Assosiasiya: "Daxili bazarda zərgərlik məmulatlarına tələbat sabitdir"
Azərbaycan bazarında zərgərlik məmulatlarına tələbat sabitdir.
Proqnoz: Qızılın unsiyasının qiyməti 5000 dollara çatacaq
FED.az xəbər verir ki, bunu "Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədr müavini, iqtisadçı ekspert Rövşən Əmircanov bildirib.
Onun sözlərinə görə, dünyada qiymətli metalların bahalaşması Azərbaycanın mədən və maliyyə sektorlarına da təsir göstərir: "Yüksələn dünya qiymətləri yerli hasilatçı şirkətlərin gəlirlərini artırır. Eyni zamanda, Dövlət Neft Fondunun qızıl ehtiyatlarının dəyərinin yüksəlməsi ölkənin strateji aktivlərinin ümumi gəlirliliyini artırır. Qızılın 4 000 dollarlıq həddi aşması Azərbaycanın qızıl aktivləri üzrə gəlirlərini nəzərəçarpacaq dərəcədə artırıb".
Ekspert qeyd edib ki, daxili bazarda qiymətlər beynəlxalq bazardakı dinamikaya uyğun artıb: "Hazırda Azərbaycan bazarında 999,9 əyar qızılın metal dəyəri təxminən 230 manat, 750 əyar qızılın metal dəyəri təxminən 172 manat, 585 əyar qızılın metal dəyəri təxminən 136 manatdır. Zinət məmulatlarının satış qiymətləri isə formalaşmış bazar şərtlərinə uyğun olaraq, 585 əyar 170–200 manat, 750 əyar 210–250 manat, 999,9 əyar külçə və sikkələr 260–280 manat səviyyəsindədir".
R.Əmircanov vurğulayıb ki, bahalaşmaya baxmayaraq, daxili bazarda zərgərlik məmulatlarına tələbat sabitdir: "Bunun əsas səbəblərindən biri alıcıların daha çox kiçik çəkiyə malik məmulatlara üstünlük verməsidir. Qiymət artımı platin və palladium bazarında da müşahidə edilir. London Əmtəə Birjasında platin 1 640–1 660 ABŞ dolları, palladium 1 420–1 470 ABŞ dolları intervalında ticarət olunur. Bu artım əsasən avtomobil sənayesində artan tələblə əlaqələndirilir. Digər tərəfdən, brilyant və digər qiymətli daşlar bazarında qiymət dəyişiklikləri minimal xarakter daşıyır və nəzərəçarpacaq səviyyədə müşahidə olunmur. Bu sabitlik beynəlxalq almaz birjalarındakı tələb–təklif balansı ilə bağlıdır. Ölkə daxilində satışların əsas hissəsi qiymətli metallar üzrə formalaşdığı üçün daş-qaş məmulatlarına tələbat daha məhdud qalır". (Report)

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Shopify-da necə satışa başlamaq olar?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Kriptovalyuta nədir və necə alınır?
İlon Mask kimdir?