Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır.
Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək
FED.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
"Bir çox ölkələrin təcrübəsi göstərir ki, əsas məsələ biznesin böyüklüyü deyil, iqtisadiyyatda biznesin paylanmasıdır. Çünki iqtisadiyyatın azsaylı böyük bizneslər üzərində qurulması risk ehtimalını artırır. Məsələn, Avropa İttifaqında ümumi daxili məhsulun 64%-i kiçik və orta sahibkarlığın payına düşür. Əslində, dövlət siyasəti daha az riskli iqtisadiyyatın formalaşmasını stimullaşdırmalıdır. Məqsəd böyük bizneslərin deyil, bütövlükdə iqtisadiyyatın böyüməsi olmalıdır. İl ərzində dəfələrlə qeyd etdiyimiz kimi, böyük biznes böyük iqtisadiyyat anlamına gəlmir. Bu fəlsəfədən çıxış edərək, Vergi Məcəlləsində də, xüsusilə mikro və kiçik sahibkarların başlanğıc vəsaitlərinin cəlb edilməsi, biznesin qurulması və fəaliyyətə başlaması istiqamətində daha çox güzəştlərin tətbiqi və stimullaşdırıcı mexanizmlərin nəzərdə tutulması vacibdir", - deyə o qeyd edib. (Report)

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb
"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da
AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir
"Sea Breeze" yeni şirkət yaratdı
Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı
Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi
Sürətli pul köçürmələri ilə daxil olan vəsait 1,5 milyard manatı keçib
Ev şəraitində pul qazanmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Dünyada ən çox oxunan 5 kitab
ZARA-nın uğur hekayəsi
Bitcoin nədir?