"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

®"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,3 milyon manatdan artıq sifariş daxil olub.
Bakı Fond Birjasının (BFB) açıqladığı məlumata əsasən, bankın AZ2002019605 ISIN kodlu istiqrazları üzrə 16–29 oktyabr 2026-cı il tarixlərində keçirilən abunə yazılışı uğurla yekunlaşıb.
Abunə prosesində 104 investor iştirak edib və ümumilikdə 110 sifariş təqdim olunub. Sifarişlərin nominal dəyəri 45 milyon 355 min 400 manat təşkil edib. Bu göstərici 15 milyon manatlıq emissiya həcmindən 3 dəfədən çox yüksəkdir.
Beləliklə, istiqrazlara investor tələbi təklif olunan həcmə nisbətən 202,4 faiz artıq olub. Yüksək tələb fonunda yerləşdirmənin faktiki həcmi emissiya şərtlərinə uyğun olaraq 15 milyon manat müəyyən edilib.
İstiqrazların yerləşdirilməsinə 30 oktyabr 2026-cı il tarixində start verilib.
İnvestorlara illik 10 faiz gəlirlilik imkanı
"Ziraat Bank Azərbaycan"ın emissiyası çərçivəsində hər birinin nominal dəyəri 100 manat olan 150 min ədəd istiqraz buraxılıb.
İstiqrazların əsas şərtləri aşağıdakılardır:
Emissiyanın ümumi həcmi: 15 milyon manat
İllik faiz dərəcəsi: 10%
Tədavül müddəti: 12 ay
Bir istiqrazın nominal dəyəri: 100 manat
Faiz ödənişləri: Rübdə bir dəfə
İstiqrazların növü: Faizli, təmin edilməmiş, sənədsiz
İstiqrazlar üzrə faiz ödənişləri rübdə bir dəfə həyata keçirilməsi nəzərdə tutulub. Bu mexanizm investorların investisiya müddəti ərzində müntəzəm faiz gəlirləri əldə etməsinə şərait yaradır.
Emissiyanın ümumi həcmi nəzərə alındıqda, illik 10 faizlik dərəcə əsasında bankın nominal faiz öhdəliyi 1,5 milyon manat təşkil edir.
İstiqrazlar Bakı Fond Birjasının Standart Bazar seqmentinə qəbul edilib
Emissiyanın anderrayteri qismində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC çıxış edir.
Bakı Fond Birjasının məlumatına görə, istiqrazlar müvafiq listinq tələblərinə uyğun olaraq Standart Bazar Listinq seqmentinə daxil edilib.
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına emissiya həcmindən üç dəfədən artıq tələbin formalaşması bankın təqdim etdiyi investisiya alətinə investor marağının yüksək olduğunu göstərir. Eyni zamanda, 104 investorun abunə prosesində iştirakı Azərbaycanın korporativ istiqraz bazarında bank qiymətli kağızlarına marağın diqqətçəkən nümunələrindən biri kimi qiymətləndirilə bilər.
"Ziraat Bank Azərbaycan" ASC istiqrazlarımıza göstərdikləri yüksək maraq və etimada görə bütün investorlara səmimi təşəkkürünü bildirir.
"Ziraat Bank Azərbaycan" ASC, 162 illik tarixə malik Türkiyə Respublikasının "Ziraat Maliyyə Qrupu"-nun üzvüdür. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində müasir məhsul və xidmətləri Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət göstərir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Banklar     Tarix: 02 noyabr 2026

Oxşar xəbərlər

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır


iqtisadi xeberler bank faizleri bitcoin depozit faizleri bitkoin