Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdiAzərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sədr xarici bankların Azərbaycan bazarına daxil olmasına Mərkəzi Bank tərəfindən məhdudiyyətlər yaradıldığı və tənzimləyici qurumun xarici investorların gəlişində maraqlı olmadığı barədə fikirləri təkzib edib.
"Bu fikir yanlışdır. Biz, əksinə, xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik və bundan çox məmnun olarıq", – deyə Taleh Kazımov vurğulayıb.
Onun sözlərinə görə, xarici bankların Azərbaycan maliyyə bazarına daxil olması bir neçə istiqamətdə müsbət nəticələr verə bilər.
Kazımov bildirib ki, xarici maliyyə institutlarının fəaliyyəti bank sektorunda rəqabətin güclənməsinə, insan kapitalının inkişafına və müasir informasiya texnologiyalarının tətbiqinin genişlənməsinə töhfə verə bilər.
Mərkəzi Bankın sədri qeyd edib ki, Azərbaycan təkcə bank sektoruna deyil, kapital bazarlarına və sığorta sektoruna da xarici investorların cəlb edilməsində maraqlıdır.
"Sözsüz ki, ölkəmizin maraqlarını qorumaqla biz xarici investorlara açığıq. Bu, yalnız bank sektoruna deyil, həm də kapital bazarlarına və sığorta sektoruna aiddir", – deyə o bildirib.
Kazımov beynəlxalq tədbirlərdə və konfranslarda fəal iştirakının məqsədlərindən birinin də Azərbaycanın maliyyə sektorunu xarici investorlar arasında tanıtmaq olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, beynəlxalq platformalarda çıxışlar vasitəsilə ölkənin maliyyə bazarının imkanları təqdim olunur və potensial investorların diqqəti Azərbaycana cəlb edilir.

Banklar     Tarix: 31 oktyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler en son xeberler kicik biznes online pul qazanmaq avtomobil xeberleri