Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaqVəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq.
FED.az xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanun layihəsində öz əksini tapıb.
Sənəddə bildirilib ki, vəzifəli şəxslər dövlət və bələdiyyə əmlakından, o cümlədən maliyyə vəsaitlərindən, rabitə və kompüter sistemlərindən, nəqliyyat vasitələrindən və digər maddi-texniki avadanlıqlardan şəxsi maraqları naminə və xidməti vəzifələrinin icrası ilə əlaqəsi olmayan məqsədlər üçün istifadə edə bilməyəcəklər.
Bundan əlavə, qanun layihəsinə əsasən, vəzifəli şəxslərin reklamla məşğul olması, eləcə də şəxsi maraq və ya hər hansı haqq müqabilində sahibkarın, onun istehsal və ya idxal etdiyi malın, gördüyü işin və göstərdiyi xidmətin lehinə münasibət bildirməsi yolverilməz hesab ediləcək.
Layihədə o da vurğulanıb ki, vəzifəli şəxs xidməti vəzifələrinin icrasının qanunsuz maddi və qeyri-maddi nemət, imtiyaz və ya güzəşt əldə etməyə gətirib çıxarmasını istisna edən tədbirlər görməlidir.
Sənədə görə, qanunla müəyyən olunmuş hallarda şəxslərə ödənişsiz əsaslarla xidmət göstərən vəzifəli şəxslər həmin xidmətə görə hər hansı ödəniş tələb edə bilməz.
Həmçinin, vəzifəli şəxs tərəfindən dövlət rüsumları və ya xidmət haqlarının (ödənişlərin) qanunla müəyyən edilmiş məbləğindən artıq rüsum və ya ödəniş tələb edilə bilməz.

Biznes     Tarix: 28 oktyabr 2026

Oxşar xəbərlər

Xaricə ixracı ən çox artan özəl şirkətlər – SİYAHI, MƏBLƏĞLƏR, MÜQAYİSƏ

Bu ilin yanvar-avqust aylarında bir sıra özəl şirkətlərin ixracdan əldə etdikləri gəlirlərdə artım müşahidə olunub. Əsas ixracatçı dövlət və özəl şirkətlərin yeni reytinqi açıqlandı - ƏTRAFLI. biznes və maliyyə xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Eyni ünvanda yerləşən 4 şirkət – LƏĞV EDİLDİ

Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 110 ünvanında yerləşən 4 şirkət ləğv edilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Beauty İnn" MMC (VÖEN: 1406099651), "Veutiful" MM

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib. Qeyd edək ki, "MİRAS"

"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"

İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır. xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən I

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı


iqtisadi xeberler dollar mezenne biznes krediti pul qazanmaq telefonla pul qazanmaq