"Freelance" nədir?

"Freelance" nədir?Artıq neçə ildir ki, texnologiyadakı son inkişaflar və internet istifadəsinin artması ilə iş həyatına yeni bir anlayış daxil olmuşdur. Bu konsepsiyanın adı sərbəst iş modelidir.
Yaradıcılıq və sektoral bacarıqlar nümayiş etdirmək imkanı yaradan "freelance" iş üslubunun üstünlükləri və insanların malik olduğu geniş biznes şəbəkəsi bir çox insanın bu iş üsuluna üstünlük verməsinə səbəb olur, distant və ya ev ofisində işləməyə meylini artırır. Yalnız frilanser kimi işləyən insanlar ola bilsə də, normal növbələrini davam etdirən, iş saatlarından sonra və həftəsonları işləməyə üstünlük verən insanların əhəmiyyətli bir hissəsi də var. Üstəlik, keçmişlə müqayisədə rəqəmsal ehtiyacların artması ilə bu tendensiyaya maraq günü-gündən artmaqda davam edir.
Freelance (Frilans) sərbəst işləmək, sərbəst işçi mənasını daşıyır.
Frilans işlər evdən, kafedən və s. kimi yerlərdən idarə oluna bilər. Özəlliklə qrafik dizayn, tərcümə işləri, sosial media marketinq, veb saytların qurulması və s. xidmətlər frilans işlər arasında çoxluq təşkil edir. Frilans işləyən şəxs, qazancını maaşla deyil, etdiyi iş üzərindən ya da saata uyğun əldə edir. Burada iş saatları frilanser və sifarişçi arasında razılaşdırıla bilər. Frilanser müştərinin sadəcə mövcud sifarişini etməklə məsuldur. Siğorta və digər ehtiyaclar tərəflərin məsuliyyəti üzərində deyil.
Şirkətlər adətən frilanserlər ilə periodik olaraq işləyirlər. İşlərin həddindən artıq çox olduğu zamanlarda işin bitmə vaxtına (deadline) uyğun olaraq frilanserlərə müraciət edirlər. Frilanserlər daha çevik, sürətli və münasib işləyə bildiyindən şirkətlər üçün bu əlverişli vəziyyət yaradır.
Frilanserlər iş yükündən asılı olaraq eyni zamanda bir neçə fərqli müştəri ilə işləyə bilərlər. Müştəriyə işi təhvil verdikdən sonra aylıq dəstək xidməti də göstərmək də frilanserlər üçün əlverişli üsuldur.
"Freelance" nədir?Freelance peşələr hansılardır?

Proqramlaşdırma

Proqramlaşdırmanı edə bilmək üçün dil, riyazi bilikləriniz və uzun müddət diqqətinizi yönləndirərək işləmək qabiliyyətinə sahib olmağınız lazımdır. Əgər ixtisaslaşdığınız bir proqramlaşdırma dili yoxdursa, Java həm asan istifadəsiylə, həmçinin asan öyrənilməsi ilə yaxşı bir başlanğıc ola bilər. Eyni zamanda ixtisaslaşdığınız proqramlaşdırma sahələrində şirkət və ya şəxslərə dəstək də ola bilərsiniz.

Fotoqraflıq

Şübhəsiz ki, sıralamada ən əyləncəli peşə olan fotoqraflıq, eyni zamanda, dünya səyahəti kimi bir məqsədiniz və çəkdiyiniz fotoları sata biləcək bacarığınız varsa, fotoqraflıq tam da sizin xəyalınızdakı peşə ola bilər.

Onlayn dərs öyrətmək

Müasir texnologiyanın dəyişdirdiyi sahələrdən biri də təhsil sistemidir. Bütün dünya təhsil sistemində onlayn dərslərin təşkili mümkündür. Dil biliyiniz də buna imkan verirsə, mütləq seçə biləcəyiniz bir peşədir.

Qrafik dizayner

Bu peşə son illərdə populyardır və sərbəst zamanlı işləyənlərin seçimidir. Photoshop, İllustrator, Freehand, Corel Draw kimi proqramları çox yaxşı şəkildə bilməyiniz lazımdır. Veb interfeyslər, mobil interfeyslər, kartvizitlər, kataloqlar və loqolar dizayn edə bilərsiniz.

Redaktor və yazarlıq

Redaktor kitab, qəzet, jurnal və veb saytlarda yazarlardan gələn məqalələri dəyərləndirir, dərc etməyi planlayır və gözdən keçirir. Əgər güvəniləcək şirkət və ya şəxslərlə əlaqə yarada bilirsinizsə, məqalə yazaraq həmin şirkət və ya şəxslərlə əməkdaşlıq yaradıb, gəlir əldə edə bilərsiniz.
"Freelance" nədir?

Biznes     Tarix: 27 sentyabr 2025

Oxşar xəbərlər

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti


iqtisadi xeberler valyuta xeberleri bu gunun xeberleri dollar kursu dollar manat kursu