PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "İdman hər kəs üçün bərabər imkan olmalıdır

PAŞA Həyat-ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova: "PAŞA Həyat"ın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova ilə şirkətin "EDJC 2026"nın (Eşitmə Məhdudiyyətli İdmançıların Avropa Cüdo Çempionatı) baş sponsoru olması ilə əlaqədar müsahibə.
- Ülviyyə xanım, PAŞA Həyat üçün sosial məsuliyyət nə deməkdir? Bu istiqamətdə strategiyanız necə qurulub?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
- Həyat sığortası mahiyyətcə insanın bu gününə və sabahına verilmiş sözdür. Bu sözü yalnız müqavilə ilə deyil, cəmiyyətdə gördüyümüz işlə də tutmalıyıq. Bu il həyata keçirdiyimiz "Güclüsən" layihəsi də, bu çempionata dəstəyimiz də həmin strategiyanın davamıdır. Biz tək-tək tədbirlər deyil, ardıcıl və uzunmüddətli təsir yaratmağa çalışırıq.
- Niyə məhz eşitmə məhdudiyyətli idmançıların çempionatı?
- Çünki inklüzivlik sözlə deyil, imkan yaratmaqla olur. Bu idmançılar peşəkar idmanın bütün tələblərini qarşılayır: eyni məşq yükü, eyni intizam, eyni qələbə əzmi. Lakin onların uğurları çox vaxt daha az görünür. Cüdo isə hörmət, dözümlülük və özünə inam idmanıdır. Bu dəyərlər bizə çox yaxındır. Baş sponsor olmaqla bu idmançıların səsini daha geniş auditoriyaya çatdırmaq istəyirik.
- Sponsorluq nələri əhatə edir?
- Biz çempionatın baş sponsoruyuq və təşkilatçıları yarışın yüksək səviyyədə keçirilməsində dəstəkləyirik. Amma bizim üçün əsas olan maddi töhfə deyil, iştirakdır. Bağlanış mərasimində medalları qaliblərə biz təqdim edəcəyik. Əməkdaşlarımız da tribunalarda olacaq və idmançıları dəstəkləyəcək.
-Bu çempionatın Bakıda keçirilməsi nə ifadə edir?
- Azərbaycan artıq böyük beynəlxalq yarışların etibarlı ev sahibidir. Avropa miqyaslı bu çempionatın Bakıda keçirilməsi ölkəmizin inklüziv idmana açıq olduğunu da göstərir. Bizim üçün bu prosesin bir hissəsi olmaq qürurvericidir.
- Bu istiqamətdə gələcək planlarınız nədir?
- Bu çempionat bizim üçün birdəfəlik təşəbbüs deyil. Məqsədimiz odur ki, idmanın və sağlam həyatın imkanları hər kəs üçün bərabər olsun.
- Azərkeşlərə nə demək istərdiniz?
-Noyabrın 11–12-də Bakı Əl Oyunları Sarayında idmançılarımızı birlikdə dəstəkləyək. Bu yarışda alqışı eşitmək olmur, amma görmək olur. Doluluq, bayraqlar, əl hərəkətləri idmançılara ən böyük dəstəkdir.
- Müsahibəyə görə təşəkkür edirik.

Banklar     Tarix: 04 noyabr 2026

Oxşar xəbərlər

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib

PAŞA Bank Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə keçirilən "Mikromaliyyədə İnvestisiya və Dayanıqlı İnkişaf" mövzulu 12-ci AMFA Konfransında iştirak edib. Azərbaycanda mikromaliyyə sektorunu

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini


iqtisadi xeberler bitcoin bu gunun xeberleri pul qazanmaq dollarin kursu bu gun