Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR
"Mars Overseas Baku LTD" MMC (VÖEN: 9900006521) nizamnamə kapitalını azaldır.
Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyon 140 min 766 manat olan şirkətin kapitalının nə qədər azaldığı qeyd olunmur.
Onu da bildirək ki, ötən ayın sonunda "Mars Overseas Baku LTD" MMC-ə başqa bir şirkət - "Novara Capital" MMC-nin (VÖEN: 1407780531) qoşulmuşdu və sonuncu şirkətin fəaliyyətinə xitam verilmişdi.
Qeyd edək ki, bu qoşulmadan əvvəl "Mars Overseas Baku LTD" MMC-nin nizamnamə kapitalı 113 milyon 823 min 716 manat idi. 1998-ci ildə yaradılmış şirkətin qanuni təmsilçisi Sadaylı Qəhrəman Ramiz oğludur. Şirkət Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev. Cənub Hissəsi hüquqi ünvanında yerləşir.
"Mars Overseas Baku LTD" MMC yerli bazarda müxtəlif çeşiddə məhsulların distribusiya və satışını həyata keçirir. 1999-cu ildə əsası qoyulan "Mars Overseas" dünyanın aparıcı şirkətlərindən biri olan "PepsiCo" ilə tərəfdaşlıq müqaviləsi bağlayıb.
Bu müqavilə "Mars Overseas" şirkətinə "PepsiCo" məhsullarının Azərbaycanda müstəsna istehsal və satış hüquqlarını verir. Şirkət Pepsi, Mountain Dew, Lay"s, Jala, Natura, Mia və Bağdan kimi tanınmış brendlərin yer aldığı meyvə şirələri, qazlı və qazsız içkilər, kompotlar və qəlyanaltıların (сipsilərin) satışı üzrə ixtisaslaşıb.

"Bitcoin" 76 min dollardan aşağı düşüb - SON QİYMƏT
Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"
"Bank Respublika" mühüm təyinat baş tutub
PAŞA Bank "ZirvədəSən 2026" Təcrübə Proqramına yekun vurub
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkildi
Leobank "Felis 2026"da qızıl mükafat qazanıb
Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Paraqvayda 3 milyon müştərisi olan bank çökdü – Rəhbəri istefa verdi
AccessBank QSC Trellix DLP üzrə tender elan edir ®
IBAN nədir?
McDonalds haqqında maraqlı faktlar
"Freelance" nədir?
Kriptovalyuta nədir və necə alınır?
Biznes planı necə yazmaq lazımdır?