar quraşdırılacaq, törədici balıqlar, xammal, material, nəqliyyat vasitələri və texnikalar alınacaq.
Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, layihə çərçivəsində müxtəlif balıq və balıqçılıq məhsullarının istehsalı nəzərdə tutulur. Belə ki, nohur təsərrüfatında əsasən çəki, naqqa, qayabalığı və ağ amur, Qapalı Su Dövriyyəsində isə Sibir nərəsi və qara kürü istehsalının təşkili planlaşdırılır. Həmçinin müəssisədə soyudulmuş və hisə verilmiş balıq məhsullarının istehsalı da nəzərdə tutulur. Həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində müəssisədə 150 iş yerinin yaradılması planlaşdırılır.
Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, müəssisənin yenidən qurulması ilə Neftçaladakı balıqartırma zavodunun istehsal potensialı artırılacaq, daxili bazarı balıq məhsulları ilə təmin etmək, həmçinin ixrac imkanı yaranacaq.

Biznes     Tarix: 27 noyabr 2026

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ

"Misri Private Dining & Terrace" yüksək zövqlü interyeri və zəngin mətbəxi ilə diqqət çəkir. xəbər verir ki, şəhərin səs-küyündən uzaq, rahat və prestijli atmosfer axtaranlar üçün nəzərdə tutulan bu məkan hə

Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri "Trendyol" Antalyada keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Şuşa restoranlarında bir ildə - 7 MİLYON MANAT HESAB VERİLİB

2025-ci ildə Şuşada ictimai iaşə dövriyyəsinin həcmi 7 milyon 51 min manat olub. . Azərbaycanda restoranlarda ən çox pul xərclənən 10 region – SİYAHI. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ötən il Şuşada restoranlard

Azərbaycanda 4 milyonluq şirkətlə 160 milyonluq şirkət – BİRLƏŞDİ - DETALLAR 

"Süsən Aqro" MMC-nin (VÖEN: 1501826371) fəaliyyətinə xitam verilib. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin fəaliyətin

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Trendyol 2030-cu ilədək dayanıqlılıq hədəflərini - AÇIQLADI

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" 2025-ci il ərzində dayanıqlılıq istiqamətində əldə etdiyi nəticələri, həyata keçirdiyi layihələr


iqtisadi xeberler en son xeberler bitkoin dollarin kursu bu gun rubl mezenne