PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib®PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin strateji investisiya layihələrinin maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlərdən istifadə imkanları, beynəlxalq maliyyə institutlarının (IFI) və inkişaf maliyyə institutlarının (DFI) bu prosesdə rolu, eləcə də yerli və beynəlxalq maliyyə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin açılışında PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov çıxış ediblər. Çıxışlarda Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və biznes subyektləri üçün uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
PAŞA Holdinqin qrup üzrə baş iqtisadçısı Elman Eminov "Azərbaycan iqtisadiyyatına baxış" mövzusunda təqdimatla çıxış edərək ölkənin makroiqtisadi inkişaf perspektivləri, investisiya mühiti və iqtisadi artım tendensiyaları barədə məlumat verib. PAŞA Bankın Maliyyə İnstitutları bölməsinin rəhbəri Mirsəyyad Mahmudov isə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda təqdimatla çıxış edərək ölkədə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarından bəhs edib.
Tədbirdə iqtisadiyyatın müxtəlif strateji sahələri əhatə edən investisiya layihələri təqdim olunub. AgroDairy şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Elnur Əliyev "Azərbaycanın ərzaq təhlükəsizliyinə investisiyalar: irimiqyaslı layihələrə ümumi baxış" mövzusunda çıxış edərək şirkətin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində həyata keçirdiyi layihələr və təşəbbüslər haqqında məlumat verib.
PASHA Real Estate şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Vüqar Axundov "PASHA Real Estate: fəaliyyət istiqamətləri, inkişaf strategiyası və əməliyyat modeli" mövzusunda təqdimatla çıxış edib.
Azerbaijan Green Energy Company (AGEC) tərəfindən "Bərpa olunan enerji layihələri" mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanın yaşıl enerji gündəliyi, həyata keçirilən layihələr və bu sahədə mövcud investisiya imkanları haqqında məlumat verilib.
Tədbirin əsas hissələrindən biri yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarına həsr olunmuş panel müzakirəsi olub. PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyevin moderatorluğu ilə keçirilən paneldə LBBW, Nuqi Digital Wealth Ltd, Moonwake Investment və Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.
PAŞA Bank yerli bizneslərin uzunmüddətli maliyyələşmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və ölkə iqtisadiyyatı üçün əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə dəstək istiqamətində fəaliyyətini davam etdirir.
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilibPAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib

Banklar     Tarix: 19 noyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb

İpoteka və Kredit Zəmanət Fondunun, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və "AzInTelecom" MMC-nin BİRGƏ MƏLUMATI. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-c

"PASHA Bank Türkiye" ilk üç rübə 192 milyon lirə xalis mənfəət əldə edib

"PAŞA Bank Türkiye" 2026-cı ilin ilk altı ayında 192 milyon lirə (6,7 milyon  manat) xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin müvafiq dövründəki 277 milyon lirə ilə müqayisədə 30,7% azdır. xəbər verir ki, bankı

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca

Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb

Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib. Məqalədə ABB-ni

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Bankların şikayət indeksi açıqlandı – SİYAHI

Azərbaycan Mərkəzi Bankı kommersiya bankı müştərilərinin bank xidmətlərindən istifadəsi üzrə şikayət indeksini açıqlayıb:. /

İcbari sığortanın müddəti bitəndə "mygov" da xəbər verəcək

İcbari Sığorta Bürosu rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaşların sığorta məlumatlarına çıxışının asanlaşdırılması və məlumatlandırma imkanlarının təkmilləşdirilməsi istiqamətində daha bir yeniliyi həyata keçirib

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya


iqtisadi xeberler birbank leobank kart 1000 manatla biznes bank faizleri