Shopify-da necə satışa başlamaq olar?

Shopify-da necə satışa başlamaq olar?Shopify-da öz mağazanızı açmaq üçün sadəcə 8 etaplı qeydiyyatı tamamlasanız, bəs edir.

Shopify sizə təqdim etdiyi xidmət infrastrukturu ilə tanış olmaq üçün 14 günlük ödənişsiz sınaq müddəti verir. İstəyirsinizsə, mağazanızı qurmaq üçün Shopify-ı seçməzdən əvvəl bu infrastrukturun təklif etdiyi xidməti yoxlaya, istəməsəniz, bir başa ticarətə başlaya bilərsiniz.

E-ticarət saytınızı işə salmaq üçün Shopify-ı seçdiyiniz zaman, mağazanın quraşdırılması üçün izləməli olduğunuz addımlar bu ardıcıllıqladır:
Shopify-da necə satışa başlamaq olar?1. Shopify-da qeydiyyatdan keçin

Shopify-da mağaza əməliyyatları qeydiyyatdan sonra başlayır. Qeydiyyat üçün e-poçt ünvanınızın olması kifayətdir. Shopify-ın təklif etdiyi sınaq müddətindən istifadə etmək istəsəniz, ana səhifədə yerləşən "ödənişsiz sınağa başla" düyməsini klikləməklə qeydiyyat prosesinə başlaya bilərsiniz.

2. Hesabınızın temasını seçin

Shopify ödənişli və ödənişsiz alternativləri olan zəngin tema mağazasına malikdir. Heç bir kodlaşdırma biliyinə və ya texniki dəstəyə ehtiyac olmadan onlayn mağazanızı qurmaq üçün Shopify dizaynerlərinin dəstəyi ilə mağazanızın görünüşünə təsir edəcək tema seçimi edə bilərsiniz.
Shopify pulsuz mövzuları özü, avtomatik hazırlayır, ödənişli mövzular isə üçüncü tərəflər tərəfindən hazırlanır. Ödənişli tema seçmisinizsə, ödənişli tema siyahısında olan 70-dən çox dizayn siyahısından satdığınız məhsula ən uyğun seçimi edə bilərsiniz.

3. E-mağazanızı fərdiləşdirin

Shopify-da tema dizaynını seçdikdən sonra sizə tərtibatı, rəngləri və şəkilləri dəqiq tənzimləmək imkanı verilir. Mağazanızı fərdiləşdirməyə imkan verən bu düzəlişlərlə siz özünüz istədiyinizi seçib yerləşdirə bilərsiniz.
Bu mərhələdə şəkilləri mağazanıza uyğunlaşdırsanız, daha əlverişli olar. Dəyişikliklərinizin bu nöqtədə necə göründüyünü təsəvvür edə bilməniz üçün Shopify sizə önizləmə seçimi dəverir. Heç bir qrafik dizayn və ya kodlaşdırma biliyi olmadan, Shopify-da sadə toxunuşlarla seçdiyiniz pulsuz və ya premium mövzuda lazımi fərdiləşdirmələri edəndən sonra əməliyyatı bitirməmiş, hesabınızın necə göründüyünə baxa bilərsiniz.

4. Məhsulları hesabınıza yükləyin

Shopify-da mağazanızın temasını və fərdiləşdirmə üçün son toxunuşlarını etdikdən sonra məhsullarınızı mağazanıza əlavə edə bilərsiniz. Bu proseslər üçün Shopify-dakı "məhsullar" bölməsini istifadə etməlisiniz. Müvafiq sözün açılan menyusunda "bütün məhsullar" bölməsinə daxil olub, "məhsul əlavə et" düyməsini sıxmaqla məhsullarınızı əlavə etməyə başlaya bilərsiniz.

5. Ödəniş infrastrukturunuzu yaradın

Shopify mağazanıza yüklədiyiniz və qiymətlərini müəyyən etdiyiniz məhsulların satışını tamamlamaq üçün ödəniş infrastrukturunuzu qurmalısınız. Bu nöqtədə, çatdırılma zamanı nağd pul vəbank köçürməsi kimi ənənəvi ödəniş üsullarından istifadə etməklə yanaşı, müştərilərinizə mütləq debet və kredit kartları ilə ödəmə variantını təqdim etməlisiniz.
Shopify-da debet və kredit kartı ilə ödəniş variantlarını təklif etmək üçün virtual POS infrastrukturundan istifadə etməlisiniz.

6. Çatdırılma formanızı qeyd edin

Müştərilərinizə Shopify-da satacağınız məhsulu yerləşdirdikdən və ödəniş infrastrukturunuzu yaratdıqdan sonra e-ticarətə başlamaq üçün son addım olan çatdırılma parametrlərinizi tamamlamalısınız. Bu nöqtədə, Shopify e-ticarət sahibkarlarının ehtiyaclarına uyğun olan çoxsaylı göndərmə seçimlərinin dəstəyi ilə işinizi asanlaşdırır. Shopify-da "parametrlər" menyusunun altındakı "göndərmə və çatdırılma" bölməsindən istifadə edərək çatdırılma parametrlərinizi müəyyən edə bilərsiniz.
Çatdırılma prosesi Shopify e-ticarətinin ən vacib hissəsidir. Bir çox potensial e-ticarət sahibkarları hər şeyi düzgün etsə də, çatdırılma mərhələsindəki problemlər və gecikmələr səbəbindən ciddi müştəri və satış itkiləri ilə üzləşirlər. Bu mərhələdə heç bir problem yaşamamaq vən Shopify mağazanızın açılışı ilə müştəri məmnuniyyətinə nail ola biləcək düzgün vaxtda çatdırmaq üçün çatdırılmaya daha çox diqqət yetirin.

7. Mağazanızı dərc edin

Tranzaksiyalara baxarkən qeyd olunur ki, Shopify mağazasının qurulması mərhələsi nəşr müddəti ərzində bir dəfədən çox təkrarlanacaq. Bununla belə, yuxarıda təsvir edilən 6 addımı tamamladıqdan sonra mağazanızı dərc etmək üçün tələb olunan əsasları tamamlamış olacaqsınız.

Shopify mağazanızı işə salmazdan əvvəl hər hansı çatışmazlıqları yoxlamaq üçün menyudan sonuncu dəfə keçmək vacibdir. Heç bir çatışmazlıq yoxdursa, sizə təklif olunan 14 günlük sınaq versiyasında çatışmazlıqların olub olmadığını yoxlamaq üçün Shopify mağazanızı işə salmaqla onlayn satış təcrübənizi başlaya bilərsiniz.

Biznes     Tarix: 09 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler dollar mezenne depozit faizleri dollar manat kursu investisiya