Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır.
Marja.az xəbər verir ki, bunu Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında jurnalistin sualını cavablandırarkən bildirib.
Jurnalist bəzi ekspertlərin banklarda izafi likvidliyin artmasını Mərkəzi Bankın kreditləşmə şərtlərini sərtləşdirməsi və bunun nəticəsində real sektorun bank kreditlərindən kifayət qədər yararlana bilməməsi ilə əlaqələndirdiklərini diqqətə çatdırıb.
Taleh Kazımov bu yanaşmanı yanlış hesab etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanda biznesin, xüsusilə kiçik və orta sahibkarlığın, kənd təsərrüfatının və ixrac fəaliyyəti ilə məşğul olan müəssisələrin kreditləşdirilməsi üzrə prudensial tələblər beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yumşaqdır.
"Bizim sərt prudensial tələblərimiz daha çox istehlak kreditləşməsindədir. Biznes kreditləşməsində, xüsusilə kiçik və orta sahibkarlıq, kənd təsərrüfatı və ixracla məşğul olan bizneslər üçün prudensial tələblərimiz beynəlxalq təcrübə ilə müqayisədə kifayət qədər yumşaqdır", – deyə Mərkəzi Bankın sədri vurğulayıb.
Kazımov bildirib ki, hətta bəzi xarici ekspertlər Azərbaycanda biznes kreditləşməsi üzrə prudensial tələblərin həddindən artıq yumşaq olmasını irad kimi səsləndirirlər.
AMB sədri biznes kreditləşməsini məhdudlaşdıran konkret normativ tələbin göstərilməsini təklif edib. Onun sözlərinə görə, əgər Mərkəzi Bankın qaydalarında biznes kreditlərinin verilməsinə mane olan konkret müddəa varsa, həmin müddəanın təqdim edilməsinə və müzakirəsinə hazırdır.
Taleh Kazımov biznes kreditləşməsi üzrə mövcud prudensial tələblərin beynəlxalq Bazel standartları ilə müqayisə edilməsinin vacibliyini də qeyd edib. O bildirib ki, Azərbaycanda biznesin kreditləşdirilməsi üzrə tələblər uzun illərdir yumşaqdır və bu yanaşma son dövrdə formalaşmayıb.
Mərkəzi Bankın sədri ekspertləri bank tənzimləmələri barədə fikir bildirməzdən əvvəl müvafiq normativ sənədləri diqqətlə öyrənməyə və beynəlxalq təcrübə ilə müqayisə aparmağa çağırıb.
Kazımov əlavə edib ki, konkret prudensial tələbin biznes kreditləşməsini məhdudlaşdırdığına dair əsaslandırılmış təkliflər təqdim edilərsə, Mərkəzi Bank onları müzakirə etməyə hazırdır:
"Bəzi ekspertlərin fikirləri, rəyi yanlışdır. Mən iyulda ya avqustda intervyu vermişdim. Orada birbaşa açıq-aşkar izah elədim ki, bizim real sektorun maliyyələşdirilməsində şərtlərimiz, prudensial tələblərimiz, şərtlərimiz yoxdur. Bizim prudensial tələblərimiz ola bilər. Prudensial tələblərimiz əksinə yumşaqdır - bizim sərt tələblərimiz, prudensial tələblərimiz daha çox istehlak kreditləşməsindədir. Biznes kreditləşməsində xüsusilə kiçik və orta sahibkarlıq sahəsində, xüsusilə kənd təsərrüfatı sahəsində, xüsusilə ixracla məşğul olan bizneslərə prudensial tələblərimiz beynəlxalq təcrübə ilə müqayisə etdikdə kifayət qədər yumşaqdır. Bəzən xarici ekspertlər bizə buna irad kimi gətirirlər ki, kifayət qədər çox yumşaqdır. "Mərkəzi Bankın sərt prudensial tələbləri var və kreditlər buna görə çox verilmir" - mən bu fikirlə qəti razı deyiləm. Sərt limitlərimiz varsa, sərt tələblərimiz varsa, buradan hamıya açıqda təklif edirəm ki, gəlin həmin maddəni qoyun masanın üstünə, deyin ki, bax, buna görə kreditlər verilmir. Doğrudan da ona görədirsə, mən bunu qəbul etməyə hazır olacam. Amma elə bir şey yoxdur". 
