"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyini açıqlayıb. Onun bu barədə paylaşımı milyonlarla baxış toplayaraq sosial mediada geniş rezonans doğurub.
Marja xəbər verir ki, son üç ildə süni intellekt nəhəngləri OpenAI və Anthropic-də tədqiqatçı kimi çalışdığını bildirən Kokson "X" sosial şəbəkəsindəki hesabında hər iki şirkətin kifayət qədər məsuliyyətli davranmadığını iddia edərək Anthropic-dən istefa verdiyini açıqlayıb.
Kokson şirkətlərin özünü təkmilləşdirə bilən superintellekt yaratmaq uğrunda nəzarətsiz yarış apardıqlarını bildirib.
"Bu texnologiyanın gücünə qeyri-ciddi yanaşmayın. Bunlar tezliklə istənilən sistemi sındıra, hər hansı sahəni bir gecədə dəyişdirə, real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevriləcəklər. Biz bu sahələrin hər birində irəliləyişin şahidi olmuşuq və proses yavaşlamır", – Kokson bildirib.
O iddia edib ki, süni intellekt modellərini hazırlayan sektorda çalışan bəzi mütəxəssislər bu sistemlərin bəşəriyyət üçün ölümcül təhlükə yarada biləcəyinə ciddi şəkildə inanırlar.
Koksonun sözlərinə görə, şirkət rəhbərləri ictimaiyyət qarşısında daha təmkinli açıqlamalar versələr də, qapalı müzakirələrdə risklərlə bağlı ciddi narahatlıqlar ifadə edirlər.
Kokson Anthropic rəhbərliyinin "risklərə baxmayaraq, hədəfə ilk çatanın özləri olması" yanaşmasına kökləndiyini iddia edib və bunu "özəl bir şirkətin daxili kommunikasiya platforması vasitəsilə qərar veriləcək məsələ olmayacaq qədər təkəbbürlü qumar" adlandırıb.
Koksonun xəbərdarlığı sosial mediada geniş müzakirəyə səbəb olub
Koksonun paylaşımı qısa müddətdə milyonlarla baxış toplayıb. Bir çox sosial media istifadəçisi süni intellektin gələcəyi ilə bağlı narahatlığını ifadə edib. ABŞ-li milyarder investor Bill Ekman (Bill Ackman) Koksonun paylaşımını sitat gətirərək vəziyyəti "narahatedici" adlandırıb.
Endryu Yanq (Andrew Yang) isə bildirib:
"Əksər insanların fərqində olduğundan daha böyük risklər götürürük və çox gec olmadan mümkün qədər tez uyğunlaşmalıyıq".
Aleks Berenson (Alex Berenson) süni intellekt risklərini araşdıracaq qlobal komissiyanın yaradılmasına ehtiyac olduğunu vurğulayaraq deyib:
"Heç bir iqtisadi qazanc belə bir qumara getməyə dəyməz".
Kristal Boll (Krystal Ball) isə Koksonun paylaşımını "sektorun daxilindən gələn daha bir dəhşətli xəbərdarlıq" kimi qiymətləndirərək məsələ ilə bağlı narahatlığını ifadə edib.
Jacob Coxon-un açıqlaması:
"Bu gün "Anthropic"dən istefa verdim. Son üç ili həm "OpenAI", həm də "Anthropic"də ilkin model təlimi (pretraining) üzrə tədqiqat aparmaqla keçirmişəm. Bu şirkətlərin heç biri məsuliyyətli davranmır. Onlar birbaşa özünü təkmilləşdirə bilən superintellekt yaratmaq yarışına giriblər və həyatlarımızı riskə atırlar. Aşağıda bu barədə daha ətraflı fikirlərimi bölüşürəm.
Bu texnologiyanın gücünə qeyri-ciddi yanaşmayın. Bunlar tezliklə istənilən sistemi sındıra bilən, istənilən sahədə bir gecədə inqilab yarada bilən, real güc və resurslar əldə edə bilən insanüstü (insan qabiliyyətlərini geridə qoyan və ya insan zəkasını və imkanlarını aşan) sistemlərə çevriləcəklər. Biz bu istiqamətlərin hər birində baş verən irəliləyişin şahidi olmuşuq və inkişaf tempi zəifləmir.
Süni intellekti yaradan insanlar səmimi şəkildə inanırlar ki, bu texnologiya onilliyin sonuna qədər (2030-cu ilin başlanmasına qədər, yəni praktik olaraq 2029-cu ilin sonunadək - red) hamımızın ölümünə səbəb ola bilər. Bu, marketinq gedişi deyil. Əksinə, bir çox rəhbər və yüksək səviyyəli tədqiqatçı mediada daha məntiqli görünmək üçün fikirlərini ehtiyatlı ifadələrlə təqdim edir. Amma mən həmin şəxslərin öz aralarında qorxularını ifadə etdiklərini eşidirəm...
Tez-tez belə bir sual verilir: "Əgər onlar buna həqiqətən inanırlarsa, niyə hələ də bu texnologiyanı yaratmağa davam edirlər?"
"OpenAI"də bir çox insan bunun bəşəriyyət üçün nə qədər böyük nəticələr doğura biləcəyini dərindən dərk etməyib. "Anthropic"də isə risklər yaxşı başa düşülür, lakin onlar bu məqsədə birinci çatmaq uğrunda yarışın içində qalıblar — hesab edirlər ki, başqa heç kim...
Bu yarışı qəbul etmək və "son mərhələyə" daxil olmaq özünə həddindən artıq güvənə əsaslanan təhlükəli bir mərcdir və belə bir proses özəl şirkətin "Slack" yazışmalarından başlanmamalıdır. Süni intellektin təhlükəsizliyini sürətlə həll etməyə çalışmağa yalnız bundan daha yaxşı alternativ yolun olmadığına fövqəladə dərəcədə əmin olduğumuz halda haqq qazandırmaq olar.
Mən koordinasiya imkanlarına nikbin yanaşıram. "Hugging Face" hücumu kimi xəbərdarlıq siqnalları ABŞ-dakı süni intellekt laboratoriyaları arasında inkişaf tempinə dair razılaşmaların əldə olunmasını daha real edib. Bununla belə, qlobal yarışın qarşısını almaq istiqamətində düzgün yolda olduğumuzu düşünmürəm. Bunun üçün müvəqqəti qadağa kimi baha başa gələn addımlar tələb oluna bilər...
Əgər siz süni intellekt laboratoriyasında tədqiqatçısınızsa, sizi qarşıdakı bir neçə ilin əslində necə keçəcəyini ciddi düşünməyə çağırıram.
Onun necə düşündüyünü ciddi şəkildə anlamadan superintellektual bir sistem üçün gücləndirici öyrənmə (RL) prosesinə başlamaq istəyirsinizmi?
"Onsuz da bu baş verəcək" deyib başınızı aşağı salaraq işinizə davam etməlisiniz, yoxsa məhz bu anda..."
/ marja.az

