Bill Qeyts kimdir?

Bill Qeyts kimdir?Bill Qeyts "Microsoft"un qurucusu və keçmiş baş direktoru, ictimai fəal və xeyriyyəçidir. Biznes.az məlumat verir ki, sahibkar korporasiyaya 1975-ci ildə yarandığı andan 2000-ci ilə qədər rəhbərlik edib. Daha sonra sosial fəaliyyətlərə daha çox vaxt ayırmaq üçün baş direktor vəzifəsindən istefa verib. "Microsoft" fərdi kompüter proqram təminatı bazarında liderlərdən biridir. Onilliklər ərzində Bill Qeyts planetin ən varlı insanlarından biri hesab olunur.
Qeyts 28 oktyabr 1955-ci ildə Sietldə (Vaşinqton) hüquqşünas Uilyam və iş qadını Meri Maksvellin ailəsində anadan olub. Billin Kristi və Libbi adlı iki bacısı var. Qeyts məktəbdə yaxşı oxuyurdu, xüsusən riyaziyyatı əla bilirdi. 1975-ci ildə Harvard Universitetinə daxil olub, ancaq təhsilini buraxaraq Allen ilə birlikdə "Microsoft" adlı şirkəti qurub. "Microsoft" stabilliklə mikro kompüterlər üçün proqramı inkişaf etdirməyə həsr edən ilk işlətmələrdən biridir. Aradan qısa bir müddət keçdikdən sonra "General Electric" kimi şirkətlər müştəriləri arasında idi.
Bill Qeyts kimdir?1977-ci ildə Pol Allenlə Bill Qeyts arasında yoldaşlıq razılığı imzalanır. Həmin ildə Qeyts alətlərini BASİC ilə təchiz edə bilmək məqsədilə "Apple" fərdi kompüter istehlakçıları ilə müqavilələr imzaladı. Ayrıca FORTRAN, KOBOL və Paskal proqramlama dili kimi proqram dillərini inkişaf etdirməklə "Microsoft"a bir üstünlük və beynəlxalq bazar yollarına çıxmaq şəraitini yaratdı. 1978-ci ildə "Microsoft" adlı ilk beynəlxalq satış ofisi Yaponiyada açıldı. 1979-cu ildə "Microsoft"un əsas ofisi Vaşinqton ştatının Bellevyu şəhərinə köçürüldü. Qeyts 13 işçisi ilə təxminən 3 milyon dollarlıq bir satış reallaşdıra bildi. O, ağıllı uzaqgörənliklə 80-ci illərdə dünya səviyyəsində satış rekordları əldə etdi. 1000 işçisi olan şirkət 80-ci illərin ortasında Avropada şöbələr qurdu.
Qeyts əməliyyat sisteminə paralel olaraq tətbiq proqramları sahəsində son dərəcə müvəffəqiyyətli işlər ortaya qoyurdu. "Microsoft"un proqram sahəsindəki qəti müvəffəqiyyəti "Apple" şirkətinin özlərinə verdikləri sifarişlə reallaşdı. Qeyts şirkətini 1986-cı ildə anonim şirkətə çevirdi. Aradan çox keçmədən tək öz payının dəyəri 1 milyard dollar oldu.
MS-DOS əməliyyat sisteminin qrafik yaxşılaşdırması olan "Windows"un inkişaf etdirilməsi işlərinə Qeyts 1985-ci ildə başlamışdır. "Windows" bir satışa çıxarma kompaniyası ilə çox müvəffəqiyyət qazandı. "Microsoft" sistemi proqram işçiləri ilə daha da genişləndirildi. Qeyts xüsusilə "Windows"u daha sadə və rahat bir formaya salmağa əhəmiyyət verirdi. "Microsoft" 1993-cü ildə müzakirəsiz bazarın lideri oldu. İllik gəlir 36 milyard dollar, birja dəyəri 140 milyard dolların üstündə idi.
2000-ci ildə Qeyts korporasiyanın operativ idarəçiliyində iştirakını dayandıracağını və baş direktor vəzifəsini 1980-ci ildən "Microsoft"da işləyən Stiv Ballmerə verəcəyini bildirdi. 2006-cı ildə təqaüdə çıxdıqdan sonra proqram təminatının hazırlanmasına nəzarət edən Bill Qeyts, nəhayət, qurduğu şirkəti tərk edəcəyini açıqladı. 27 iyun 2008-ci il Qeytsin "Microsoft"dakı son tam günü oldu. 2014-cü ilin fevralında Qeyts İT korporasiyasının sədri vəzifəsindən istefa verərək texnologiya məsləhətçisi vəzifəsinə keçdi.
Biznes.az-ın məlumatına görə, Qeytsin anası Meri oğlunu uşaqlıqdan sosial fəaliyyətlərlə tanış edib - onun məsləhəti ilə Bill məktəbdə və digər təşkilatlarda könüllü kimi çalışıb. Qeyts çoxsaylı ictimai və elmi icmaların fəxri üzvüdür.
2021-ci ilin yayında Bill Qeyts arvadı Melindadan boşanıb. Cütlük 27 il evli idi. İş adamının dediyinə görə, cütlük boşanmaq qərarına çox fikirləşdikdən və münasibət üzərində çox çalışdıqdan sonra gəliblər. Qeyts qeyd edib ki, o, Melinda ilə üç uşaq böyüdüb və bütün dünyada fəaliyyət göstərən xeyriyyə fondu yaradıb. "Bloomberg"in məlumatına görə, Melinda boşandıqdan sonra təxminən 3 milyard dollar dəyərində səhmlər alıb.
Qeytsin karyerası bir sıra sənədli və bədii filmlərdə öz əksini tapıb.
Bill Qeyts kimdir?

Biznes     Tarix: 01 noyabr 2025

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm


iqtisadi xeberler bitcoin qiymeti pul qazanmaq dollar mezenne rubl mezenne