PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
®PAŞA Bank ətraf mühitin qorunması və yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə bank-maliyyə sektorunun birgə təşəbbüsü çərçivəsində təşkil olunan növbəti ağacəkmə aksiyasına qoşulub.
8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən aksiyada dövlət qurumlarının, maliyyə institutlarının və sektor assosiasiyalarının nümayəndələri ilə yanaşı, PAŞA Bankın əməkdaşları da iştirak ediblər. Bankın Baş Əməliyyat İnzibatçısı Fərid Cəfərov da təşəbbüsə qoşularaq ağacəkmə prosesində iştirak edib.
Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və maliyyə sektorunu təmsil edən beş assosiasiya arasında 13 mart 2023-cü il tarixində imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilib.
Təşəbbüs Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş genişmiqyaslı ağacəkmə proqramının davamıdır. Proqram çərçivəsində 2023-cü ildən etibarən 10 il ərzində hər il 100 min, ümumilikdə isə 1 milyon ağacın əkilməsi nəzərdə tutulur.
PAŞA Bank bu təşəbbüsdə iştirakı ilə ətraf mühitin qorunmasına və ölkədə yaşıllıq sahələrinin artırılmasına dəstəyini davam etdirir. Bank dayanıqlı inkişaf prinsiplərini rəhbər tutaraq ekoloji məsuliyyətin təşviqinə və cəmiyyət üçün uzunmüddətli dəyər yaradan layihələrə töhfə verməyə önəm verir.



Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb
PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır
Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır
Expressbank Bərdədə 300 ağac əkib
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 müğənnisi
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Mcdonalds françayzinqi neçiyədir?
Necə Bitcoin almaq olar?