Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb

Unibank və BANM arasında anlaşma memorandumu imzalanıb®"Unibank" KB ASC ilə Bakı Ali Neft Məktəbi (BANM) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandumu "Unibank"ın İdarə Heyətinin sədri Valentin Morozov və BANM-in rektoru Elmar Qasımov imzalayıblar. Sənəd bankla universitet arasında bir neçə istiqamətdə əməkdaşlığı nəzərdə tutur. Memorandum BANM tələbələrinin "Unibank"da istehsalat təcrübəsinə cəlb olunması, tələbə və məzunların iş imkanlarının qiymətləndirilməsi, birgə seminar, təlim, konfrans və digər tədbirlərin təşkili kimi əməkdaşlıq istiqamətlərini əhatə edir.
Memorandumu yüksək qiymətləndirən Unibank sədri Valentin Morozov, BANM ilə əməkdaşlığın perspektivlərindən danışıb. O bildirib ki, bank tələbələrin peşəkar mütəxəssis kimi yetişməsinə və müasir bankçılıq üçün lazım olan bacarıqlara yiyələnməsinə dəstək olacaq. Sədrin sözlərinə görə, bank sektorunun rəqəmsal transformasiyası mühəndislik, informasiya texnologiyaları və analitika sahəsində güclü mütəxəssislərə ehtiyacı artırır. Valentin Morozov vurğulayıb ki, ölkənin ən yaxşı bank məktəbləri sırasında olan "Unibank"ın peşəkar kadrların yetişdirilməsində uzun illərə dayanan təcrübəsi var. Memorandum BANM tələbələrinə biliklərini bu təcrübə əsasında real iş mühitində tətbiq etmək imkanı yaradacaq.
Rektor Elmar Qasımov BANM-in fəaliyyəti, son illərdə həyata keçirilən yeniliklər və universitetin hədəfləri barədə məlumat verib. O, real sektorla birbaşa əməkdaşlığın əmək bazarının tələblərini öyrənmək və təhsili bu tələblərə uyğunlaşdırmaq baxımından vacib olduğunu vurğulayıb. Rektor "Unibank"la əməkdaşlığın hər iki qurumun fəaliyyətinə müsbət təsir göstərəcəyinə əminliyini bildirib.
Görüşdə gələcəkdə həyata keçirilə biləcək birgə layihələr də müzakirə olunub.
Unibank və BANM arasında anlaşma memorandumu imzalanıbUnibank və BANM arasında anlaşma memorandumu imzalanıbUnibank və BANM arasında anlaşma memorandumu imzalanıb

Banklar     Tarix: 26 noyabr 2026

Oxşar xəbərlər

Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıd

Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu

Məlum olduğu kimi, ABB-nin Özbəkistanda əsas səhmdarı olduğu ABB DAVR-ın Müşahidə Şurasının ilk iclası keçirilib və Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib. Bu barədə -ın əldə etdiyi məlumatda bildirilir. Taleh Ağaca

PAŞA Bank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

20–21 noyabr 2026-cı il tarixlərində Gəncə İdman Sarayında keçirilən sərgi çərçivəsində PAŞA Bankın nümayəndələri müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərlə görüşərək onların inkişaf planlarını, maliyyələşdirmə ehtiyacların

ABB DAVR-a lisenziya verildi

Özbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib. Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupun

Günay Cəlilova: "QR ödənişlər biznes üçün yeni imkanlar yaradır"

Kiçik və orta biznes üçün QR kimi yeni ödəniş üsulları pulun daha tez daxil olmasına və xərcin azalmasına imkan verir. GDP xəbər verir ki, bunu Yelo Bankın İdarə Heyəti sədrinin müavini Günay Cəlilova "Etibarlı, təhlükəsi

Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın

Birbank müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər. Bunun üçün Birbank tətbiqində "AI assistent"ə daxil olara

Birbank-ın "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri bəlli oldu

Ölkənin ilk rəqəmsal bankı Birbank tərəfindən keçirilən "Yığ və qazan" lotereyasının ilk tirajının qalibləri müəyyənləşib. Təsadüfi seçim üsulu ilə keçirilən tirajda ümumi dəyəri 70 00 AZN olan 165 pul mükafat

Azərbaycanda dələzduzluqla mübarizə üçün platforma yaradılır

Azərbaycan Mərkəzi Bankı (AMB) mərkəzləşdirilmiş dələduzluq əleyhinə (anti-fraud) platformasının tamdəyərli fəaliyyətini ən geci 2030-cu ilədək təmin etməyi planlaşdırır. Bu barədə çərşənbə günü Bakıda keçirilən X Beynəlxal

Azər Türk Bank "atb friday" kampaniyasına start verdi

Dövlət bankı Azər Türk Bank "atb friday" kampaniyasına başlayır. Kampaniya çərçivəsində atb-də aktiv krediti olmayan fiziki şəxslərə 80 00 manatadək komissiyasız istehlak kreditləri təklif olunur. 12 ayadək müddət


iqtisadi xeberler bitcoin qiymeti biznes ideyalari kicik biznes emlak xeberleri