Taleh Kazımov: İstehlak kreditlərinə tələbləri yumşaltsaq, artım 40 faizə çata bilər
Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin həddindən artıq borclanmasının qarşısını almaq məqsədilə istehlak kreditləşməsinə sərt prudensial tələblər tətbiq edir.
Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, mövcud məhdudiyyətlərə baxmayaraq, əvvəlki illərdə istehlak kreditləşməsində 15-20 faizlik artım templəri qeydə alınıb.
Taleh Kazımov xəbərdarlıq edib ki, prudensial tələblər yumşaldılarsa, istehlak kreditlərinin artım tempi 40 faizə qədər yüksələ bilər.
"İstehlak kreditləşməsi, bəli, bizdə sərtdir. Bunun da əsas səbəbi əhalinin izafi borclanmasının qarşısını almaqdır. Məhdudiyyətləri, sərt tələbləri yumşaltsaq, istehlak kreditləşməsi 40 faizlərə gəlib çıxacaq", – deyə Mərkəzi Bankın sədri bildirib.
Kazımov qeyd edib ki, bu cür sürətli artım əhalinin borclanma səviyyəsini idarəolunmaz həddə çatdıra bilər. Bu səbəbdən Mərkəzi Bank istehlak kreditləşməsində risklərin məhdudlaşdırılması və əhalinin borc yükünün nəzarətdə saxlanılması siyasətini davam etdirir.
AMB sədri vurğulayıb ki, biznes kreditləşməsindən fərqli olaraq, istehlak kreditləri üzrə daha sərt prudensial tələblərin tətbiqi məqsədyönlü siyasətdir.
Noyabrın 9-dan kredit qaydaları dəyişir 
Azərbaycan Mərkəzi Bankının (AMB) banklarda kreditləşmə ilə bağlı yeni prudensial tələbləri yalnız sərtləşdirməni deyil, müəyyən istiqamətlərdə yumşaldılmanı da nəzərdə tutur. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov 29 oktyabr 2026-cı il tarixində keçirilən mətbuat konfransında bildirib.
O, noyabr ayında qüvvəyə minəcək yeni kredit qaydalarının yalnız kreditləşməni məhdudlaşdırmağa yönəldiyi barədə fikirlərlə razılaşmadığını qeyd edib.
Kazımovun sözlərinə görə, dəyişikliklərdə həm sərtləşdirmə, həm də yumşaldılma xarakterli tədbirlər var.
Mərkəzi Bankın sədri bildirib ki, yeni tələblərin məqsədi kreditləşmənin həcmini azaltmaq deyil, bankların daha az riskli kreditlər verməsini təşviq etməkdir.
O, xüsusilə istehlak kreditləşməsi üzrə bəzi tələblərin yumşaldılmasını nəzərdə tutan dəyişikliklərin də olduğunu vurğulayıb. Kazımov ekspertləri yeni qaydaları diqqətlə öyrənməyə, beynəlxalq təcrübə ilə müqayisə etməyə və yalnız bundan sonra qiymətləndirmə aparmağa çağırıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/3 nömrəli qərarı ilə banklarda kredit risklərinin idarə edilməsi, aktivlərin təsnifləşdirilməsi və prudensial normativlərlə bağlı qaydalara dəyişikliklər təsdiqlənib. Noyabrın 9-dan qüvvəyə minəcək dəyişikliklərə əsasən, istehlak krediti üzrə zaminin borc yükünün gəlirə nisbəti 70 faizdən çox ola bilməz. Həmçinin davranış modelləri əsasında kreditləşmə və həmin kreditlər üzrə ehtiyatların yaradılması yanaşmaları təkmilləşdirilir.

Banklar     Tarix: 30 oktyabr 2026

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində


iqtisadi xeberler bu gunun xeberleri bitkoin almaq rubl mezenne bank faizleri