"iPhone 15" modelinin üstünlükləri

"iPhone 15" modelinin üstünlükləri"iPhone 15" smartfonunun üstünlükləri çoxdur. Biznes.az məlumat verir ki, məhz bu üstünlüklərin hesabına "iPhone 15" digər smartfonları üstələyir.
Yeni "Apple" smartfonu ilə onun ötənilki analoqları arasında əsas fərqləri sadalayaq.
Dynamik Island. Bəli, bu rahat funksiya indi iPhone 15 və iPhone 15 Plus-da da mövcuddur. Əvvəllər Pro modellərində mövcud olan bütün xüsusiyyətlər indi sadə versiyalarda mövcuddur.
Dynamik Island ekranda düymələrin və interfeysin yerləşdirilməsi ilə yanaşı ölçüsünü də dəyişən funksiyadır. Məsələn, kimsə ilə aktiv ünsiyyətdə olduğunuz zaman düymələr kiçilə bilər ki, ekranda daha az yer tutsun və mane olmasın. Bunun sayəsində iPhone istifadə etmək daha rahatdır.
USB-C. Nəhayət ki! Bir çox iPhone istifadəçisinin gözlədiyi gerçəkləşdi. iPhone 15 Lightning əvəzinə USB-C konnektoru ilə təchiz edilib. İndi bütün Apple cihazları bir kabel ilə şarj oluna bilər.

USB-C-nin Lightning-dən üstünlükləri nələrdir?

Universallıq. USB-C bir çox cihazda istifadə olunan standartdır. İndi bir kabeldən istifadə edərək iPhone-u digər cihazlara, məsələn, noutbuk, planşet və s. qoşa və şarj edə bilərsiniz.
Sürətli şarj və məlumat ötürülməsi. USB-C cihazları tez şarj etməyə və yüksək sürətlə məlumat ötürməyə imkan verir. Bu, rahatdır və vaxta qənaət edir.
Sadəlik. USB-C kabeli simmetrik konnektora malikdir və istənilən vəziyyətdə porta daxil edilə bilər
"iPhone 15" modelinin üstünlükləriUniversal adapterlər və keçidlər. USB-C müxtəlif növ cihazlara qoşulmaq üçün adapterlərdən istifadəni asanlaşdırır, halbuki Lightning məhdud seçimlərə malikdir.
Daha çox güc. USB-C daha çox gücü dəstəkləyə bilər, bu da noutbuklar kimi daha böyük batareyaları olan cihazları şarj etmək üçün vacibdir.
USB-C Lightning-dən daha rahat və universaldır. Xüsusilə söhbət müxtəlif cihazlara qoşulmaq və sürətli şarjdan getdikdə.
Kamera. Yeni iPhone-da kamera təkmilləşdirilib. Əsas sensorun təsvir ölçüsü 48 meqapikseldir. Sadə versiyalardakı fotoşəkillər yeni səviyyəyə çatıb. Əsas çəkiliş rejimində 24 meqapiksellik fotoşəkillər saxlanacaq, lakin kəsicinin köməyi ilə şəkil keyfiyyətini itirmədən 2x böyütmək mümkündür.

iPhone 15 köhnə seriyadan nələrlə fərqlənir?

Hər kəsə maraqlı gələn məqam isə budur ki, yeni seriya əvvəlkindən hansı xüsusiyyətlərlə fərqlənir. Görəsən Apple yeni seriyada hansı xüsusiyyətlərə fokuslanıb?
Daha yüngül, daha rahat. "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" modellərinin əsas fərqi korpusunun titandan hazırlanmasıdır. Əvvəlki seriyadakı paslanmaz poladı titanla əvəz edərək Apple daha yüngül modellərini təqdim etdi. Bundan əlavə Pro seriyasında səs tənzimləmə düyməsini müxtəlif funskiyaları yerinə yetirən düymə ilə əvəz etdi.
Yeni seriya ilə Apple "Kimdə iPhone adapteri var?" sualına son qoydu. "iPhone 15" seriyasının bütün modellərini "Type-C" girişi ilə təchiz etdi.
İndi daha yaxındır. "iPhone 15 Pro Max" ın telefoto kamerası artıq 3X yox 5X yaxınlaşdırmanı dəstəkləyir. Digər Pro modeldə isə bu özəllik 3X olaraq qalır.
Ən böyük yenilik, ən güclü çip ilə "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" fərqlənəcək. Apple yeni seriyada "Apple A17 Pro" çipindən istifadə etdi. Beləliklə, öz gücünü bir daha göstərmiş oldu. Biznes.az məlumat verir ki, qeyd olunan əsas yeniliklərlə yanaşı, yeni seriyada istifadəçiləri A16 prosessor, 2000 nit parlaqlıq, 48MP-lik kamera gözləyir.
"iPhone 15" modelinin üstünlükləri

Maraqlı     Tarix: 25 sentyabr 2025

Oxşar xəbərlər

Apple tarixində ilk qatlanan iPhone-u təqdim etdi — iPhone Duo

Apple ilk qatlanan iPhone-un yeni detallarını açıqladı. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun yeni texniki xüsusiyyətlərini açıqlayıb. iPhone Duo qapalı vəziyyətdə 5,4 düymlük xarici ekrana malikdir. Telefon açıldıqd

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Əvəzləşdirilməyən ƏDV məbləğlərinin mənfəət vergisi üzrə gəlirdən çıxılan xərclərə aid edilməsi: hüquqi təhlil

ƏDV ödəyicisi olan müəssisələrdə mal, iş və xidmətlərin alınması zamanı yaranan əlavə dəyər vergisinin (ƏDV) uçotu mənfəət vergisinin hesablanmasına birbaşa təsir göstərir. Praktikada xüsusilə iki hal üzrə suallar meydan

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

"McDonald’s Azərbaycan" Badamdar qəsəbəsində yeni restoran açıb - FOTO

"McDonald’s Azərbaycan" şəbəkəsini genişləndirərək paytaxt sakinlərini sevindirməyə davam edir: şirkətin 35-ci restoranı Badamdar qəsəbəsində, Bakı şəhəri, Səbail rayonu, Badamdar şossesi, 210-cu giriş ünvanınd

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d


iqtisadi xeberler biznes qurmaq iqtisadiyyat xeberleri kripto dollarin kursu bu gun