Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: BANKER.AZ
Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühüm əhəmiyyət daşıyır. Üstəlik, regionumuzda bu cür təbii hadisələrdən tam sığortalanmayıb — ölkədə müxtəlif illərdə daşqın və sel hadisələri baş verib və belə təcrübələrin öyrənilməsi gələcək risklərin qiymətləndirilməsi və qarşısının alınması baxımından vacibdir. Qaldı ki, Himalaydakı bu fəlakətli təbiət qəzəbiniə – bir çoxlarında böyük suallar yaradır.
Demək, iki gün öncə, 26 avqustda səhər yerli vaxtla buz və qayaların uçqunu nəticəsində yaranan nəhəng palçıq, su və qaya axını Nepal və Çin arasından keçən Trişuli, digər adı ilə Botekoşi çayının məcrasından çıxmasına səbəb olub. Evlər, yollar, körpülər və elektrik stansiyaları sel suları altında qalıb.
Nepalın mərkəzi Katmanduda yerləşən Beynəlxalq İnteqrasiya olunmuş Dağ İnkişafı Mərkəzinin (ICIMOD) ekspertlərinin sözlərinə görə, Trişuli çayında suyun səviyyəsi cəmi yarım saat ərzində 9 metrə qədər yüksəlib. Onların bildirdiyinə görə, çayın qollarından biri olan Lende Kola ən çox təsirlənən ərazilərdən olub.
Nepaldakı daşqına nə səbəb olub?
Əsas sual da elə budur. Nepalın xarici işlər naziri Şişir Khanal çərşənbə günü parlamentə bildirib ki, ilkin məlumatlara görə, daşqına ərazidə baş verən zəlzələnin səbəb olduğu torpaq sürüşməsi gətirib çıxara bilər. Lakin ABŞ Geoloji Xidməti (USGS) daha sonra bildirib ki, seysmik hadisəyə və daşqına buzlaqın çökməsi səbəb olub.
USGS-in məlumatına görə, buzlaqın çökməsi çərşənbə günü yerli vaxtla saat 08:37-də Nepal və Çin sərhədi yaxınlığında 5,2 maqnitudalı seysmik (biz daha çox internetdə bununla bağlı videolara da baxanda müşahidə edirik) hadisə kimi qeydə alınıb.
Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?Kanadanın Kalqari Universitetinin geomorfoloqu və dosenti Daniel Şuqarın sözlərinə görə, ilkin peyk təhlili buzun təxminən 0,2 kvadratkilometr sahəyə malik hissəsinin "təxminən 1,2 kilometr şaquli istiqamətdə çökdüyünü" göstərib.
"Planet Labs-ın peyk görüntülərində görə bildiyim qədərilə, buzlağın aşağı hissəsi təxminən 5 200 metr yüksəklikdə qopub və təxminən 1 200 metr aşağıda yerləşən vadinin dibinə çırpılıb", – deyə o bildirib.
Şuqarın sözlərinə görə, görüntülər fəlakətdən əvvəlki 24 saat ərzində böyük miqdarda qarın əridiyini göstərir. "Dünən vadidəki bəzi buzlaqlar qarla örtülü idi, bu gün isə əsasən açıq buz görünür. Başqa sözlə, hava yəqin ki, isti olub", – deyə o bildirib. Bununla belə, onun hələ meteoroloji stansiyaların məlumatlarını görmədiyini vurğulayıb.
PEYKDƏN:
Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?Şuqar tikinti işlərinin də hadisədə rol oynaya biləcəyini bildirib.
Melburn şəhərindəki Monaş Universitetinin qlasioloqu, professor Endryu Makintoş isə çökmənin yalnız buzlaqla məhdudlaşıb-məhdudlaşmadığının, yoxsa buzlaqın bir hissəsi ilə birlikdə dağın bütün yamacının uçmasının baş verdiyinin hələ aydın olmadığını deyib.
"Belə miqyasda buzlaq çökəndə böyük miqdarda su yaranır. Daha sonra su və çöküntülər birləşərək həcmini artırır və daşqın yaradır", – deyə Makintoş bildirib.
Buzlaqlar nə qədər tez-tez çökür və bunun iqlim böhranı ilə əlaqəsi varmı?
Makintoş bildirib ki, "bu cür iri buzlaq çökmələri həqiqətən də şokedicidir". Onun sözlərinə görə, qlasioloq kimi əvvəllər müşahidə olunan hadisələrdən fərqli görünən belə hadisələr narahatlıq doğurur.
Bununla belə, o qeyd edib ki, bu cür hadisələr barədə kifayət qədər məlumat olmadığı üçün buzlaq çökməsi ilə iqlim dəyişikliyi arasındakı konkret əlaqə barədə hələ də dəqiq nəticələr çıxarmaq mümkün deyil. Alimlər isə buzlaqların geri çəkilməsi ilə iqlim dəyişikliyi arasında əlaqənin mövcudluğuna çox yüksək əminliklə yanaşırlar.
Makintoşun sözlərinə görə, istiləşən iqlim şəraitində dağlardakı daimi donmuş torpaq — permafrost (əbədi donaraq yapışqan hala gəlmiş) — da deqradasiyaya uğrayır. O, permafrostu dik yamaclarda qayaları və bəzən onlara bitişik buzlaqları bir yerdə saxlayan "yapışqan"a bənzədib.
