ABB DAVR-a lisenziya verildi

ABB DAVR-a lisenziya verildiÖzbəkistan Respublikasının Mərkəzi Bankı 18 noyabr 2026-cı il tarixində Davr Bankın əsas səhmdarı olan ABB-nin bu ölkədə ABB DAVR brendi ilə fəaliyyətinə lisenziya verib.
Rebrendinq prosesi Davr Bankın ABB Maliyyə Qrupuna inteqrasiyası çərçivəsində həyata keçirilir. Bankın filiallarının, veb-saytının və digər xidmət kanallarının korporativ görkəmi mərhələli şəkildə yenilənəcək.
ABB DAVR-ın Müşahidə Şurasının yeni tərkibdə ilk iclası da keçirilib. ABB-nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş strategiya inzibatçısı Taleh Tahirli Müşahidə Şurasının sədri seçilib.
Xatırladaq ki, Səhmdarların Ümumi Yığıncağının 9 oktyabr 2026-cı il tarixli iclasında verilmiş qərara əsasən, Müşahidə Şurasına Taleh Tahirli, Aqşin Əmirov və üç müstəqil üzv kimi Şəfəq Həsənova, Farhad Roziyev, Said Abdunabiev daxildir.
Müşahidə Şurası beş komitə yaradaraq onların tərkibini təsdiqləyib. Bunlar audit, risklərin idarə edilməsi, kadrlar və mükafatlandırma, strateji planlaşdırma və informasiya texnologiyaları üzrə komitələrdir.
Müşahidə Şurası haqqında məlumatla bankın veb-saytındakı "Bankın rəhbərliyi" bölməsində tanış olmaq mümkündür.
ABB DAVR-ın Müşahidə Şurasının sədri Taleh Tahirli bildirib: "Bizim əsas prioritetimiz Özbəkistanda biznesin, ilk növbədə kiçik və orta sahibkarlığın inkişafına dəstək verməkdir. ABB DAVR Bankın yerli bazarı və müştərilərin ehtiyaclarını yaxşı tanıyan güclü komandası var. Biz yerli mütəxəssislərin və rəhbər kadrların inkişafını davam etdirəcək, kadr ehtiyatı formalaşdıracaq, komandaların fəaliyyətinin səmərəliliyini artıracağıq.
ABB Maliyyə Qrupunun imkanları bizə biznesin maliyyələşməyə çıxışını mərhələli şəkildə genişləndirməyə, hesablaşma və rəqəmsal xidmətləri inkişaf etdirməyə, xidmət keyfiyyətini yüksəltməyə kömək edəcək".
ABB DAVR Bank müştərilərə adi iş rejimində xidmət göstərməyə davam edir. Hazırda ABB DAVR-ın 2 milyondan çox müştərisi, 1,800-dən çox əməkdaşı, paytaxt və regionlarda 43 filial və xidmət mərkəzi var, aktivlərinin həcmi 2 milyard manatdan çoxdur. Bank xüsusilə kiçik və orta biznesin maliyyələşdirilməsində fəal mövqeyə malikdir.

Banklar     Tarix: 20 noyabr 2026

Oxşar xəbərlər

"AFB Bank" yeni müddətli əmanət faizlərini açıqladı

"AFB Bank" 2026-cı ildə faizləri müddətin sonunda ödənilən 6, 9 və 12 aylıq manat əmanətləri üzrə illik faiz dərəcələrini aşağı salıb. xəbər verir ki, 6 və 9 aylıq əmanətlərin faizi 9%-dən 8%-ə, 12 aylıq əmanətləri

ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi

Azərbaycan Beynəlxalq Bankının ("ABB", BFB: ABBNK) səhmlərinin marketmeykerlər tərəfindən təqdim edilən satış qiyməti Bakı Fond Birjasında (BFB) 37 qəpiyə yüksələrək yeni tarixi maksimum səviyyəyə çatıb. (İnvestisiya

Bank risk götürmədən böyüyə bilməz - MÜSAHİBƏ

Bankın Risk departamenti dedikdə çoxları kredit müraciətlərinə "yox" deyən bölməni təsəvvür edir. Unibank KB ASC-nin Risklərin idarə edilməsi departamentinin direktoru İlkin Cabbarov isə bu yanaşma ilə razı deyil

Sizi aldatmağa çalışdıqlarını necə anlaya bilərsiniz?

Maliyyə fırıldaqlarından qorunmaq üçün bank ekspertindən məsləhət. Telefonunuza zəng gəlir. Qarşı tərəf özünü bank əməkdaşı və ya güc strukturunun nümayəndəsi kimi təqdim edir və hesabınızda şübhəli əməliyyat aşkarlandığın

"İdeal Kredit"in xalis mənfəəti 2 dəfədən çox artıb

BOKT "İdeal Kredit" MMC 2026-cı ilin ilk yarısında 1 milyon 878 min 909 manat xalis mənfəət əldə edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 milyon 15 min 89 manat və ya 117,5 faiz çoxdur. Ötən ilin ilk yarısınd

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər

Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Avropa İnvestisiya Bankı (EİB) və Avstriya İnkişaf Bankı (OeEB) "Bank Respublika"nın "AccessBank"ı alması ilə bağlı əqd çərçivəsində "Bank Respublika"nı

"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub

Ölkənin aparıcı biznes qruplarından biri olan PAŞA Holding və onun törəmə şirkətləri PAŞA Bank və Kapital Bank Azərbaycanın zəngin mədəni irsinin qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində həyata keçirilə

Mərkəzi Bankın keçmiş əsas binası Maliyyə Nazirliyinin istifadəsinə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) keçmiş əsas inzibati binası Maliyyə Nazirliyinin istifadəsinə verilib. xəbər verir ki, söhbət paytaxtın Rəşid Behbudov küçəsi, 90 ünvanında yerləşən binadan gedir. Binada Maliyyə Nazirliyini

ABŞ-nin JPMorgan, U.S. Bank, Wells Fargo və digər iri banklarında kütləvi texniki nasazlıq yaranıb

JPMorgan Chase noyabrın 16-da, bazar ertəsi texniki nasazlıq səbəbindən bəzi müştəri əməliyyatlarının adi vaxtdan daha uzun müddət ərzində həyata keçirildiyini açıqlayıb. Bankın nümayəndəsinin sözlərinə görə, problem yerl


iqtisadi xeberler dollar manat kursu telefonla pul qazanmaq dollar mezenne bu gunun xeberleri