Expressbank "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib
®Expressbank regionlarda biznes ekosisteminin inkişafına töhfə vermək məqsədilə təşkil olunan "REGİONAL EXPO GƏNCƏ 2026" sərgisində iştirak edib.
20–21 noyabr tarixlərində Gəncə şəhərində keçirilən sərgi sahibkarları, dövlət qurumlarını, investorları, yerli və beynəlxalq şirkətləri, eləcə də biznesə dəstək təşkilatlarını bir araya gətirib.
Tədbir çərçivəsində Expressbankın Gəncə filialının əməkdaşları bankın stendində ziyarətçilərlə görüşərək sahibkarlara biznes fəaliyyətlərinin maliyyələşdirilməsi və inkişafı üçün təklif olunan maliyyə həlləri, kredit məhsulları və digər bank xidmətləri barədə ətraflı məlumat veriblər. Bununla yanaşı sərgidə ziyarətçilərlə yeni işgüzar əlaqələrin qurulması və potensial əməkdaşlıq imkanlarının müzakirəsi üçün peşəkar mühit təmin olunub.
Expressbank regionlarda sahibkarlığın inkişafını və biznes subyektlərinin maliyyə imkanlarının genişləndirilməsini dəstəkləyərək onların etibarlı maliyyə tərəfdaşı olmağa davam edir.
Qeyd edək ki, Expressbank Gəncə, Bakı, Sumqayıt, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda olmaqla, ümumilikdə 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın Instagram, Facebook, LinkedIn və Telegram sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.
"Expressbank" ASC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş № 119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəhəri, Y. V. Çəmənzəminli küçəsi, 134C.



"Bitcoin" 61 min dolları ötüb - SON QİYMƏT
Müasir bankçılıqda komplayens: Etimad, məsuliyyət və dayanıqlı inkişaf
PAŞA Bank COP31-də dayanıqlı maliyyələşdirmə və enerji tərəfdaşlıqlarına dair müzakirələrdə iştirak edib
Anar Axundov: "Azərbaycanda İtaliya sərmayəli 124 şirkət fəaliyyət göstərir"
Endirimli cümə həftəsində Yelo Invest-də komissiyasız alış
Bank kartlarından milyonlarla manat ələ keçirilib – Mərkəzi Bank rəqəmləri açıqladı
Kart fırıldaqçılığına dair narahatedici rəqəmlər –5 milyon manatlıq kart fırıldaqçılığı
XalqKart "Qara Cümə" alış-verişlərində 5 % keşbek/bonus qazandırır
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılıb
Azər Türk Bank "atb friday" kampaniyasına start verdi
Dropshipping nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Ən çox gəlir gətirən onlayn bizneslər
Fond birjası nədir?
1000 manatla hansı biznesi qurmaq olar?