Maraqlı     Tarix: 09 sentyabr 2026

Oxşar xəbərlər

Bu vint raketlər və təyyarələr üçün vacibdir, amma bir ədədini almaq illər çəkə bilər

Tramp administrasiyası sursat istehsalını sürətlə artırmağa çalışdığı bir vaxtda bu ixtisaslaşdırılmış vintlər bahalı və son dərəcə qıt komponent olaraq qalır. Xarici görünüşcə bu detal köhnə əşyalar qutusunda yeri olan mexanizm

150 milyon barel: Çin dünya neft bazarını qiymət kollapsından necə səssizcə xilas etdi

OPEC-i unudun. Bu gün neft bazarında əsas qərarları Çin Kommunist Partiyası verir. İrandakı müharibə tarixdə ən böyük neft təklifi böhranına səbəb oldu. Bununla belə, döyüşlərin ən gərgin dövründə belə neftin qiyməti münaqişəni

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Xaricdə təhsil alanlar üçün mühüm tarix – DİM imtahan keçirəcək

Sentyabrın 29-da xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçiriləcək. Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixl

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Özü ilə tək qalmağın xoşbəxtliyi: solo həyat sosial şəbəkələrdə necə dəbə çevrildi?

Solo səyahətlərin ardınca sosial şəbəkələrdə dostlara və romantik partnyorlara yer olmayan solo həyat konsepsiyası da populyarlaşmağa başlayıb. Tənhalığın estetikaya çevrilə biləcəyi ideyası influenserlər sayəsində vira

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19


iqtisadi xeberler depozit faizleri biznes krediti dollar kursu iqtisadiyyat xeberleri