ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldiAzərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb.
Banker.az (İnvestisiya) xəbər verir ki, bankın səhmlərinin qiyməti əvvəlki tarixi maksimum olan 35 qəpiyi 2 qəpik və ya 5,7% üstələyib.
Xatırladaq ki, Banker.az noyabrın 12-də ABB səhmlərinin 35 qəpiyə yüksələrək 2024-cü ilin iyununda qeydə alınmış tarixi maksimuma qayıtdığını yazmışdı. Həmin vaxtdan ötən bir həftə ərzində səhmlərin qiymətində yüksəliş davam edib.
Bankın səhmləri 2025-ci ilin iyul–sentyabr aylarında 25 qəpik səviyyəsində ticarət olunurdu. Beləliklə, həmin dövrlə müqayisədə qiymət artımı 12 qəpik və ya 48% təşkil edir.
ABB-nin 2024-cü ildə həyata keçirdiyi kütləvi səhm təklifi zamanı qiymət 27 qəpik müəyyən edilmişdi. Hazırkı 37 qəpiklik səviyyə bu qiymətdən 37% yüksəkdir. Dividend ödənişləri də nəzərə alındıqda, səhmləri ilkin təklif zamanı əldə edərək saxlayan investorların ümumi gəlirliliyi daha yüksəkdir.
Bankın hər birinin nominal dəyəri 27 qəpik olan 4 milyard 745 milyon 449 min 602 ədəd səhmi mövcuddur. Yeni qiymət əsasında ABB-nin hesablanmış bazar kapitallaşması təxminən 1,76 milyard manata yüksəlir.
Dividend gəlirliliyi və maliyyə nəticələri
ABB 2026-cı ilin mayında 2025-ci ilin mənfəətindən səhmdarlarına 200 milyon manat dividend ödəyib. Bu, hər səhmə təxminən 4,21 qəpik təşkil edib. Son dividend məbləğinin 37 qəpiklik qiymətə nisbəti təxminən 11,4%-dir.
Bankın dividend siyasəti investorların diqqətində qalır. Belə ki, 2027-ci ilin dövlət büdcəsi layihəsində ABB-dən dövlət büdcəsinə 175 milyon manat dividend daxilolması proqnozlaşdırılır.
ABB 2026-cı ilin yanvar–sentyabr aylarını 352,4 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövründən 34,8% çoxdur. Bankın ümumi gəlirləri 20,4% artaraq 1 milyard 362,6 milyon manata, aktivləri isə ilin əvvəlindən 18,3% artaraq 16 milyard 117,6 milyon manata çatıb.
Bankın kredit portfeli 7,85 milyard manat, depozit portfeli 10,7 milyard manat, balans kapitalı isə 2,32 milyard manat təşkil edib.
ABB-nin biznesinin genişlənməsində mühüm hadisələrdən biri də Özbəkistanın "Davr Bank"ının 51%-lik nəzarət səhm paketinin təxminən 140 milyon ABŞ dollarına alınması olub. Sentyabrda tamamlanan əməliyyatla ABB iki milyondan çox müştərisi olan bank üzərində nəzarət əldə edib və "ABB Davr" brendi ilə regional fəaliyyətini genişləndirmək imkanı qazanıb.

Banklar     Tarix: 19 noyabr 2026

Oxşar xəbərlər

"Qala Həyat"ın ödənişləri 76% artıb

"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu

ABB DigiLife onlayn jurnalını təqdim etdi

ABB daha bir rəqəmsal layihəsini – DigiLife onlayn jurnalını təqdim edib. Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olma

Banklarında izafi likvidlik 6,2 milyard manata çatıb

Azərbaycanda bank sektorunun struktur likvidlik profisiti 2026-cı ilin sentyabr ayının sonunda 6,2 milyard manata çatıb. Bu, 2025-ci ilin sonu ilə müqayisədə 2,2 dəfə çoxdur. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) noyab

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib  

Expressbankın dəstəyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Cəlilabad Peşə Təhsil Mərkəzində fermerlər və sahibkarlar üçün "Sahibkarlar üçün Maliyyə Savadlılığı və Kibertəhlükəsizlik"

2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. Fonda istinadən xəbər verir ki


iqtisadi xeberler rubl mezenne kripto valyuta xeberleri pul qazanmaq