Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir®Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinite ödəniş kartlarını 50 % endirimlə eldə edə bilərlər.
Premium seqmentə aid bu kartlar səyahət və gündəlik həyat üçün geniş imtiyazlar təqdim edir.
Mastercard Black Edition sahibləri il ərzində 10 dəfə hava limanlarının biznes-zallarından və Fast Track xidmətindən, 4 dəfə Heydər Əliyev Beynəlxalq Hava Limanına ödənişsiz transfer və Premium Travel Access xidmətlərindən istifadə edə bilərlər. Əlavə olaraq kartın təqdim etdiyi  imtiyazlara restoranlarda 5 % keşbek, Duty Free mağazalarında xüsusi keşbek, səyahət sığortası, xaricdə 1 GB mobil internet və Mastercard Assistance xidmətlər daxildir.
Visa Infinite sahibləri isə il ərzində 6 dəfə hava limanlarının biznes-zallarına ödənişsiz giriş, Fast Track və Fast Line xidmətləri vasitəsilə sürətli keçid, həmçinin Azərbaycan, Türkiyə və BƏƏ hava limanlarında transfer imkanından faydalana bilərlər. Kartın digər üstünlükləri sırasına 24/7 fəaliyyət göstərən Visa Concierge xidməti, rouminq üçün internet paketi, Bakı hava limanının CIP terminalında xüsusi imkanlar və beynəlxalq səyahət sığortası daxildir.
Qeyd edək ki, endirim kartların birdəfəlik xidmət haqqına şamil olunur.
Müştərilər MC Black Edition və Visa Infinite kartlarını həm Xalq Bankın geniş filial şəbəkəsindən, həm də onlayn kanallar vasitəsilə sifariş edə bilərlər: Bakı ərazisində pulsuz çatdırılma xidməti aktivdir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən,  rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.

Banklar     Tarix: 04 noyabr 2026

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Kino biletləri də ABB mobile tətbiqində

Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. 3 noyabr 2026-cı ildə Bankla CineMastercard şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlard

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd


iqtisadi xeberler bu gunun xeberleri bitcoin biznes ideyalari kicik biznes