Xalq Bank "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərini mükafatlandırdı

Xalq Bank ®Xalq Bankın stimullaşdırıcı "Əmanət" lotereyasının 2-ci tirajının qaliblərinə pul mükafatları təqdim olunub.
İkinci tirajın nəticələrinə əsasən, ümumilikdə 75 nəfər müxtəlif məbləğlərdə pul mükafatı qazanıb. Qaliblər lotereya şərtlərinə uyğun olaraq bankın filial qrupları üzrə müəyyən edilib və mükafatlar müvafiq filiallarda qaliblərə təqdim edilib.
Bu tiraj üzrə ən yüksək uduş olan 15 ədəd 5 000 AZN pul mükafatının qalibləri Xalq Bankın Mərkəz, Neftçilər, Sumqayıt, Qazax, Mingəçevir, Yevlax, Quba, Xaçmaz, Neftçala, Şirvan və Lənkəran filiallarının müştəriləridir.
Bundan əlavə, müxtəlif regionlardan 25 nəfər 1 000 AZN, 35 nəfər isə 500 AZN məbləğində pul mükafatını qazanıb. Ümumilikdə, 2-ci tirajda 117 500 AZN dəyərində pul mükafatları öz sahibini tapıb.
Xatırladaq ki, hazırda "Əmanət" lotereyasının 3-cü tirajı davam edir. Lotereya çərçivəsində Xalq Bankın "Müddətli", "Proqress", "VIP-Rantye" və rəqəmsal əmanət məhsulları üzrə yeni əmanət yerləşdirən və ya mövcud əmanətinin müddəti uzadılan müştərilər növbəti tirajlarda müxtəlif məbləğlərdə pul mükafatları, eləcə də hər biri 50 000 AZN olan iki əsas uduşdan birini qazanmaq şansı əldə edəcəklər.
"Əmanət" lotereyasının sonuncu tirajının qalibləri 12 yanvar 2027-cı il tarixində müəyyən ediləcək. Lotereyada iştirak üçün əmanətlərin son qəbulu tarixi 30 dekabr 2026-cı ildir. Şərtlər barədə ətraflı:
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Banklar     Tarix: 24 noyabr 2026

Oxşar xəbərlər

Biznes xərclərindən də millər qazandıran ABB AZAL Miles Business kartları təqdim olundu

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB daha bir mükəmməl səyahət həllini – ABB AZAL Miles Business kartlarını bazara təqdim edib. ABB AZAL Miles Business kartı hüquqi şəxslər, fərdi sahikarlar və onların əməkdaşlar

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkəni

Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində

Xalq Bankın təqdim etdiyi "Xalq Əmanəti" layihəsinin 27-ci nəşri Azərbaycan heykəltəraşlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, ik

Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda

Bank kartı gündəlik maliyyə əməliyyatlarını daha rahat və sürətli edən əsas ödəniş vasitələrindən biridir. Bu gün insanlar alış-veriş, kommunal ödənişlər, onlayn sifarişlər, pul köçürmələri və digər bank əməliyyatları üçü

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib

Prezident AMB-nin maliyyə qurumlarına nəzarət funksiyalarının artırılmasını təsdiqləyib /

XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır

23–30 noyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində XalqKart sahibləri seçilmiş kateqoriyalar üzrə alış-veriş və xidmət ödənişlərinə görə 5% keşbek/Oil bonusu əldə edə biləcəklər. Kampaniya geyim, elektronika

Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf

Daxili Nəzarət və Komplayns Departamentinin Direktoru Rauf Qarayevin müsahibəsi.  Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf. AFB Bankın Daxili Nəzarət və Komplayens Departamentinin direktoru il

Prezident qanunu təsdiqlədi – Mərkəzi Bank üçün nə dəyişir?

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Qanuna dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, Mərkəzi Bank (AMB) çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi risklərin

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya


iqtisadi xeberler rubl mezenne bitcoin dollarin kursu bu gun birbank