Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib.
"Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyət üçün məhvolma riski yaratmadığını bildirərək süni intellektlə bağlı fəlakət ssenarilərinə qarşı mövqeyini bir daha ifadə edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Marja.az xəbər verir ki, CBS News-ə müsahibəsində Huanq deyib: "Necə səciyyələndirilməsindən asılı olmayaraq, 2030-cu il dünyanın sonu olmayacaq. Dünyanın sonunun gəlməsi ehtimalı 0 faizdir".
Son günlər iştirak etdiyi bir neçə tədbirdə çıxış edən baş direktor süni intellektin təhlükəsiz şəkildə idarə oluna biləcəyi barədə mövqeyini təkrarlayıb. Şirkəti süni intellekt prosessorlarının ən böyük təchizatçısı olan Huanq yeni tənzimləmələrə ehtiyac olmadığını da müdafiə edib.
"Anthropic PBC" əməkdaşı Ceykob Koksonun bu ayın əvvəlində istefa verməsi süni intellektlə bağlı narahatlıq dalğasına səbəb olmuşdu. Kokson süni intellekti hazırlayan tədqiqatçıların "texnologiyanın onilliyin sonunadək hamımızı öldürə biləcəyinə səmimi qəlbdən inandıqlarını" iddia edərək xəbərdarlıq etmişdi.
Huanq sektorun inkişaf tempini azaltmamalı olduğunu müdafiə edib. "Başqalarını nəzərə almadan bacardığımız qədər sürətlə irəliləməliyik. Lakin məhsulları hazır olmadan heç vaxt bazara çıxarmamalı və təhlükəsiz olmayan məhsulları heç vaxt təqdim etməməliyik", – deyə Huanq bildirib.

Maraqlı     Tarix: 29 sentyabr 2026

Oxşar xəbərlər

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Yaxşı rəhbər susmamalıdır: rəy bildirməyin 4 qaydası

Davranış psixologiyası üzrə ekspert Denni Kenni narazılığı içinizdə yığıb saxlamaq əvəzinə onu düzgün şəkildə ifadə etməyi və bunun üçün dörd qaydaya əməl etməyi tövsiyə edir. Lois bunu hələ mart ayında başa düşmüşdü. Onu

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Apple bu gün yeni iPhone-ları təqdim edəcək – İlk qatlanan iPhone da gözlənilir

Apple bu gün, 9 sentyabr 2026-cı il tarixində ilin ən çox gözlənilən təqdimatlarından birini keçirəcək. Şirkətin "Surprise and shine" şüarı ilə təşkil etdiyi xüsusi tədbir ABŞ-ın Kaliforniya ştatındakı Apple Park-d

Biz azalacağıq: dünya demoqrafik tənəzzül dövrünə daxil olur

İqtisadçılar Xesus Fernandes-Vilyaverde və Patrik Norrik hesab edirlər ki, qlobal doğum səviyyəsi artıq əhalinin sadə təkrar istehsalı həddindən aşağı düşüb — bu isə BMT-nin proqnozlaşdırdığından bir neçə onillik əvvəl ba

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır

ABŞ-nin texnologiya nəhəngi "Apple" şirkəti tarixində ilk dəfə sensor ekranla təchiz edilmiş "MacBook Pro" noutbukunu təqdim edib. Şirkət bununla uzun illər davam etdirdiyi sensor ekranlı noutbuklarda

Süni intellekt bizi zənginləşdirəcək, yoxsa sadəcə şirkətləri?

Təsəvvür edin, ölkənin ÜDM-i artır, şirkətlər rekord mənfəət açıqlayır, amma sizin maaşınız demək olar ki, dəyişmir. Süni intellekt iqtisadiyyatı daha məhsuldar edə bilər. Amma məhsuldarlığın artması avtomatik olaraq insanları

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19


iqtisadi xeberler dollar məzənnəsi bitkoin almaq iqtisadiyyat xeberleri emlak xeberleri