Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur.
Marja.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov jurnalistlərin suallarını cavablandırarkən bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Onun sözlərinə görə, Mərkəzi Bankın beynəlxalq valyuta ehtiyatlarının artırılması ilə bağlı konkret kəmiyyət hədəfi müəyyən edilməyib.
"Bizim elə bir hədəfimiz yoxdur ki, ehtiyatlarımız müəyyən səviyyəyə çatmalıdır və bundan sonra müdaxilələrimizi dayandırmalıyıq. Gözləntimiz odur ki, ilin sonuna qalan iki ay ərzində alışyönümlü müdaxilələrimiz davam edəcək. Ehtimal var ki, 500 milyon və ya 1 milyard ABŞ dolları ətrafında valyuta alışı həyata keçirəcəyik", – deyə Taleh Kazımov bildirib.
Mərkəzi Bankın sədri vurğulayıb ki, valyuta ehtiyatlarının hansı məbləğə çatdıqdan sonra alış əməliyyatlarının dayandırılacağına dair əvvəlcədən müəyyənləşdirilmiş hədd yoxdur.
BANKLARIN SƏRBƏST VƏSAİTLƏRİ MƏRKƏZİ BANKA DEYİL, BİRBİRİNƏ YÖNƏLMƏLİDİR
Taleh Kazımov banklararası pul bazarında Mərkəzi Bankın rolunun azaldılması məsələsinə də münasibət bildirib. Onun sözlərinə görə, hazırda banklar sərbəst likvid vəsaitlərini bir-birində yerləşdirmək əvəzinə Mərkəzi Bankda yerləşdirməyə üstünlük verə bilirlər.
"Məqsədimiz odur ki, banklar sərbəst vəsaitlərini bizdə deyil, daha çox bir-birində yerləşdirsinlər. Tələb olduğu şəraitdə isə həmin vəsaitlər kreditləşməyə yönəldilsin", – deyə sədr qeyd edib.
Kazımov bildirib ki, Mərkəzi Bankda vəsaitlərin yerləşdirilməsi üzrə faiz dərəcəsinin 5 faiz səviyyəsində olması bankları banklararası bazarda daha yüksək gəlir imkanları axtarmağa təşviq edir.
Sədrin sözlərinə görə, banklararası pul bazarında bütün banklar iştirak edə bilər. Lakin onların faktiki aktivliyi gündəlik likvidlik vəziyyətindən və biznes ehtiyaclarından asılı olaraq dəyişir.
O, Mərkəzi Bankın banklararası bazardakı iştirakının konkret faizlə ifadə olunan payını açıqlamayıb.

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri
Biznesə aid ən yaxşı 10 kitab
Digital Card nədir?
İban nədir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv