PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb

PAŞA Bank və Deloitte Private ®Ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank və Deloitte Private Azərbaycanda altıncı dəfə keçiriləcək "Best Managed Companies Azerbaijan" proqramı üzrə əməkdaşlıq müqaviləsi imzalayıblar.
Deloitte Private-ın beynəlxalq təşəbbüsü olan "Best Managed Companies" proqramı qabaqcıl idarəetmə təcrübələri və uğurlu biznes nəticələri ilə seçilən şirkətləri müəyyən edir və mükafatlandırır.
Dünyanın 50-yə yaxın ölkəsində həyata keçirilən proqram Azərbaycanda 2021-ci ildən təşkil olunur. Bu müddət ərzində proqramda 50-yə yaxın yerli şirkət iştirak edib, 19 şirkət isə "Best Managed Companies Azerbaijan" tituluna layiq görülüb.
PAŞA Bank və Deloitte Private Proqram çərçivəsində iştirakçılar idarəetmə təcrübələrini beynəlxalq metodologiya əsasında qiymətləndirmək, Deloitte və PAŞA Bank ekspertlərindən bizneslərinin inkişafı ilə bağlı tövsiyələr almaq imkanı əldə edirlər.
Şirkətlər strategiya, biznes imkanları və innovasiya, korporativ idarəetmə və maliyyə göstəriciləri, eləcə də korporativ mədəniyyət və öhdəliklər olmaqla dörd istiqamət üzrə qiymətləndirilir. Əsas mükafatın qalibləri münsiflər heyəti tərəfindən müəyyən edilir.
2027-ci ildə əsas mükafatla yanaşı, şirkətlərin nailiyyətləri üç yeni nominasiya – "İnnovasiya və davamlı inkişaf", "Korporativ vətəndaşlıq və sosial töhfə", "Ətraf mühitə məsuliyyət və ekoloji töhfə" üzrə də qiymətləndiriləcək.
PAŞA Bank və Deloitte Private Proqramda illik gəliri 10 milyon manatdan çox olan, ən azı üç il fəaliyyət göstərən və 25-dən çox tam ştatlı əməkdaşı olan şirkətlər iştirak edə bilərlər. Şirkətin mülkiyyətinin 60 faizdən çoxu Azərbaycan rezidenti olan fiziki və ya hüquqi şəxslərə məxsus olmalıdır.
"Best Managed Companies Azerbaijan" proqramı Deloitte Private və PAŞA Bankın əsas sponsorluğu, AmCham Azerbaijan, ADA Universiteti və İctimai Televiziyanın tərəfdaşlığı ilə həyata keçirilir.
Proqram və iştirak şərtləri haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür.
PAŞA Bank bu təşəbbüslə yerli şirkətlərdə qabaqcıl idarəetmə təcrübələrinin tətbiqinə, onların dayanıqlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına dəstək göstərir.
PAŞA Bank və Deloitte Private

Banklar     Tarix: 25 noyabr 2026

Oxşar xəbərlər

Biznesin banklardan asılılığı artır – İstiqraz bazarı geridə qalır

Azərbaycanda biznesin maliyyələşdirilməsində bank kreditlərinin üstünlüyü artmaqda davam edir. Korporativ istiqraz bazarı genişlənsə də, onun biznes kreditləri ilə müqayisədə həcmi kiçilir. xəbər verir ki, bu barədə Bak

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış

Noyabrın son həftəsində hamı endirim axtarır. Yelo Inves-də isə nəinki endirim, tamamilə komissiyasız alış həftəsinə başlayır! 23–27 noyabr tarixlərində keçirilən "Parlaq İnvestisiya Həftəsi" çərçivəsində səhm v

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət

BSTDB-nin Azərbaycandakı layihələrə ayırdığı vəsait €723 milyona yaxınlaşıb

Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) Azərbaycandakı layihələr üzrə faktiki ödənişlərinin həcmi 2026-cı ilin oktyabr ayının sonuna 722,8 milyon avroya çatıb. Bu, sentyabrın sonu ilə müqayisədə 11 milyon avro və y

AMB banklarda rəqəmsal dələduzluğa qarşı nəzarəti gücləndirir

Azərbaycan Mərkəzi Bankı (AMB) 2026-cı ilin sonunadək, ən geci isə 2027-ci ilin əvvəlinədək bankların, elektron pul təşkilatlarının və ödəniş təşkilatlarının rəqəmsal dələduzluğa qarşı mübarizə tədbirlərini təhlil etməy

Azərbaycanda banklara nəzarət sistemi dəyişir – Mərkəzi Bank yeni risklərə fokuslanır

"Biz 2027-ci ilə yeni texnoloji reallıqlarla daxil oluruq. Sürətli rəqəmsallaşma, açıq bankçılığın inkişafı və süni intellektin geniş tətbiqi, maliyyə bazarlarında "oyun qaydalarını" köklü şəkildə dəyişdirir


iqtisadi xeberler bitkoin qiymeti bitkoin dollarin kursu bu gun dollar mezenne