Nepal, Hindistan, Çin, Butan və Pakistan ərazilərini əhatə edən Himalay dağları qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşir. Bu isə bölgədə qar uçqunları, torpaq sürüşmələri və daşqın riskini artırır.
BMT-nin 2023-cü ildə açıqladığı məlumatlara görə, qlobal istiləşmə səbəbindən Nepal dağları cəmi 30 ildən bir qədər çox müddətdə buz örtüyünün təxminən üçdə birini itirib. Həmin il dərc olunan qiymətləndirməyə əsasən, Hindu Kuş-Himalay regionundakı buzlaqlar 2011–2020-ci illərdə əvvəlki onilliklə müqayisədə 65% daha sürətlə yox olub.
2021-ci ildə Himalay buzlağının bir hissəsinin qopması Hindistanın Uttarakhand ştatında qəfil daşqına səbəb olmuş, 200 nəfər ölmüş və ya itkin düşmüşdü. Sonrakı araşdırmalar göstərmişdi ki, 27 milyon kubmetr həcmində qaya və buz uçqunu sonradan "qeyri-adi dərəcədə böyük və yüksək hərəkətlilik qabiliyyətinə malik dağıntı axını"na çevrilib.
2026-cı ilin avqustunda baş verən hadisənin səbəbi hesab edilməsə də, dağlıq ərazilərdə buzlaq göllərinin qəfil boşalması nəticəsində yaranan daşqınlar da risk olaraq qalır.
Buzlaqların əriməsi nəticəsində təbii bəndlərin arxasında buzlaq gölləri yaranır. Bu təbii bəndlərin dağılması isə dağıdıcı daşqınlara səbəb ola bilər.
Daşqının miqyası ilə yanaşı, onun sürəti də diqqət çəkir. ABŞ-ın Arizona ştatında yerləşən Planetary Science Institute-un baş elmi əməkdaşı Cefri Kargel in hesablamasına görə, su, əzilmiş buz və qaya qarışığından ibarət sel dalğası ilk 22 kilometri orta hesabla saatda 193 kilometr sürətlə qət edib. Bu o deməkdir ki, dağıdıcı axın təxminən 14 kilometrlik məsafəni cəmi 6 dəqiqə 50 saniyəyə keçib. Mütəxəssislər bildirirlər ki, bu hadisə adi leysan nəticəsində yaranan daşqından fərqlənir: Himalay kimi yüksək dağlıq ərazilərdə buzlaq çökməsi, torpaq sürüşməsi və uçqunların bir-birini tetiklediği mürəkkəb zəncirvari proseslər də qəfil və dağıdıcı daşqınlara səbəb ola bilər.
Hadisənin mürəkkəbliyi onun necə sürətlə dağıdıcı selə çevrildiyini də izah edir. Böyük Britaniyanın Ridinq Universitetinin iqlim riskləri və dayanıqlılıq üzrə professoru Liz Stephensin sözlərinə görə, ilkin peyk görüntüləri buzlağın dağın yüksək hissəsində çökərək nəhəng buz-qaya uçqunu yaratdığını göstərir. Bu kütlə çayın qarşısını müvəqqəti kəsib, yaranan təbii bəndin dağılması isə aşağı istiqamətdə fəlakətli daşqına səbəb olub. Stephensin izahına görə, uçqun dağ yamacı ilə hərəkət etdikcə əlavə materialları da özünə qataraq selin həcmini artırıb. Yəni hadisə sadəcə buzlağın çökməsi deyil, bir-birini tətikləyən buzlaq çökməsi → uçqun → çayın qarşısının kəsilməsi → bəndin dağılması → dağıdıcı sel zənciri olub.
Avstraliyanın Sanşayn Kost Universitetinin qlasioloqu, qütb mühəndisi və dosenti Adrian MakKallum bildirib ki, iqlim istiləşdikcə buzlaqlar geri çəkilir, buz suya çevrilir və həmin su toplanır.
Qlobal miqyasda bu cür daşqınlar artıq 12 mindən çox insanın ölümünə səbəb olub. BMT-nin məlumatına görə, Nepalda 2 mindən çox buzlaq gölü var və onlardan 21-i potensial olaraq təhlükəli hesab edilir.

Maraqlı     Tarix: 29 avqust 2026

Oxşar xəbərlər

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb

"Macarıstanda 800 azərbaycanlı tələbə təhsil alır". Bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Bakıda keçirilən "Avropada Təhsil" sərgisində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, iki ölk

150 milyon barel: Çin dünya neft bazarını qiymət kollapsından necə səssizcə xilas etdi

OPEC-i unudun. Bu gün neft bazarında əsas qərarları Çin Kommunist Partiyası verir. İrandakı müharibə tarixdə ən böyük neft təklifi böhranına səbəb oldu. Bununla belə, döyüşlərin ən gərgin dövründə belə neftin qiyməti münaqişəni

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

SpaceX-ə rəqib ilk dəfə orbitə çıxıb

Almaniyanın raket istehsalçısı "Isar Aerospace" həftəsonu ilk dəfə uğurla orbitə çatıb. xəbər verir ki, bu, Avropanın kommersiya kosmik sənayesi üçün mühüm mərhələ hesab olunur. Şirkət sürətlə artan tələbatı qarşılama

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə


iqtisadi xeberler dollar kursu pul qazanmaq bank faizleri bitcoin qiymeti