"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
İtaliya şirkətlərinin Azərbaycan və Mərkəzi Asiyaya köçürülməsi üzərində işlər aparılır.
FED.az xəbər verir ki, bunu İtaliyanın FSI investisiya şirkətinin təsisçisi və baş icraçı direktoru Maurizio Tamaqnini Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) uzun müddətdir ki, bu şirkətin tərəfdaşıdır:
"Biz qədim bir konsepsiya hesab etdiyim ideyanı səfərbər etməyə çalışırıq. İtaliyanın qaza ehtiyacı var. İtaliya Azərbaycanın qaz üzrə ən böyük tərəfdaşıdır və 10 milyard kubmetr həcmində qaz alır. Azərbaycanın isə qaz satmağa ehtiyacı var. Beləliklə, bu, kifayət qədər yaxşı, strateji və qanuni bir münasibətdir. Bunun əvəzində, əvvəlki dövrlərdə İtaliya çox vaxt soruşurdu: "Bəlkə İtaliyaya sərmayə qoyasınız?".
Bu da çox faydalı və köməkçi yanaşmadır. Lakin bu, məsələlərə baxmağın köhnə üsuludur. Bizim SOFAZ ilə birlikdə həyata keçirməyə çalışdığımız məsələ isə "transplantasiya" adlanan prosesdir. Keçən ilin fevral ayında biz İtaliyadan bazar kapitalizasiyası 100 milyard ABŞ dollarından çox olan və təxminən 300 000 insanı işlə təmin edən şirkətlərin böyük nümayəndə heyəti ilə buraya gəlmişdik".
M.Tamaqnini vurğulayıb ki, kontinental Avropa, xüsusən də İtaliya Azərbaycan və Mərkəzi Asiya ilə həqiqətən əlaqələndirilərsə, İtaliyanın böyük texnologiya şirkətləri buraya gələcəklər: "Lakin İtaliyanın son dərəcə güclü kiçik şirkətləri də var".

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Marketinq nə demədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
CV-nin tərtib edilməsi prinsipləri