EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

EIB Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub.
Bu barədə EIB-dən bildiriblər.
"Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməsi üzrə] zamanı EIB "AccessBank" QSC-də ona məxsus olan adi səhmləri sataraq, əvəzində pul kompensasiyası və maliyyələşdirmə sahəsində cari tərəfdaşı olan "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə edib. EIB-nin imtiyazlı səhmlərə malik olması sövdələşmənin razılaşdırılmış strukturu ilə şərtlənir və kapitala yeni strateji investisiya qoyuluşu deyil", - bankdan bildiriblər.
Bankdan həmçinin qeyd ediblər ki, EIB 2014-cü ildən etibarən "AccessBank"a dəstək göstərir. Bu dəstək əvvəlcə mikro, kiçik və orta müəssisələrin kredit resurslarına çıxışının genişləndirilməsinə yönəlmiş maliyyələşdirmə mexanizmləri vasitəsilə həyata keçirilib. 2018-ci ildə "AccessBank" çətin maliyyə vəziyyəti ilə üzləşdiyi zaman EIB digər beynəlxalq maliyyə təşkilatları ilə bərabər kreditorların təşəbbüsü ilə həyata keçirilən restrukturizasiya prosesində iştirak edərək, kapitalın yenidən qiymətləndirilməsinə kömək etmək və bankın gələcək fəaliyyətini təmin etmək üçün mövcud borcun bir hissəsini səhmdar kapitalına konvertasiya edib.
"Bu qərar təkcə EIB-nin kapital qoyuluşlarını qorumaq niyyətini deyil, həm də onun kiçik və orta biznesin dəstəklənməsi, eləcə də Azərbaycanın maliyyə sektorunun dayanıqlığının möhkəmləndirilməsi sahəsində daha genişmiqyaslı siyasi öhdəliklərini əks etdirirdi. Restrukturizasiya "AccessBank"ın kapital strukturunu bərpa etməsinə, mənfəətə çıxmasına və yerli sahibkarların kreditləşdirilməsini davam etdirməsinə imkan verib. Sonradan bank maliyyə sağlamlaşdırılması prosesindən uğurla keçib", - EIB-dən əlavə ediblər.
Avropa İnvestisiya Bankında hesab edirlər ki, "AccessBank"ın "Bank Respublika" tərəfindən alınması restrukturizasiya prosesinin uğurla başa çatmasını və Azərbaycanın bank sektorunun gələcək inkişafında əhəmiyyətli bir mərhələni əks etdirir.
"KOB-ların kreditləşdirilməsi üzrə ixtisaslaşan iki tanınmış maliyyə institutunun birləşməsinin onların yerli biznesə xidmət göstərilməsi və özəl sektorun inkişafının təşviq edilməsi sahəsində potensialını artırmağa imkan verəcəyi ehtimal olunur", - bankdan vurğulayıblar.
Xatırladaq ki, 2026-cı ilin sentyabrında "Bank Respublika" ASC və "AccessBank" QSC-nin səhmdarları "AccessBank"ın səhmlərinin 100 %-nin "Bank Respublika" tərəfindən alınmasını nəzərdə tutan əqdin əsas şərtlərini təsdiq ediblər. Razılaşmanın parametrlərinə əsasən, "AccessBank"ın səhmdarları "Bank Respublika"nın yeni buraxılmış imtiyazlı səhmlərini alacaqlar ki, bu səhmlər də ümumilikdə bankın nizamnamə kapitalının 25 %-ni təşkil edəcək. Əqd noyabrın əvvəlində yekunlaşıb. EIB-in "AccessBank" QSC-dəki payı 17,39 % təşkil edirdi.
"AccessBank"ın digər səhmdarları Asiya İnkişaf Bankı (19,9 %), Beynəlxalq Maliyyə Korporasiyası (16,56 %), "responsAbility" (12,28 %), Niderland İnkişaf Bankı FMO (9,41 %), Avstriya İnkişaf Bankı (9,17 %), SIFEM AG (8,89 %), EFSE (2,78%), "Green for Growth" fondu (1,77 %), Qara Dəniz Ticarət və İnkişaf Bankı (0,58 %) və "LFS Advisory GmbH"dir (0,13 %) olub.
"Bank Respublika"nın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.
Qeyd edək ki, bağlanmış əqd nəticəsində "Bank Respublika" "AccessBank"ın səhmlərinin 100 %-ni əldə edib, "AccessBank"ın əvvəlki səhmdarları isə "Bank Respublika"nın yeni emissiya edilmiş imtiyazlı səhmlərini əldə edərək Bankın səhmdarları sırasına daxil olublar.

Banklar     Tarix: 09 noyabr 2026

Oxşar xəbərlər

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb

Avropa İnvestisiya Bankı (EIB) "Bank Respublika" ASC-nin imtiyazlı səhmlərinin sahibi olub. Bu barədə EIB-dən bildiriblər. "Başa çatmış sövdələşmə ["Bank Respublika" və "AccessBank"ın birləşməs

Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu

Reys başlamazdan əvvəl yoxlama ödənişi üçün növbə gözləmək artıq keçmişdə qalır. Yelo Bank İnternet Bankçılıq vasitəsilə sərnişin və yükdaşıma avtomobillərinin reysqabağı yoxlama ödənişini onlayn edir və yeni imkanla ƏDV-l

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları


iqtisadi xeberler biznes qurmaq online pul qazanmaq bitcoin pul qazanmaq