Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın

Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın®Birbank müştəriləri artıq bank çıxarışlarını banka müraciət etmədən, birbaşa mobil tətbiqdə möhürlü və imzalı şəkildə, PDF formatında əldə edə bilərlər. Bunun üçün Birbank tətbiqində "AI assistent"ə daxil olaraq "çıxarış əldə etmək istəyirəm" yazmaq kifayətdir.
Bununla yanaşı, müştərilər bank çıxarışının hazırlanması funksiyasına əməliyyatlar tarixçəsindən və müvafiq kartın menyusundan da birbaşa keçid edə bilərlər. Beləliklə, çıxarış əldə etmək üçün bir neçə fərqli giriş nöqtəsi təqdim olunur və müştərilər özlərinə uyğun ən rahat üsulu seçə bilirlər.
Proses olduqca sadə və rahatdır. Müştəri əvvəlcə çıxarışını almaq istədiyi hesabı seçir, daha sonra 1, 3, 6, 12 və ya 36 aylıq dövrdən ona lazım olan müddəti müəyyənləşdirir. Bundan əlavə, fərdi tarix aralığını seçmək imkanı da mövcuddur. Bu funksiya müştərilərə çıxarışı məhz ehtiyac duyduqları dövr üzrə hazırlamağa şərait yaradır.
Çıxarışı yalnız mədaxil, yalnız məxaric və ya hər iki əməliyyat növünün əks olunması üzrə təyin etmək də mümkündür. Müştəri sənədin dilini seçdikdən sonra çıxarış PDF formatında, bankın rəqəmsal möhürü və imzası ilə hazırlanır.
Hazırlanma prosesi cəmi bir neçə dəqiqə ərzində başa çatır. Çıxarış və onunla bağlı yazışma 7 gün ərzində Birbank çatının arxivində saxlanılır ki, müştəri ehtiyac yarandıqda sənədə yenidən baxa bilsin.
Birbank-ın rəqəmsal çıxarış xidməti tamamilə ödənişsizdir. Yeniliyin tətbiqindən sonra Birbank-da rəqəmsal çıxarışdan istifadə edən müştərilərin sayı əvvəlki dövrlə müqayisədə 45% artıb. Bu göstərici müştərilərin bank xidmətlərini müstəqil və rəqəmsal kanallar vasitəsilə idarə etməyə artan marağını nümayiş etdirir.
Maliyyə sektorunda ilk olan bu yenilik Birbank-da bank xidmətlərinin müştərinin özü tərəfindən idarə olunması istiqamətində atılan mühüm addımlardan biridir. Gündəlik bank əməliyyatları ilə yanaşı, bank sənədlərinin də tətbiq üzərindən müstəqil şəkildə əldə olunması müştərilərin rəqəmsal xidmətlərə əlçatanlığını daha da artırır.
Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 120 filial, 48 şöbədən və 19 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz

Banklar     Tarix: 25 noyabr 2026

Oxşar xəbərlər

Expressbank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib

Expressbank regionlarda biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə təşkil olunan "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib. 20–21 noyabr tarixlərində Gəncə şəhərində keçirilən sərgi sahibkarları

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Azərbaycanda yeni bank məhsulu buraxılıb

Azərbaycanda kənd təsərrüfatı istehsalçıları üçün yeni bank məhsulu buraxılıb. Bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) Kredit şöbəsinin müdir müavini Emil Xasənmədov Bakıd

Azərbaycanda gənc sahibkarların 1,5 milyard dollarlıq kredit potensialı var – AYİB

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Bakıda maliyyə institutlarının nümayəndələrinin, gənc sahibkarların və beynəlxalq maliyyə tərəfdaşlarının iştirakı ilə keçirilən tədbirdə "Biznesdə Gənclər" proqramını

Hüquqi şəxslər üçün biznes hesabı bir neçə dəqiqəyə

Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. Yelo Bank-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir. Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyya

PAŞA Həyat eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının baş sponsoru olub

11-12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru "PAŞA Həyat" olub

"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı

Azərbaycan Mərkəzi Bankı (AMB) "HERMES Bank olmayan kredit təşkilatı" MMC-yə lisenziya verib. Azərbaycanın lizinq bazarının qabaqcıl şirkətlərindən olan "Hermes Finance" ASC bununla fəaliyyətini bank olmaya

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

Sığorta şirkətinin lisenziyasının qüvvəsi məhdudlaşdırıldı

"İpək Yolu Sığorta" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən biznes fəaliyyəti və strateji hədəfləri nəzərə alınmaqla sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması barədə Azərbayca


iqtisadi xeberler kicik biznes telefonla pul qazanmaq iqtisadiyyat xeberleri dollar manat kursu