Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək

Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcəkQırğızıstan Azərbaycanla iqtisadi əlaqələri genişləndirmək və ikitərəfli ticarət dövriyyəsini artırmaq niyyətindədir.
Azərbaycanla Qırğızıstan arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş təsdiq olunub
FED.az xəbər verir ki, bunu Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamıtkanov deyib.
Diplomat bildirib ki, hazırda Azərbaycan-Qırğızıstan biznes forumunun təşkili üzərində iş aparılır. Onun sözlərinə görə, forumun noyabrın sonu – dekabrın əvvəlində keçirilməsi planlaşdırılır.
"Biz Azərbaycan-Qırğızıstan biznes forumunu təşkil etmək və eyni platformanı Qırğızıstanda da yaratmaq istəyirik. Məqsədimiz Azərbaycan biznesini Qırğızıstan iqtisadiyyatı ilə tanış etmək, sahibkarlarımız arasında əlaqələri genişləndirməkdir. Çünki Azərbaycanda Qırğızıstanın iqtisadi potensialı və istehsal etdiyi məhsullar haqqında məlumat azdır", – səfir qeyd edib.
Mamıtkanov bildirib ki, Qırğızıstanın ixracın təşviqi üzrə dövlət qurumu "Qırğızeksport" da bu prosesdə iştirak edir. Tərəflər biznes nümayəndələri ilə görüşərək ticarətin genişlənməsinə mane olan məsələləri və onların həlli yollarını müzakirə etməyi planlaşdırırlar.
Səfirin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri zamanı iki ölkə arasında əmtəə dövriyyəsinin ən azı 200 milyon ABŞ dollarına çatdırılması hədəfi müəyyənləşdirilib.
"Bu hədəfə çatmaq üçün ciddi səylər göstərməliyik. Hazırda Azərbaycanda Qırğızıstan kapitalı ilə 74 təsərrüfat subyektinin qeydiyyatdan keçdiyi bildirilir. Lakin əmtəə dövriyyəsi arzu olunan səviyyədə artmır. Biznes nümayəndələri ilə görüşərək buna mane olan səbəbləri müəyyənləşdirmək və problemləri birlikdə həll etmək istəyirik", – o vurğulayıb.
Diplomat əlavə edib ki, gələcəkdə sahibkarların ehtiyaclarına uyğun digər tədbirlərin təşkili də nəzərdən keçiriləcək. Onun fikrincə, biznesin inkişafı üçün ilk növbədə sahibkarların hansı dəstəyə ehtiyac duyduğunu öyrənmək vacibdir. (Apa)

Biznes     Tarix: 30 oktyabr 2026

Oxşar xəbərlər

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

İndoneziya vətəndaşı Azərbaycanda SPA mərkəzi – YARADIB

Mart ayının 16-da "Lamara SPA" MMC (VÖEN: 1407590691) dövlət qeydiyyatına alınıb. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni yaradılan şirkətin qanuni təmsilçisi İndoneziya vətəndaşı Apud İrma, nizamnam

Hərbi texnikanı modernləşdirən şirkət bir nazirlikdən digərinə verildi

"MİRAS" Hərbi-Sənaye Şirkəti Müdafiə Nazirliyinin tabeliyindən çıxarılaraq Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilib. xəbər verir ki, şirkətin tabeliyində dəyişiklik edilib. Qeyd edək ki, "MİRAS"

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Azərbaycan Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına – ÜZV OLDU - FOTOLAR

Azərbaycan "Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi (TŞİİB) vasitəsilə Asiya-Sakit okean Pərakəndəçilər Assosiasiyaları Federasiyasına (FAPRA) üzv qəbul edilib. . biznes və maliyyə xəbərləri portalı xəbə

"McDonald"s Azərbaycan" Badamdar qəsəbəsində - Yeni restoran açıb - FOTO

"McDonald"s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd


iqtisadi xeberler leobank kart en son xeberler valyuta kurslari biznes qurmaq