PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib®PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib.
Azərbaycanda mikromaliyyə sektorunun 30 illiyinə və AMFA-nın fəaliyyətinin 25 illiyinə həsr olunan tədbirdə dövlət qurumları, maliyyə institutları və beynəlxalq təşkilatların nümayəndələri bir araya gəlib. Konfransda maliyyə inklüzivliyi, maliyyələşməyə çıxış imkanları, sektorun inkişaf perspektivləri və rəqəmsal transformasiya məsələləri müzakirə olunub.
Tədbirdə çıxış edən PAŞA Bankın Maliyyə İnstitutları və Xidmət Sənayesi üzrə rəhbəri Zahid Əfəndiyev banklarla bank olmayan kredit təşkilatları (BOKT) arasında əməkdaşlığın mikro və kiçik sahibkarların maliyyələşməyə çıxışında əhəmiyyətini vurğulayıb.
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib"PAŞA Bank olaraq BOKT-ları maliyyə xidmətlərinin daha geniş kütləyə çatdırılmasında mühüm tərəfdaş hesab edirik. Bizim üçün əsas göstərici ayrılmış vəsaitin həcmi deyil, həmin vəsaitin neçə sahibkara çatması, neçə biznesin inkişafına dəstək olması və iqtisadiyyatda nə qədər davamlı dəyər yaratmasıdır", – deyə Zahid Əfəndiyev bildirib.
O, həmçinin bankların maliyyə resurslarının BOKT-ların mikro və kiçik sahibkarlarla iş təcrübəsi ilə birləşdirilməsinin əhəmiyyətinə, risklərin bölüşdürülməsi və zəmanət mexanizmlərinin inkişaf etdirilməsi imkanlarına toxunub.
PAŞA Bank maliyyə institutları ilə əməkdaşlığın genişləndirilməsi, sahibkarların maliyyələşməyə çıxışının asanlaşdırılması və ölkədə maliyyə inklüzivliyinin təşviqi istiqamətində fəaliyyətini davam etdirir.

Banklar     Tarix: 03 noyabr 2026

Oxşar xəbərlər

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib

Rabitəbankın Müşahidə Şurasında yeni təyinat olub. Bankın audit və korporativ idarəetmə sistemində iyirmi ildən artıq təcrübəyə malik Rəşad Abasov Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. O, eyni zamanda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm


iqtisadi xeberler bank faizleri dollar məzənnəsi birbank biznes krediti