Azərikard süni intellekt və davranış əsaslı yeni həllini təqdim etdi
Azərikard Mastercard-la birgə hazırladığı, süni intellektə əsaslanan yeni davranış skorinqi həllini təqdim edib. Həll ödəniş əməliyyatlarının təhlili vasitəsilə maliyyə institutları üçün əlavə analitik göstəriciləri üzə çıxarır və risklərin daha dolğun qiymətləndirilməsinə imkan yaradır.
Azərbaycanın bank, mikromaliyyə və fintek sektoru nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni həllin imkanları, risklərin idarə olunmasında məlumat əsaslı yanaşmaların rolu və maliyyə inklüzivliyinin genişləndirilməsi perspektivləri müzakirə olunub.
Yeni həll ənənəvi skorinq modellərini əvəz etmir, onları əlavə davranış göstəriciləri ilə zənginləşdirir. Süni intellekt texnologiyalarından istifadə etməklə müştərilərin ödəniş davranışlarını təhlil edən sistem maliyyə institutlarına risklərin qiymətləndirilməsi və daha əsaslandırılmış qərarların qəbul edilməsi üçün əlavə analitik imkanlar verir.
AzərikardProsessinqMərkəzininBaş direktoruFəridQuliyevbildirib:
"Məqsədimiz ödəniş ekosistemində formalaşanməlumatları maliyyə sektoru üçünrealdəyərə çevirməkdir. Mastercard-labirgə hazırladığımızbuhəllqabaqcılanalitikavə əlavə dəyəryaradantexnolojixidmətlərininkişafında növbətiaddımdır. İnanırıqki, buyenilik maliyyə institutlarınındahaəsaslandırılmış qərarlarqəbuletməsinə və ölkəmizdə maliyyə xidmətlərinininkişafınatöhfə verəcək".
Mastercard-ınTürkiyə və Azərbaycan üzrə Baş direktoruOnurFaydacı qeydedib:
"Rəqəmsal ödənişləringenişlənməsimüştərilərinmaliyyə davranışlarını dahayaxındananlamaq üçünyeniimkanlaraçır. Azərikard-la əməkdaşlığımız çərçivəsində hazırlanmış bu innovativ həll maliyyə institutlarına daha əhatəli analitik məlumatlar təqdim etməklə risklərin idarə olunmasını təkmilləşdirməyə, maliyyə inklüzivliyinin genişlənməsinə dəstək olacaq".
Tədbir çərçivəsində Azərikard-la Azərbaycan Fintex Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Rabitəbank arasında əməkdaşlıq memorandumları da imzalanıb.
Memorandumlar yeni texnoloji həllin tətbiq imkanlarının araşdırılması, maliyyə ekosistemində tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi və məlumat əsaslı maliyyə xidmətlərinin inkişafı üçün əməkdaşlıq çərçivəsi yaradır.
Yeni həll və tərəfdaşlıqlar Azərikardın ödəniş infrastrukturu sahəsindəki təcrübəsini qabaqcıl analitik texnologiyalarla birləşdirərək maliyyə sektoru üçün əlavə dəyər yaradan xidmətlərin inkişafına verdiyi önəmi nümayiş etdirir.
/ marja.az

"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
Ən bahalı otellər hansılardır?
McDonalds haqqında maraqlı faktlar
ZARA-nın uğur hekayəsi
Françayzinq nədir və necə olur?
5 liderlik göstəricisi