"AccessBank"ın rəhbərlərindən biri bankdan ayrıldığını açıqlayıb

Birləşmə ərəfəsində olan "AccessBank" QSC-nin İdarə Heyətinin üzvü, baş əməliyyat inzibatçısı Teymur Ağakişiyev bankdan ayrıldığını açıqlayıb.
Banker.az xəbər verir ki, o, qərarını bankın səhmdarlığında və strukturunda gözlənilən dəyişikliklər fonunda qəbul etdiyini bildirib.
"AccessBank" yeni mərhələyə qədəm qoyur. Qarşıda yeni səhmdarlıq və yeni struktur olduğu üçün mən də buradakı fəaliyyətimi yekunlaşdırıb yoluma davam etmək üçün uyğun vaxtın çatdığına qərar verdim", – deyə T.Ağakişiyev qeyd edib.
O, bankdakı fəaliyyəti dövründə komanda ilə birlikdə yeni məhsulların təqdim edildiyini, kart və ödəniş biznesinin inkişaf etdirildiyini, rəqəmsallaşmanın irəlilədiyini və marketinqdə qeyri-ənənəvi yanaşmaların tətbiq olunduğunu vurğulayıb. T.Ağakişiyev əməkdaşlara, İdarə Heyətindəki həmkarlarına, bankın İdarə Heyətinin sədri Davit Tsiklauriyə və Müşahidə Şurasına etimad və dəstəyə görə təşəkkür edib.
T.Ağakişiyev "AccessBank"a 2025-ci ilin aprelində baş əməliyyat inzibatçısı kimi qoşulub, həmin ilin dekabrından isə İdarə Heyətinin üzvü olub. Bundan əvvəl Azərbaycanın bankçılıq sektorunda fəaliyyət göstərən "Expressbank" ASC-də 16 ildən artıq çalışıb. O, 2021–2025-ci illərdə bankın İdarə Heyəti sədrinin müavini və baş maliyyə inzibatçısı vəzifələrini tutub, daha əvvəl kartlar və elektron ödənişlər üzrə müxtəlif rəhbər vəzifələrdə işləyib.
Xatırladaq ki, sentyabrın 11-də Azərbaycanın bankçılıq sektorunda fəaliyyət göstərən "Bank Respublika" ASC-nin "AccessBank"ın səhmlərinin 100%-ni almasını nəzərdə tutan sövdələşmənin əsas şərtlərinin təsdiqləndiyi açıqlanıb. Razılaşmaya əsasən, "AccessBank"ın mövcud səhmdarları əvəzində "Bank Respublika"nın nizamnamə kapitalının ümumilikdə 25%-ni təşkil edəcək yeni imtiyazlı səhmləri əldə edəcəklər. Sövdələşmənin tamamlanması zəruri tənzimləyici təsdiqlərdən və digər şərtlərin yerinə yetirilməsindən asılıdır.
"AccessBank" 2002-ci ildə yaradılıb. Bankın səhmdarları arasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası yer alır.

Banklar     Tarix: 23 oktyabr 2026

Oxşar xəbərlər

Beş ölkənin texnoloji şirkət rəhbərləri ABB-nin innovativ təcrübəsini öyrənib

Moldova, Qırğızıstan, Özbəkistan, Ukrayna və Polşada fəaliyyət göstərən bir sıra informasiya texnologiyaları şirkətlərinin rəhbərləri Azərbaycana səfər çərçivəsində ABB-nin Baş ofisində qonaq olublar. . Bankın rəqəmsal transformasiya

Ziraat Bank Azərbaycanın 15 milyon manatlıq istiqrazlarının II tranşına abunə başladı

Azərbaycan kapital bazarında yeni investisiya imkanı yaranıb. "Ziraat Bank Azərbaycan" ASC-nin 15 milyon manat həcmində istiqraz buraxılışının ikinci tranşı üzrə abunə yazılışına bu gündən start verilib. İstiqrazla

PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb

Bakı Fond Birjasında (BFB) ticarət olunan "PAŞA Bank" ASC-nin səhmlərinin qiymətində oktyabr ayında yüksəliş müşahidə olunub. xəbər verir ki, 20 oktyabr 2026-cı il tarixinə olan açıq bazar məlumatına əsasən, bankı

Azərbaycan banklarının mənfəəti 1 milyard manatı keçib – Artımın 93%-i cəmi iki bankın hesabına təmin olunub

Azərbaycanda fəaliyyət göstərən 21 bank və xarici bank filialının 2026-cı ilin yanvar-sentyabr ayları üzrə cəmi xalis mənfəəti 1 milyard 81 milyon 773 min manat təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 17

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Mərkəzi banklar qızılı ABŞ-dan çıxarır: Alışlar 4 dəfədən çox artıb

Dünyanın mərkəzi bankları qızıl ehtiyatlarını sürətlə artırmaqla yanaşı, qiymətli metalın saxlanıldığı ölkələri də dəyişməyə başlayıblar. Geosiyasi gərginliyin artması fonunda bəzi ölkələr qızıl ehtiyatlarının bir hissəsin

2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?

Bir çox şirkətlərdə yeni 2027-ci il üçün büdcələmə perioduna girib və növbəti ilin xərclərinin planlaşdırılması dövrü başlayır. Bu mərhələ şirkətlər üçün yalnız maliyyə prioritetlərini müəyyənləşdirmək deyil, həm də əməkdaşla

Güzəştli kredit və zəmanətlər üzrə elektron sistemin qaydaları yenilənib

Azərbaycanda güzəştli kreditlərin, zəmanət və faiz subsidiyalarının verilməsi üzrə elektron prosedurları tənzimləyən "Elektron kredit və zəmanət" informasiya sisteminin Əsasnaməsi yeni redaksiyada təsdiqlənib. xəbə


iqtisadi xeberler bitkoin biznes qurmaq telefonla pul qazanmaq bitcoin qiymeti